Mayın 9-dan 14-dək Serbiyanın Novi Sad şəhərində karate üzrə 53-cü Avropa çempionatı keçiriləck. Yığmanın məşqçilər heyəti 17 idmançının qitə birinciliyində iştirakını məqbul sayıb. Fərdi yarışda Firdovsi Fərzəliyev (60 kq), Tural Ağalarzadə (67 kq), Rafael Ağayev (75 kq), Ayxan Mamayev (84 kq), Şahin Atamov (+84 kq), Roman Heydərov (kata), Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (+68 kq) iştirak edəcək. Komanda kumite yarışında Turqut Həsənov, Asiman Qurbanlı və Rafiz Həsənov da heyətə qoşulacaq. Qadınlar isə eyni heyətlə komanda tərkibində mübarizə aparacaq. Komanda kata yarışında Tural Balcanlı, İsmayıl Quliyev və Rövşən Əliyevdən ibarət heyət tatamiyə çıxacaq. Avropa çempionatına 52 ölkədən 532 idmançı qatılacaq.