• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Vaqif Cavadov premyer-liqada ilk qələbəsini qazandı - REPORTAJ

Premyer-liqa / Reportaj

29-10-2024, 16:0

Səbail – Sumqayıt 0:1 (0:0)
1. Hüseynəli Quliyev – 5,0
74. Yusif Nəbiyev (k) – 5,0
(15. Vüsal Məsimov, 86) - qiymətsiz
3. Dmitri Litvin – 4,5
44. Amir Bilali – 5,0
20. Mərt Çəlik – 5,5
77. Fərid Nəbiyev – 4,5
11. Rüfət Abdullazadə - 5,0
8. Qorka Laruçça – 5,0
7. Madi Queta – 4,5
(21. Ayman Bouali, 65) – 4,5
14. Suleyman Alluş – 5,0
(17. Gülağa Əsədov, 86) – qiymətsiz
10. David Qomis 4,5
(19. Samir Abdullayev, 79) – qiymətsiz
Ehtiyat oyunçular
12. Əlirza Müştəbazadə
25. Nicat Məmmədzadə
6. Cabir Əmirli
18. Süleyman Əhmədov
83. Nihad Quliyev
16. Emin Rüstəmov
Baş məşqçi: Şahin Diniyev
Komandanın ən yaxşısı: Mərt Çəlik
1. Mehdi Cənnətov – 6,0
14. Elvin Bədəlov (k) – 5,5
95. Miloş Miloviç – 5,0
19. Roi Kehat – 5,0
(10. Rəhim Sadıxov, 61) – qiymətsiz
7. Rövlan Muradov – 5,0
17. Murad Xaçayev – 4,5
8. Səbuhi Abdullazadə - 5,0
23. Cordan Rezabala – 5,5
(9. Nikola Vuynoviç, 79) – qiymətsiz
60. Tresor Mossi – 4,5
(6. Vüqar Mustafayev, 46) – 4,5
99. Silvanus Nimeli – 5,5
(2. Sertan Taşkın, 90) – qiymətsiz
30. Kamran Quliyev – 5,0
(20. Ayxan Süleymanlı, 79) – qiymətsiz
Ehtiyat oyunçular
94. Rəşad Əzizli
36. Xəyal Fərzullayev
21. Nihat Əhmədzadə
24. Sənan Muradlı
11. Fernando Medeyros
12. Georgi Karaişvili
77. Cəsurbek Cəloliddinov
Baş məşqçi: Vaqif Cavadov
Komandanın ən yaxşısı: Mehdi Cənnətov

Qol: S.Nimeli, 51 (C.Rezabala).
F.Nəbiyev 78-ci dəqiqədə penaltidən yararlana bilməyib (dirək)
Vərəqələr: T.Mossi, 18 (qeyri-idman hərəkəti). S.Alluş, 24 (qeyri-idman hərəkəti). A.Bilali, 27 (qeyri-idman hərəkəti). R.Sadıxov, 77 (qeyri-idman hərəkəti). M.Xaçayev, 83 (qeyri-idman hərəkəti). Q.Laruçça, 85 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: FƏRİD HACIYEV, Eyyub İbrahimov, Şirmamed Mamedov, Elvin Bayramov (hamısı Bakı).
VAR hakimi: Rauf Cabbarov (Bakı).
VAR hakiminin köməkçisi: Kamran Bayramov (Bakı).
Hakim-inspektor: Babək Quliyev (Bakı).
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov (Bakı).
Yalnız ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
26 oktyabr. Bakı. “ASCO Arena”. 600 tamaşaçı (3200 yerlik).
Oyunun qiyməti: 5,0.

“Sumqayıt”ın 7 oyunluq qələbəsizlik seriyası “Səbail”lə oyunda sona çatdı. Maraqlıdı ki, “gənclik şəhəri”ni təmsil edən komanda sonuncu qələbəsini də elə “Səbail” üzərində qazanmışdı. O vaxtdan bəri keçirilən 7 görüşün altısında məğlub olan “Sumqayıt” yalnız bir görüşdə heç-heçəyə sevinmişdi. Daha bir maraqlı məqam məşqçi dəyişikliyi ilə bağlıdı. Belə ki, bu qələbə Samir Abasovun gedişindən sonra baş məşqçi postunu qəbul edən Vaqif Cavadov üçün premyer-liqada bir ilk oldu.

