Sizin reklam burada

Muxtar Babayev “Sumqayıt”dan ayrıldı

Baxış Sayı:669

Muxtar Babayev “Sumqayıt”dan ayrıldı
Ötən həftə “Sumqayıt"ın Müşahidə Şurasının iclası keçirilib. Toplantıda Muxtar Babayev, Vaqif Ömərov, Hacı Salayev, Teymur Səmədov, Telman Salahov, Abdulla Məmmədov və klub prezidenti Riad Rəfiyev iştirak edib. Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri təyin olunduğuna görə Müşahidə Şurasının üzvü kimi fəaliyyət göstərə bilməyəcəyi ilə bağlı şuraya müraciət edərək, üzvlükdən azad olunmasını xahiş edib. Müşahidə Şurasının sədri Abdulla Məmmədov isə öz növbəsində Muxtar bəyə 8 il ərzində "Sumqayıt"a və idmana göstərdiyi xidmətlərə görə təşəkkür edərək, ona gələcək işlərində uğurlar arzulayıb. Sonda Babayevin müraciəti qəbul olunub və onun Müşahidə Şurası üzvlüyündən azad edilməsi qərara alınıb. Xatırladaq ki, Muxtar bəy nazir təyin olunandan sonra “Azərikimya” İstehsalat Birliyinin sədri postu İmran Arzumanzadəyə həvalə olunub.
“Kimyaçılar”ın Müşahidə Şurasının iclasında başqa hansı məsələlərin müzakirə olunduğunu bilmək üçün şuranın sədri Abdulla Məmmədovla əlaqə saxladıq. Abdulla bəy toplantıda ancaq Muxtar Babayevin müraciətinə baxıldığını bildirdi. “Azərikimya”nın yeni sədrinin isə Müşahidə Şurasında təmsil olunması ilə bağlı hələ ki müraciət etmədiyini, boş qalan yerə kimin təyin olunacağına yaxın vaxtlarda aydınlıq gələcəyini vurğuladı.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR