Sabah (Bakı) – Neftçi (Bakı) 0:0
55. Nicat Mehbalıyev – 5,5
17. Tellur Mütəllimov – 5,5
(7. Boyan Letiç, 71) – 5,0
2. Amin Seydiyev (k) – 5,5
77. Şakir Seyidov – 5,0
6. Abdulax Xaybulaev – 5,0
20. Coy-Lens Mikels – 6,0
18. Pavol Şafranko – 6,0
(10. Namik Ələskərov, 71) – 5,0
40. İqor Noqeyra – 5,5
70. Cesse Sekidika – 5,0
(9. Anatoli Nuriyev, 89) – qiymətsiz
3. Con İrasabal – 5,5
11. Kahim Parris – 6,5
(88. Xəyal Əliyev, 83) – qiymətsiz
Ehtiyat oyunçular
1. Yusif İmanov
94. Rəvan Mirzəmmədov
4. Elvin Camalaov
5. Rəhman Daşdəmirov
22. Abdulla Rzayev
99. Neqoş Kupusoviç
Baş məşqçi: Krunoslav Renduliç
Komandanın ən yaxşısı: Kahim Parris
93. Rza Cəfərov (k) – 6,0
8. Emin Mahmudov – 5,5
90. Ramil Şeydayev – 5,5
(47. Murad Məmmədov, 90+2) – qiymətsiz
13. Emil Səfərov – 5,5
6. Rafael Quzzo – 5,5
(20. Alfa Konte, 71) – 5,5
99. Ervin Koffi – 6,0
44. Yuri Matias – 6,5
23. Robert Bauer – 5,5
24. Mustafa Sek – 5,5
(7. Azər Əliyev, 71) – 5,0
11. Kilan Lebon – 6,0
(88. Andrey Ştoqrin, 85) – qiymətsiz
22. Dembo Darbo – 5,5
(77. Yeqor Boqomolski, 85) – qiymətsiz
Ehtiyat oyunçular
1. Emil Balayev
30. Rüstəm Samiqullin
3. Höccət Haqverdi
91. Ağadadaş Salyanski
4. Mark Tamaş
Baş məşqçi: Samir Abasov
Komandanın ən yaxşısı: Yuri Matias
C.Sekidika 54-cü dəqiqədə penaltidən yararlana bilməyib (dirək).
Vərəqələr: R.Quzzo, 33 (hakimin qərarına etiraz). C-L.Mikels, 66 (qeyri-idman hərəkəti). A.Xaybulaev, 77 (qeyri-idman hərəkəti). Y.Matias, 79 (hakimin qərarına etiraz). Ş.Seyidov, 83 (hakimin qərarına etiraz). A.Konte, 90+3 (hakimin qərarına etiraz) – sarı.
Hakim: TURAL QURBANOV, Rəhman İmami, Zöhrab Abbasov, Əli Əliyev (hamısı Bakı).
VAR hakimi: Rəşad Əhmədov (Mingəçevir).
VAR hakiminin köməkçisi: Asiman Əzizli (Bakı).
Hakim-inspektor: Anar Salmanov (Bakı).
AFFA nümayəndəsi: Elçin Mehtiyev (Bakı).
27 oktyabr. Bakı. “Bank Respublika Arena”. 2001 tamaşaçı (8700 yerlik).