Amma etiraf etmək lazımdı ki, meydan sahibləri oyuna daha yaxşı başlamışdı. “Dənizçilər” tez-tez “Sumqayıt”ın qapısı qarşısında təhlükəli vəziyyət yaradır, bu vəziyyətlərin bəziləri Mehdi Cənnətovun qoruduğu qapıya zərbə ilə də yekunlaşırdı. “Milliləşdirilmiş” qapıçı bir neçə epizodda komandasını qoldan xilas etməyi bacardı. Artıq 3-cü dəqiqədə “Səbail” ilk hücum cəhdini gerçəkləşdirdi. Çəlik zərbə vurmağa imkan tapmasa da, Laruçça “çərçivə”yə doğru zərbə vura bildi. Amma onun zərbəsi qeyri-dəqiq alındı. Ardından Yusif Nəbiyev qüvvətli zərbəylə qapını dəqiq nişan aldı. Bu məqamda Cənnətov bacarığını ortaya qoydu və topu yumruqları ilə qarşıladı. 36-cı dəqiqədə Qomis bir qədər dəqiq oynasaydı, hesabı aça bilərdi. Çünki həmin epizodda Cənnətov da reaksiya verməkdə gecikmişdi. Amma top qapıdan azca aralı keçdi. “Milliləşdirilmiş” qapıçı hissənin sonlarına yaxın yenidən diqqət mərkəzinə düşdü. Bu dəfə o Alluşun sevinməsinə imkan vermədi.

Mehdinin etibarlı oyunu “Səbail”in həmlələrinin nəticəsiz qalmasına səbəb oldu. Əvəzində ondan ilhamlanan komanda yoldaşları 2-ci hissədə hücumda çoxalmağa, rəqib qapısına zərbələrin sayını artırmağa başladılar. Bu mənada 51-ci dəqiqədə hesabın açılması da təsadüfi olmadı. Rezabala sağ cinahla inamla irəlilədikdən sonra topu əks cinahdakı Nimeliyə ötürdü. Liberiyalı hücumçu “çərçivə”ni dəqiq nişan aldı. Onun zərbəsindən sonra “Səbail”in qapıçısı aciz qaldı. Heç şübhəsiz, bu, turun ən yaxşı qolu seçilməyə əsas namizədlərdəndi. Hesab açılandan sonra “Sumqayıt” təşəbbüsə yiyələndi və daha bir neçə dəfə fərqlənməyə yaxın oldu. Meydan sahibləri isə azsaylı hücum cəhdlərinin birində hesabı bərabərləşdirə bilərdilər. Belə ki, “Səbail”in 73-cü dəqiqədə reallaşdırdığı hücum künc zərbəsi ilə nəticələndi. Küncdən zərbə yerinə yetirilərkən Rəhim Sadıxov ayağıyla Yusif Nəbiyevin üzünə zərbə endirdi. Nəbiyev həkimlərin müdaxiləsindən sonra ayağa qalxa bildi. Baş hakim Fərid Hacıyev isə VAR-ın müdaxiləsindən sonra “Sumqayıt”ın qapısına penalti təyin etdi. Zərbəni yerinə yetirən Fərid Nəbiyev dirəyi nişan alınca bu əlverişli fürsətdən yararlanmaq da mümkün olmadı.

Penaltidən sonra “Sumqayıt” daha ehtiyatlı oynamağa başladı və müdafiəyə çəkildi. Bu da “Səbail”in fəallaşmasıyla nəticələndi. 87-ci dəqiqədə Bouali topu əla ram edib, qüvvətli zərbə vurdu. Amma onun zərbəsində dəqiqlik çatmadı. Son dəqiqələrdə azı iki epizodda “Səbail” məğlubiyyətdən qaçmaq üçün fürsət qazansa da, bu fürsətləri dəyərləndirmək mümkün olmadı. Beləcə Vaqif Cavadov “Sumqayıt”ın baş məşqçisi kimi çıxdığı ikinci oyunda qələbəyə sevindi.

