Sizin reklam burada

Qəbələdə finalın məşqi, Suraxanıda Azərbaycan derbisi

Title
Qəbələdə finalın məşqi, Suraxanıda Azərbaycan derbisi
Dünən baş tutan bir oyunla startı verilən Topaz premyer-liqasının 26-cı turunun görüşləri həftəsonu davam edəcək. Bu gün daha iki matç keçiriləcək və tura bazar günü Azərbaycan derbisi ilə yekun vurulacaq. Sözsüz, “Qarabağ” – “Neftçi” qarşılaşmasına maraq daha böyükdü. Ancaq kubokun finalçılarının - “Qəbələ” ilə “Keşlə”nin görüşü də prinsipialıq daşıyır.
Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayınlanacaq.
Topaz premyer-liqası
4-cü dövrə, 26-cı tur
5 may
102. Qəbələ – Keşlə
Hakimlər: RƏVAN HƏMZƏZADƏ, Elşən Acalov, Məmmədəli Kərimov, Ömər Paşayev
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
“Qəbələ”nin bu rəqiblə ev oyunlarının balansı: 19:+6=8-5, 21-20.
2006/07 - 0:0; 2007/08 - 2:1; 2008/09 - 0:1; 2009/10 - 0:1, 1:1; 2010/11 - 0:1; 2011/12 - 0:0, 2:1; 2012/13 - 1:0, 1:2; 2013/14 - 3:2, 1:4; 2014/15 - 1:1, 1:1; 2015/16 - 1:1, 0:0; 2016/17 – 0:0, 4:3; 2017/18 – 3:0.
Cəzalı: Urfan Abbasov (Qəbələ).
“Futbol+”in proqnozu: 35-35-30
Qəbələ. Şəhər stadionu. Saat 19.00
Qəbələdə keçiriləcək qarşılaşma gümüş medal baxımından önəm daşıyır. “Qəbələ” ötənilki nəticəni təkrarlamağa çox yaxındı. Roman Qriqorçukun komandasından fərqli, “Keşlə” üçün səfər oyunu formal xarakter daşıyır. Yuri Maksimovun komandası üçün finalda qarşılaşacağı rəqiblə görüş heç bir əhəmiyyət kəsb etmir. Düzdü, hələ iki tur əvvəldən “İnter”in xələfinin çempionatda 6-cı yerdən irəli gedə bilməyəcəyi bəlliydi. Buna baxmayaraq, paytaxt təmsilçisi “Zirə” və “Neftçi”ni məğlub etməklə qollarını yanına salmadığını göstərdi. Həm də hələ 6-cı yer təmin olunmayıb. “Səbail” cəmi 1 xal geridədi və xal itkisi komandanın mövqeyində geriləməyə şərait yarada bilər. Əslində “Qəbələ” və “Keşlə”nin oyuna yanaşması maraq doğurur. Kubokda bir-birinə rəqib olan ukraynalı mütəxəssislər “kartlarını açacaqlarmı”? Ola bilər ki, nələrisə mayın 28-nə saxlasınlar. Digər tərəfdən, rəqibi özündən çəkindirmək, azarkeşləri ümidləndirmək və özünəinamı artırmaq istəyi tərəflərin motivasiyasına xidmət edə bilər.
Onu da qeyd edək ki, “Qəbələ” matça itki ilə hazırlaşıb. Belə ki, Urfan Abbasovun cəza səbəbindən oynamayacağı ötən turdan sonra bəllidi. “Kəpəz”lə qarşılaşmada aldığı sarı vərəqədən sonra müdafiəçi cəzalı duruma düşüb.
103. Səbail – Zirə
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Mübariz Haşımov, Rahil Ramazanov, Orxan Məmmədov.
Hakim-inspektor: Fazil Mürşüdov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
“Səbail”in bu rəqiblə ev oyunlarının balansı: 1:+0=0-1, 0:1.
2017/18 – 0:1.
Cəzalı: Adil Nağıyev (Zirə).
“Futbol+”in proqnozu: 30-40-30
Bakı. Bayıl Arena. Saat 17.00
Əslində ikinci oyun gününə “Bayıl Arena”da start veriləcək. “Səbail” və “Zirə” oyuna fərqli əhval-ruhiyyədə çıxacaq. Debütant bir neçə tur idi 3 xal qazana bilmirdi və “Sumqayıt” üzərində sürpriz qələbə ilə uğursuz seriyaya son qoyuldu. Qəsəbə təmsilçisi isə qələbənin dadını unudub: komanda 11 turdu 3 xala həsrətdi. Mövsümün ilk yarısında yaratdığı xal fərqi hesabına hələ də Avroliqa şansını saxlayan Ayxan Abbasovun yetirmələri uduzacağı halda şansını minimuma endirəcək. Samir Əliyevin komandası isə qeyd etdiyimiz kimi, indiyədək yenmədiyi rəqibin enişdə olmasından yararlanmaqla 6-cı yerə yüksəlməyi hədəfləyib. Qış fasiləsindən sonra zədə və cəzalardan əziyyət çəkən “Zirə”nin səfərə də itki ilə yollandığını qeyd edək. Bu dəfə müdafiəçi Adil Nağıyev cəza səbəbindən komandasına kömək edə bilməyəcək.
6 may
104. Qarabağ – Neftçi
Hakimlər: ƏLİYAR AĞAYEV, Namiq Hüseynov, Vaqif Musayev, Ramil Diniyev.
Hakim-inspektor: Əli Hüseynov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
“Qarabağ”ın bu rəqiblə ev oyunlarının balansı: 33:+14=11-8, 38-31.
1992 - 2:1; 1993/94 - 1:0; 1994/95 - 0:0; 1995/96 - 1:1; 1996/97 - 1:2; 1997/98 - 1:0; 1998/99 - 1:0, 1:0; 1999/2000 - 1:1; 2000/01 - 0:4; 2003/04 - 1:3; 2004/05 - 2:1; 2005/06 - 2:2; 2006/07 - 0:2; 2007/08 - 0:0; 2008/09 - 1:1; 2009/10 - 1:0, 2:0; 2010/11 - 0:1, 3:0; 2011/12 - 1:2, 0:0; 2012/13 - 1:0, 1:2; 2013/14 - 3:1, 1:1; 2014/15 - 0:0, 3:2; 2015/16 - 1:1, 1:2; 2016/17 – 3:0, 1:1; 2017/18 – 1:0.
Cəzalı: Riçard Almeyda (Qarabağ).
“Futbol+”in proqnozu: 35-35-30
Suraxanı. Azərsun Arena. Saat 19.00
Tura Azərbaycan derbisi ilə yekun vurulacaq. Bütün çempionatların iştirakçısı olan “Neftçi” və “Qarabağ” Ağdam təmsilçisinin meydanında münasibətləri aydınlaşdıracaq. Çempionluğu təmin edən Qurban Qurbanovun yetirmələri mövsümün son ev oyununda azarkeşlərini sevindirmək üçün qalib gəlməlidi. Tərlan Əhmədovun komandası isə avrokubok şansının azalmaması üçün çempionun 17 oyunluq məğlubiyyətsizlik seriyasını qırmağa çalışacaq. “Qarabağ”ın derbiyə ciddi itki ilə çıxacağını vurğulayaq. Belə ki, Riçard Almeyda sarı vərəqə “limit”ini doldurub.
Topaz.az
1 X 2 1X 12 2X alt üst kod
Səbail – Zirə 2.95 2.75 2.00 1.42 1.19 1.16 1.54 1.95 312
Qəbələ - Keşlə 1.50 3.25 4.65 – 1.13 1.91 1.50 1.85 416
Qarabağ – Neftçi 1.10 4.70 11.00 – – 3.29 1.80 1.55 869
1. Qarabağ 25 19 5 1 36-9 62
2. Qəbələ 25 13 6 6 40-24 45
3. Sumqayıt 26 11 7 8 33-29 40
4. Neftçi 25 11 4 10 33-26 37
5. Zirə 25 9 8 8 31-28 35
6. Keşlə 25 6 6 13 24-38 24
7. Səbail 25 6 5 14 18-34 23
8. Kəpəz 26 3 5 18 16-43 14
Bombardirlər: Baqali Dabo (Qəbələ) – 12, Amil Yunanov (Sumqayıt) – 10, İqnasio Errera (Neftçi), Mahir Mədətov (Qarabağ), Stiven Jozef-Monroz (Qəbələ) – 8.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.