Yalnız ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
Turun mərkəzi matçı, başqa adla desək, paytaxt derbisi Masazırda keçirildi. Renduliçin son üç oyunda qələbəyə həsrət qalan “Sabah”ı Samir Abasovun bir qədər ruhlandırdığı və ilk qələbəsini qazanan “Neftçi”sini qəbul etdi. İlk təhlükəli vəziyyəti “bayquşlar” yaratdı ki, buna Quzzonun cərimə meydançasının ətrafında topu itirməsi səbəb oldu. Dərhal irəli atılan Şafranko qapıya zərbə ilə yadda qalsa da, Matiasın həlledici müdaxiləsi topun istiqamətini dəyişdi. 10-cu dəqiqədə Lebon Eminin ötürməsindən sonra bəxtini sınadı. Fransalının qeyri-dəqiq zərbəsi topun toru çöldən silkələməsindən başqa işə yaramadı. Qeyd etmək yerinə düşər ki, hücum cəhdlərinin uğursuz alınması komandaları ruhdan salmırdı. Bu ərəfədə Rza Mikelsin təhlükəli zərbəsininin qarşısını aldı. Gənc qapıçı çox keçmədən yenə seyvlə yadda qaldı ki, bu dəfə Şafrankonun hesabı açmasına imkan vermədi. 23-cü dəqiqədə Lebonun zərbəsindən sonra top qapının üstündən keçdi. 38-ci dəqiqədə Mikels yüzfaizlik qol imkanını dəyərləndirə bilmədi. O, Parrisin ötürməsini qəbul etdikdən sonra Rzayla təkbətək mübarizədən qalib ayrılıb “çərçivə”ni nişan aldı. Sadəcə, Koffi lazımi anda lazımi yerdə idi və boş qapıya gedən topu uzaqlaşdırdı. Ardından Eminin cəhdinə şahidlik etdik ki, yarımmüdafiəçi Noqeyranın uğursuz toxunuşuyla önünə düşən topu Nicatın müdaxiləsi üzündən tora qovuşdura bilmədi. Nəticədə komandalar fasiləyə qolsuz “sülh”lə yollandı. Həmin ərəfədə ikinci hissədə daha təhlükəli epizodların yaşanacağını və qalibin müəyyənləşəcəyini proqnozlaşdırmaq mümkün idi. Lakin...
2-ci hissənin ən diqqətiçəkən hadisələrindən biri 51-ci dəqiqədə yaşandı. Quzzo topu cərimə meydançasının daxilində əliylə ram etsə də, hakimin gözündən yayındı. Yalnız “bayquşlar”ın cidid etirazından və VAR-ın xəbərdarlığından sonra epizodu incələyən Qurbanov penalti təyin edildi. Topa yaxınlaşan Sekidika dirəyi “nişan aldı”. Baxmayaraq ki, Rza yalnış istiqamətə tullanmış, hesabın açılması üçün ciddi maneə qalmamışdı. Ardından “Neftçi” irəli atılsa da, bu dəfə Ramil topu tora qovuşdura bilmədi. 73-cü dəqiqədə Parris topu uzaq məsafədən birbaşa qapıya göndərmək istədi. Amma Rza təhlükəni sovuşdurdu. Qolkiper bir qədər sonra Parrisin də zərbəsini dəf etdi. 78-ci dəqiqədə isə ikinci dəfə “Sabah”ın xeyrinə penalti təyin edildi. Qurbanovun fikrincə, buna Matiasın cərimə meydançası daxilindəki Letiçə qarşı kobud müdaxiləsi səbəb oldu. Hər halda, Yurinin kəskin etirazını VAR-ın müdaxiləsi izlədi və epizodu araşdıran hakim qərarını ləğv etdi. Matça Eminin birbaşa ”çərçivə”ni nişan aldığı, Nicatın asanlıqla zərbəni dəf etdiyi epizodla yekun vuruldu. Beləliklə, paytaxt derbisində hərə 1 xal qazandı. “Sabah” ardıcıl 4-cü matçda qələbəyə həsrət qaldısa, “Neftçi” yenə uduzmadı.
Gözdən qaçmadı
* Oyunun başlamasına bir neçə dəqiqə qalsa da, onlarla azarkeş bilet növbəsində dayanmışdı.
*“Neftçi”nin futbolçuları oyunöncəsi son isinmə məşqlərini xüsusi futbolkalarla etdi. Mesaj belə idi: “Xərçəngə qarşı birlikdə!”
* Tamaşaçıların, demək olar ki, yarısı “Sabah”ı, yarısı “Neftçi”ni dəstəkləyirdi. Bunu asanlıqla iddia etmək mümkündü. Həmçinin “Soldati di Sabah” və “Forza Neftçi” fanklubları tribunalarda yer almışdı.
KƏNAN BAHADIR