Gözdən qaçmadı
* Həm “Dənizçilər”, həm də “Kimyaçılar” oyunun əvvəlindən sonuna qədər komandasını dəstəklədi.
* Media sektorunda hədsiz az jurnalist var idi.
* Vaqif Cavadov aşırı emosionallıq göstərirdi. Hətta dəfələrlə baş hakim Fərid Hacıyev və 4-cü hakim xətdən kənara çıxmamağı tapşırsa da, sona qədər belə davam etdi.
* Hesab açılandan sonra Cavadov Rövlan Muradovu, daha sonra köməkçisi Vurğun Hüseynovu qucaqlayaraq qolu qeyd etdi.
* Cavadovun köməkçilərindən Şahin Abdullayev hakimə etiraza görə sarı vərəqə ilə cəzalandırıldı.

AMAL

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

26-10-2024, 18:0

"Səbail" - "Sumqayıt": START HEYƏTLƏRİ

Premyer-liqa

17-08-2024, 19:0

"Sumqayıt" - "Səbail": START HEYƏTLƏRİ

Ölkə futbolu

17-10-2024, 23:0

Diniyev 1-ci dövrədə 19 futbolçunun xidmətindən yararlanıb

Premyer-liqa

23-08-2024, 18:0

“Səbail” - “Kəpəz”: START HEYƏTLƏRİ

Premyer-liqa

5-10-2024, 15:0

"Səbail" - "Şamaxı": START HEYƏTLƏRİ

Premyer-liqa

8-03-2024, 18:0

"Səbail" - "Sumqayıt": START HEYƏTLƏRİ

Aktual
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Vernidubun start heyəti müəyyənləşir - "ağ-qaralar" böyükhesablı qələbəni necə qazandı?
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Son xəbərlər
  • Bu gün, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Bu gün, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Bu gün, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Bu gün, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Bu gün, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Bu gün, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Bu gün, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Bu gün, 11:54
    Millimiz rekorda imza atdı
  • Bu gün, 11:23
    Hamını arxada qoydu
  • Bu gün, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Bu gün, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Bu gün, 10:00
    Lissabondan Madridə üz tutdu
  • Dünən, 23:54
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 23:23
    Kapitan “gəmini” tərk etməyəcək
  • Dünən, 22:59
    Son çempiondan unikal göstərici
  • Dünən, 22:13
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • Dünən, 22:02
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 21:30
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
  • Dünən, 20:56
    MS yeni qapıçı aldı
  • Dünən, 20:25
    “Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
  • Dünən, 19:54
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 19:23
    20 yaşında dünyasını dəyişdi
  • Dünən, 18:52
    "Şəfa"dan yeni transfer
  • Dünən, 18:31
    Vernidubun start heyəti müəyyənləşir - "ağ-qaralar" böyükhesablı qələbəni necə qazandı?
  • Dünən, 18:00
    Yenidən Fransada işləyəcək
  • Dünən, 17:29
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:58
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 16:27
    Doğma klubuna qayıtdı
  • Dünən, 15:56
    Matçın ən yaxşı oyunçusu seçildi
  • Dünən, 15:25
    Meksikalı futbolçu meydana nə vaxt qayıdacaq?
  • Dünən, 14:54
    Gözlənilən transfer rəsmən açıqlandı
  • Dünən, 14:51
    Yeni rekord müəyyənləşdirdi
  • Dünən, 14:30
    Güləşçimiz 10:0 hesablı qələbə ilə "qızıl" qazandı
  • Dünən, 13:52
    “Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
  • Dünən, 13:26
    “Sabah” Ovestriyə yollanır – çempionun səfər planı
Daha çox
Oxunub: 207
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 189
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 153
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 143
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə