• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Neftçi" yenə məğlubiyyət zolağına döndü - REPORTAJ

Premyer-liqa / Reportaj

2-11-2024, 21:0

Neftçi (Bakı) - Araz-Naxçıvan 0:1 (0:1)
93. Rza Cəfərov (k) - 6,0
8. Emin Mahmudov - 5,5
7. Azər Əliyev - 5,0
(47. Murad Məmmədov, 67) - 5,0
90. Ramil Şeydayev - 5,0
14. Edvin Kuç - 5,0
(13. Emil Səfərov, 46) - 5,5
6. Rafael Quzzo - 5,0
(88. Andrey Ştoqrin, 58) - 5,0
99. Ervin Koffi -5,0
44. Yuri Matias - 5,0
23. Robert Bauer - 5,0
11. Kilan Lebon - 5,0
22. Dembo Darbo - 5,0
(77. Yeqor Boqomolski, 74) - 5,0
Ehtiyat oyunçular
1. Emil Balayev
95. Rəvan Kazımov
3. Höccət Haqverdi
91. Ağadadaş Salyanski
4. Mark Tamaş
Baş məşqçi: Samir Abasov
Komandanın ən yaxşısı: Rza Cəfərov

12. Kristian Avram - 5,5
34. Urfan Abbasov (k) - 5,5
3. Bəxtiyar Həsənalızadə - 5,0
(17. İssuf Paro, 46) - 5,0
26. Ömər Buludov - 5,5
24. Mustafa Əhmədzadə - 5,5
(20. Turan Vəlizadə, 71) - 5,0
16. Ramon Maçado  - 6,0
(7. Ülvi İsgəndərov, 89) - qiymətsiz
29. Vanderson Melo - 5,5
14. Miço Kuzmanoviç - 5,0
(2. Slavik Alxasov, 46) - 5,0
(22. Elçin Mustafayev, 77) - 5,0
4. İqor Ribeyro - 5,5
97. Felipe Santos - 6,5
10. Bernardo Dias - 5,5
Ehtiyat oyunçular
94. Tərlan Əhmədli
5. Qara Qarayev
11. Bayraməli Qurbanov
71. Sənan Ağalarov
57. Elcan Məmmədov
21. Sezar Meza Kolli
Baş məşqçi: Elmar Baxşıyev
Komandanın ən yaxşısı: Felipe Santos

Qol: F.Santos, 30 (R.Maçado).
Vərəqələr: F.Santos, 40 (qeyri-idman hərəkəti). B.Dias, 86 (qeyri-idman hərəkəti). T.Vəlizadə, 86 (qeyri-idman hərəkəti). E.Səfərov, 90+2 (qeyri-idman hərəkəti) - sarı. T.Vəlizadə, 90+3 (qeyri-idman hərəkəti) - qırmızı (ikinci sarı).
Hakimlər: RƏŞAD ƏHMƏDOV (Mingəçevri), Kamran Bayramov, Müslüm Əliyev, Elvin Bayramov (hamısı Bakı).
VAR hakimi: Fərid Hacıyev (Bakı).
VAR hakiminin köməkçisi: Asiman Əzizli (Bakı).
Hakim-inspektor: Ömər Paşayev (Bakı).
AFFA nümayəndəsi: Bəhram Qurbanov (Bakı).
1 noyabr. Bakı. “Neftçi Arena”. 1324 tamaşaçı (11000 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.

"Araz-Naxçıvan"ın məğlubiyyətsiz oyunlar seriyası 10-a çatacaqmı? "Neftçi" ardıcıl üçüncü matçda uduzmadan yola davam edə biləcəkmi? "Ağ-qaralar"ın iddialı "Sabah"la matçda göstərdiyi əzmkarlıq təsadüf idi, yoxsa Samir Abasov həqiqətən qısa müddətdə komandada ciddi dəyişikliklərə nail olub? Redaksiyadan "Neftçi Arena"ya yollananda bu sualların cavabını tapacağımı bilirdim. Ona görə ki, Muxtar Respublika təmsilçisi avrokuboklar uğrunda mübarizədən qopmaq niyyətində deyil. Düzdü, "Neftçi" hələ bu hədəfdən uzaqdı. Lakin yeni baş məşqçiylə cızılan planın ora getmək niyyəti güddüyünə şübhə ilə yanaşmaq doğru olmaz.

Hər halda, yanılmadım. İlk təhlükəli hücumu gözləmək də çox vaxt aparmadı. Muxtar Respublika təmsilçisi 14-cü dəqiqədə Ramilin uğursuz hücum cəhdindən yararlanaraq topu ələ keçirdi və Santosun sayəsində bir xeyli irəlilədi. Qonaqların "qol silahı" rəqib tərəfindən mühasirəyə alındığını görüb topu Maçadoya çatdırdı ki, sonuncunun cərimə meydançası daxilinə ötürmə verməsinə Rzanın müdaxiləsi mane oldu. Bir qədər sonra yenidən bəxtini sınayan "qırmızı-ağlar" bu dəfə kobud müdaxiləylə üzləşdi. Daha doğrusu, Matias Diası yerə yıxdı. Belədə cərimə zərbəsini yerinə yetirən Dias, topu təhlükəli zonadan uzaqlaşdıran Bauer oldu. Ardından Miço Eminə qarşı qaydanı pozduğundan hücum cəhdi fayda vermədi.

"Araz-Naxçıvan" növbəti təhükəli vəziyyəti 29-cu dəqiqədə yaratdı. Belə ki, Melo Ervinin qeyri-dəqiq ötürməsindən yararlandı və topu ələ keçirən kimi ön xətdə göndərdi. Burda "kürə"ni qarşılayan Maçado Bauerlə təkbətək mübarizədən ustalıqla qalıb ayrıldı və Santosa ötürmə verdi. Nəticədə braziliyalı "çərçivə"ni dəqiq nişan aldı. Hesabın açılması "Neftçi" üçün soyuq duş effekti yaratdı. Hətta meydan sahibləri yuxudan ayıldı desək, yanılmarıq. Lakin bir neçə cəhdə baxmayaraq, fasiləyə qədər hesabı bərabərləşdirmək mümkün olmadı. Əvvəl Koffi qeyri-dəqiq zərbəylə yadda qaldısa, Avram Lebonun zərbəsini dəf etdi.

İkinci hissəyə "Neftçi" daha fəal başladı. Meydan sahibləri azı bir qol vurmağın zəruriliyini dərk edir, bu üzdən bütün gücüylə irəli atılırdı. Amma qonaqlar buna şərait yaratmamaqla səfərə qələbə dalınca gəldiklərini əyani sübut edirdi. "Qırmızı-ağlar"ın bu yöndə işini asanlaşdıran məqamlardan ən əsası "ağ-qaralar"ın cəhdlərinin elə öz uğursuzluğu üzündən boşa çıxmasıydı.

Məsələn, 47-ci dəqiqədə Azərin Darboya həlledici ötürməsi qeyri-dəqiq alındığından Melo cəld davranıb topu uzaqlaşdırdı. Elə bunun ardınca qonaqların təhlükəli hücumu qeydə alındı ki, Rza Santosun zərbəsini çətinliklə zərərsizləşdirdi. Çox keçmədən Bernardonun tora qovuşdurmaq istədiyi top dirəyin yanından keçdi. 62-ci dəqiqədə Matiasın qapıya zərbəsi tələskənlik üzündən qeyri-dəqiq oldu. Halbuki, o, Eminin cərimə meydançasına göndərdiyi topun müdafiəçilər tərəfindən qaytarılmasından sonra yaxşı fürsət əldə etmişdi. Belədə cəsarətlə irəli atılan qonaqların fərqi artırması Dias sayəsində mümkün ola bilərdi. Təbii ki, Rza topu ikinci cəhddə tutmasaydı.

