"Qəbələ" minimal, "Səbail" böyük hesabla qalib gəldi
Əvəzedicilərin çempionatında 26-cı tura start verilib. Şənbə günü keçirilən yeganə matçda "Kəpəz” və “Sumqayıt” Yevlaxda münasibətlərinə aydınlıq gətiriblər ki, “gənclik şəhəri" təmsilçisi görüşdən 3 xalla ayrılıb. Elvin Nəsibov ikinci hissədə dubl etməklə təkbaşına sumqayıtlılara qələbə qazanrırıb.
Dünən isə şərikli liderlər meydana çıxıb. "Səbail" "Zirə"ni, "Qəbələ" "Keşlə"ni sınağa çəkib. Zirvədən iki tur əvvəl kənarlaşdırılan bölgə təmsilçisi bakılıları minimal hesabla yensə də, bu, lider olmağa yetməyib. Belə ki, öz növbəsində debütant da turu itkisiz başa vurub. Elman Sultanovun komandası 3 xalı darmadağınla qazanıb. Üç qol ikinci hissənin əvvəlində, 8 dəqiqə aralığında vurulub. Beləliklə, lider dəyişikliyi olmayıb. Daha doğrusu, sona iki tur qalmış ikihakimiyyətlik davam edir.
Əvəzedicilərin çempionatı
4-cü dövrə, 26-cı tur
5 may
Kəpəz – Sumqayıt 0:2
Elvin Nəsibov, 60; 74.
6 may
Qəbələ – Keşlə 1:0
Hacıağa Hacılı, 36.
Səbail – Zirə 3:0
Urfan İsmayılov, 52. Xaliq İbrahimov, 56. Emil Həsənzadə, 60.
Tura bu gün yekun vurulacaq:
7 may
Qarabağ – Neftçi
Hakimlər: QORXMAZ ELDAROV, Cahangir Yusifzadə, Əli Cəbrayılov, Nicat İsmayıllı.
Hakim-inspektor: Xudaverdi Tumasov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 17.00
1. Səbail 26 15 4 7 44-31 49
2. Qəbələ 26 15 4 7 63-26 49
3. Zirə 26 11 6 9 32-33 39
4. Qarabağ 25 10 5 10 32-37 35
5. Keşlə 26 7 13 6 33-34 34
6. Sumqayıt 26 9 6 11 32-44 33
7. Neftçi 25 7 6 12 19-29 27
8. Kəpəz 26 2 10 14 12-35 16
Bombardir: Ülvi İsgəndərov (Sumqayıt) – 16.