73-cü dəqiqədə Darbo topu "çərçivə"yə yönəldə bilmədi. Ardından Matias komanda yoldaşının səhvini təkrarladı. Bir qədər sonra isə Emin Koffinin ötürdüyü topu birbaşa tora qovuşdurmaq istəyinə çatmadı. Daha doğrusu, Ömərin kritik müdaxiləsi komandasını qoldan xilas etdi.  Mahmudov növbəti belə fürsəti 80-ci dəqiqədə Ürfanın Ramilə qarşı qayda pozuntusuna yol verməsinə görə əldə etdi. Təcrübəli futbolçu cərimə zərbəsini birbaşa qapıya zərbəylə dəyərləndirdi ki, Avram yerində idi. Emin bu epizodda böyük ehtimalla əzələsini dartdığına görə oyuna davam edə bilmədi və meydanı tərk etdi. Belədə "Neftçi" 10 nəfərlə qaldı.

Bir qədər sonra Ştoqrin qolkiperin səhvi üzündən yaranan şəraiti puç etdi. Daha dəqiqi, boş qapını nişan ala bilmədi. Son dəqiqələrdə kobud oyun tərzinin gözdən qaçmadığını deməklə yanaşı, bu üzdən Turanın meydandan qovulduğunu qeyd edək. O, 90+4-cü dəqiqədə Emilə qarşı sərt oynadığına görə ikinci "sarı"dan qırmızı vərəqəylə üzləşdi. Buna baxmayaraq, "Neftçi"nin həmlələri fayda vermədi. Hətta "ağ-qaralar" Santosun əllə oyunu üzündən təyin edilən cərimə zərbəsindən də faydalanmağı bacarmadı. Ona görə ki, Avram Koffinin birbaşa qapıya göndərdiyi topu uzaqlaşdırdı.

Beləliklə, "Araz-Naxçıvan" ardıcıl 10-cu matçda uduzmadı. "Neftçi" isə yenidən məğlubiyyət zolağına döndü...

Gözdən qaçmadı
* Oyunu izləməyə gələn azarkeşlər stadionun ətrafında zibil qabılarının azlığından şikayətçi idi. Həqiqətən də xeyli tullantı qalaqlanmışdı.
* "Forza Neftçi" əvvəldən sona qədər komandanı dəstəklədi, məğlub komandanı yanına səsləyərək alqışladı. "Araz-Naxçıvan"ın tribunalarda barmaqla sayılacaq qədər azarkeşi var idi. Tərəfdarlar balabanla komandaya ruh yüksəkliyi verirdi.
* "Neftçi"nin köməkçi məqçisi Seymur Rəhimov 68-ci dəqiqədə hakimin qərarına etiraz etdiyinə görə "sarı" aldı.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

24-08-2024, 19:0

"Araz-Naxçıvan" - "Neftçi": START HEYƏTLƏRİ

Ölkə futbolu

1-11-2024, 19:0

“Neftçi” - “Araz-Naxçıvan”: START HEYƏTLƏRİ

Premyer-liqa

19-10-2024, 14:0

"Şamaxı" - "Araz-Naxçıvan": START HEYƏTLƏRİ

Ölkə futbolu

13-09-2024, 18:0

“Araz-Naxçıvan” – “Kəpəz”: HEYƏTLƏR

Premyer-liqa

5-10-2024, 18:0

"Sabah" - "Araz-Naxçıvan": START HEYƏTLƏRİ

Ölkə futbolu

20-09-2024, 18:0

"Qarabağ" - "Neftçi": START HEYƏTLƏRİ

Aktual
Arif Əsədov “Kəpəz”də çalışmaqdan niyə imtina etdi? – detallar üzə çıxdı
Odur, özüdür ki var, Mixaylodur! - gecə lövhəsi
“Sabah”, “Neftçi”, “Turan Tovuz”! - ...bu üç klubdan biri Elvin Cəfərquliyevi ala bilər
"Qəbələ" legionerlərə xərclədiyi pulu yerlilərdən çıxarıb! - maraqlı statistika
"Zirə" sabah Özbəkistan komandası ilə qarşılaşacaq
"Millerin indiyəcən meydana çıxmaması da o qədər də üzücü deyil" - Anar Şabanoğlu Kanadada gördüklərini anlatdı
Son xəbərlər
  • Bu gün, 12:36
    Bülənt Korkmaz bu klubu superliqaya qaytarmağa çalışacaq
  • Bu gün, 12:15
    "Qarabağ" "Tirol"a qarşı
  • Bu gün, 11:54
    Muslera Uruqvayı məhv etdi - Byelsa özünü yıxıb-sürüdü!
  • Bu gün, 11:23
    Milandan Turinə yollana bilər
  • Bu gün, 10:52
    Arif Əsədov “Kəpəz”də çalışmaqdan niyə imtina etdi? – detallar üzə çıxdı
  • Bu gün, 10:31
    Anri, İbrahimoviç və Mata Türkiyənin qələbəsi haqda nə dedi?
  • Bu gün, 10:00
    İki şahmatçımız dünya çempionu oldu
  • Bu gün, 09:18
    Muslera Uruqvayı qrupda saxladı, İranın pley-off şansı qalır - DÇ səhəri
  • Bu gün, 01:09
    1/16 final cütlərindən beşi bəllidi!
  • Bu gün, 01:02
    Fransa Norveçi, Seneqal İraqı darmadağın etdi - DÇ gecəsi
  • Bu gün, 00:54
    Odur, özüdür ki var, Mixaylodur! - gecə lövhəsi
  • Dünən, 23:50
    “Zirə”nin taleyini fin və macar müəyyənləşdirəcək
  • Dünən, 22:40
    "Neftçi" Tuptanı tapdı
  • Dünən, 22:00
    Romadan Berqamoya üz tutdu
  • Dünən, 21:27
    “Sabah”, “Neftçi”, “Turan Tovuz”! - ...bu üç klubdan biri Elvin Cəfərquliyevi ala bilər
  • Dünən, 20:57
    "Sabah"ın "Nyu Seynts"ə qarşı matçlarının hakimləri
  • Dünən, 20:26
    Mançesterdən Madridə yollandı
  • Dünən, 19:51
    ABŞ-nin məşqçisi nədən narazı qaldı? - ''Sanki Türkiyə davam edir, biz evə qayıdırıq''
  • Dünən, 19:20
    Vaci ilə yeni müqavilə
  • Dünən, 18:59
    Təntənəli çəkiölçmə mərasimi baş tutdu -UFC Bakı
  • Dünən, 18:27
    "Qarabağ"ın yeni futbolçusundan paylaşım
  • Dünən, 17:56
    "Qəbələ" legionerlərə xərclədiyi pulu yerlilərdən çıxarıb! - maraqlı statistika
  • Dünən, 17:29
    Elman Himayətoğlunun vəzifəsi artırıldı
  • Dünən, 16:58
    Bəhlulun durumuyla bağlı son xəbər - yaşıl meydana nə vaxt qayıdacaq?
  • Dünən, 16:37
    Karyerasını başa vurdu
  • Dünən, 16:16
    "Zirə" sabah Özbəkistan komandası ilə qarşılaşacaq
  • Dünən, 15:59
    Cüdoçumuz bürünc medal qazandı
  • Dünən, 15:28
    ''Fənər''in sabiq baş məşqçisi Türkiyədə saç əkdirdi
  • Dünən, 14:57
    Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti oldu
  • Dünən, 14:36
    "Səbail"dən daha bir transfer
  • Dünən, 14:15
    Aparıbsansa, oynat! Oynatmırsansa, niyə aparıbsan? - Kristiansen Millerin taleyi ilə oynayır...
  • Dünən, 13:58
    Vernidub daha iki il "Neftçi"də
  • Dünən, 13:16
    "Millerin indiyəcən meydana çıxmaması da o qədər də üzücü deyil" - Anar Şabanoğlu Kanadada gördüklərini anlatdı
  • Dünən, 12:56
    Türkiyə mundialı qələbə və ilklərlə tərk etdi!
  • Dünən, 12:25
    Ölkəmizi ÇL-də iki klub təmsil edəcək
Daha çox
Oxunub: 355
Çempion komandanı atdı, “Zirə”yə gəldi – nə qəribə!
Oxunub: 312
UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
Oxunub: 284
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 266
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 265
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 217
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə