Çempionlar Liqasının 3-cü turunun oyunları ilə bağlı bir çox maraqlı məqam var. “Real”ın “Borussiya” ilə oyundakı möhtəşəm geridönüşündən, “Barselona”nın “Bavariya”nı darmadağın etməsindən tutmuş “Atletiko”nun evdə “Lill”ə uduzmasına qədər. 3 turdan sonra yalnız iki komandanın xal itirməməsi və bunların ikisinin də İngiltərə təmsilçisi olması da maraqlı məqamdı.
Çərşənbə axşamı keçirilən oyunların ikisində qalib 5 qol vurdu ki, bunlardan biri “Monako”du. Minamino “Srvena Zvezda” ilə oyunda möhtəşəm təsir bağışladı, dubl etdi, məhsuldar ötürmə verdi. Serblərin belə oyunla tuniri aşkar autsayder kimi bitirəcəyi şübhə doğurmur.
“Milan” “Brügge”ni qəbul etdi. Oyuna cəsarətli başlayan qonaqlar debütdə bir neçə təhlükəli vəziyyət də yaratdı. Tsolis və Cutqla yaxşı imkandan yararlanmadı, Ordonyes topu tirə vurdu. “Milan”ın köməyinə isə standart vəziyyət çatdı. 34-cü dəqiqədə Pulişiçin yerinə yetirdiyi künc zərbəsindən sonra top tora daxil oldu. Hissənin sonunda “Brügge” azlıqda qaldı – Reyndersə qarşı kobudluğa görə Onyedika meydandan qovuldu. Maraqlıdı ki, qonaqlar sarsılmadı və hətta fasilədən sonra hesabı da bərabərləşdirə bildi. Paulu Fonseka dərhal iki dəyişiklik etdi, meydana sonradan çıxanlardan Okafor Reyndersə məhsuldar ötürmə verdi. Bir qədər sonra elə həmin Reynders “Milan”ın 3-cü qolunu da vurdu. Minyole hətta 4-cü dəfə də topu tordan çıxarmalı oldu, sadəcə, yeniyetmə Kamardanın qolu ofsayd üzündən sayılmadı.
Çempionlar Liqasının son finalçılarının – “Real”la “Borussiya”nın ifasında maraqlı oyun izlədik. İlk yarı bir qədər sakit keçdi. Sadəcə, dortmundlular 4 dəqiqə intervalla iki gözlənilməz qol vurdu. Bir başqa komanda bundan sonra bəlkə də pərən-pərən düşər, təşəbbüsü əldən verərdi. Ancaq “Real”... “Borussiya” fasilədən sonra qəribə şəkildə öz qapısına doğru sıxıldı. Və bunun əvəzini çox sərt şəkildə ödədi. “Real” 3 dəqiqə içində iki qol vurmaqla hesabı bərabərləşdirdi. Təşəbbüs artıq tam madridlilərin tərəfindəydi. Bu üzdən onların son 10 dəqiqədə üç qol vurması təəccüb doğurmadı. Yəqin ki, ilk yarıdan sonra heç kim almanların bu şəkildə darmadağın olacağını düşünməzdi.
“Yuventus”un qonağı olan “Ştutqart” ilk dəqiqələrdən rəqibi böyük qüvvə ilə müdafiə olunmağa məcbur etdi. Qonaqlar qola daha yaxın idi: Miyonun zərbə mövqeyinə çıxardığı Demiroviçin yaxın küncə zərbəsindən sonra top dirəyə dəydi. Turinlilər ilk yarıda yalnız Facolinin yerinə yetirdiyi cərimə zərbəsi ilə yadda qaldı. “Ştutqart”ın 2-ci hissənin əvvəlində vurduğu qol tam məntiqli idi. Meydanın dərinliyindən ötürmə qəbul edən Undav yaxın küncə dəqiq zərbə vurdu. Ancaq onun əllə oynadığını bildirən referi qolu saymadı. Sona yaxın oyun bir qədər sakitləşdi, hər kəsə elə gəldi ki, komandalar artıq heç-heçəyə razıdı. Ancaq son sözü yenə almanlar dedi. Danilo 84-cü dəqiqədə Ruoya qarşı kobudluğa görə 2-ci sarı vərəqə ilə qovuldu, “Ştutqart” penalti qazandı. Perin Miyonun zərbəsini dəf etdi. Ancaq turinlilərin qapıçısı Turenin 2-ci uzatma dəqiqəsindəki zərbəsi qarşısında aciz qaldı.
PSJ ilə PSV-nin Parisdə keçirilən duelində qalib müəyyənləşmədi. İlk yarıda çox ehtiyatlı oynayan erediviziyanın lideri parislilərin hücumlarını uğurla neytrallaşdıra bildi. Üstəlik PSV 34-cü dəqiqəqə gözlənilmədən hesabı açdı. Fasilədən az sonra PSJ hesabı bərabərləşdirdi. Künc zərbəsinin ardından Hakimi topu qapıçının ayaqları arasından tora göndərdi. Uzatma dəqiqələrində PSJ penalti qazansa da, hakim VAR-a baxandan sonra bu qərarı ləğv etdi.
“Arsenal” Saka ilə Edeqorun yoxluğunda irəlidə sürətli oyun göstərə bilmədi. Bununla belə, 29-cu dəqiqədə hesab açıldı. Martinellinin zərbəsindən sonra qapıçı Riznıkın kürəyinə dəyən top tora daxil oldu. 2-ci hissədə də oyunun axarı dəyişmədi. “Arsenal” topa nəzarət edir, “Şaxtyor” isə xoşbəxtliyi əks-hücumlarda axtarırdı. Qonaqların qapıçısı hissənin əvvəlində Martinellinin təhlükəli zərbəsini qaytardı, 77-ci dəqiqədə hətta penaltinin qola çevrilməsinə də imkan vermədi. “Şaxtyor” bu oyunda heç bir real qol vəziyyəti yarada bilmədi. Ümumiyyətlə, “Şaxtyor” ilk üç turda qol vurmayan 4 komandadan biridi.
Emerinin “Aston Villa”sı azarkeşlərin qəlbini fəth etməkdədi. Birmingemlilər hələ bir qol da buraxmayıb, hərçənd rəqibləri arasında hətta “Bavariya” da olub. “Aston Villa” “Bolonya” ilə oyunun xüsusən də 2-ci hissəsində daha yaxşı təsir bağışladı və bunun məntiqi nəticəsi kimi iki qol vurdu. “Bolonya” hələ ki turnirin ən zəif komandalarından biri kimi görünür.
PSJ və “Feyenoord” ilə oyunlarda bəxti gətirməyən “Jirona” 3-cü turda qələbə hesabını aça bildi. Kataloniyalılar hesabat turunda “Slovan”ı qəbul etdi. Ardıcıl iki darmadağınla üzləşən slovaklar onları hesabdan silməyin hələ tez olduğunu göstərmək istəyirdi. Amma “Jirona”nın üstün olduğu dərhal gözə dəydi. Sol cinahda “at oynadan” Qutyerreslə Qruneveld fasiılə ərəfəsində ilk qolu təşkil etdi. “Jirona” 2-ci hissənin əvvəlində də təzyiqi davam etdirdi. Takaç bir neçə təhlüləli zərbəni qaytardı. Ardından “Slovan” oyunu bərabərləşdirə bildi. Bununla belə, oyundakı 2-ci qol da qonaqların qapısına vuruldu. Xuanpe cərimə zərbəsindən yaxın “9-luğ”a göndərdi. Stuani 88-ci dəqiqədə penaltini boşa verməsəydi, hesab hətta 3:0 olacaqdı. Amma bunsuz da “Slovan” qorxunc top fərqi (-10) ilə turnir cədvəlinin sonuncusudu.
Çərşənbə axşamı keçirilən daha bir oyunda “Şturm”, gözlənildiyi kimi, evdə “Sportinq”ə uduzdu.
Monako – Srvena Zvezda 5:1 (2:1)
Monako (Fransa): Mayetski, Vanderson, Sinqo, Kerer, Enrike (Diatta, 77), Kamara (Maqassa, 77), Zakariya (Matazo, 86), Akliuş, Minamino, Ben Seqir (Qolovin, 46), Embolo (İlenihena, 77).
Srvena Zvezda (Belqrad, Serbiya): M.İliç, Silas (L.İliç, 60), Seol Yun Vo, Spayiç, Ciqa, Olayinka, Elşnik, Kruniç (Rodiç, 60), Maksimoviç (Katay, 74), Duarte (Qomeş, 7), Ndiay (Kanqa, 74).
Qollar: Minamino, 20 (1:0). Ndiay, 27-p. (1:1). Embolo, 45+4 (2:1). Sinqo, 54 (3:1). Minamino, 70 (4:1). Akliuş, 90+7 (5:1).
Vərəqələr: Kerer, 26. Maksimoviç, 45+2 – sarı.
Hakim: Tobas Ştiler (Almaniya).
22 oktyabr. Monako. 9590 tamaşaçı.
Milan – Brügge 3:1 (1:0)
Milan (İtaliya): Menyan, Emerson, Qabbya (Tiav, 83), Tomori, T.Ernandes, Fofana (Musa, 75), Loftus-Çik (Okafor, 60), Pulişiç, Reynders, Leao (Çukvueze, 60), Morata (Kamarda, 75).
Brügge (Belçika): Minyole, Seys (Sabbe, 46), Ordonyes, Mexele, De Keyper, Onyedika, Talbi (Vetlesen, 46), Yaşari (Nilsen, 83), Vanaken, Tsolis (Skov-Olsen, 70), Cutqla (Skuras, 70).
Qollar: Pulişiç, 34 (1:0). Sabbe, 51 (1:1). Reynders, 61 (2:1). Reynders, 71 (3:1).
Vərəqələr: Seys, 20. Yaşari, 23. Leao, 50. Morata, 59. Qabbya, 71. Skuras, 74. Kamarda, 88 – sarı. Onyedika, 40 – qırmızı.
Hakim: Feliks Svayer (Almaniya).
22 oktyabr. Milan. 58649 tamaşaçı.
Real – Borussiya D 5:2 (0:2)
Real (Madrid, İspaniya): Kurtua, Vaskes, Militao, Rüdiger, Mendi, Valverde, Modriç (Kamavinqa, 71), Bellingem (Gülər, 90), Rodriqo (Çuameni, 85), Mbappe (Sebalyos, 90), Vinisius.
Borussiya (Dortmund, Almaniya): Kobel, Ryuerson (Can, 76), Zyule, Şlotterbek, Bensebaini, Zabitser, Nmeça (Bayer, 76), Malen (Qross, 64), Brandt, Baynou-Gittens (Anton, 55), Girassi.
Qollar: Malen, 30 (0:1). Baynou-Gittens, 34 (0:2). Rüdiger, 60 (1:2). Vinisius, 60 (2:2). Vaskes, 83 (3:2). Vinisius, 86 (4:2). Vinisius, 90+3 (5:2).
Vərəqə: Vinisius, 87 – sarı.
Hakim: İştvan Kovaç (Rumıniya).
22 oktyabr. Madrid. 74642 tamaşaçı.
Yuventus – Ştutqart 0:1 (0:0)
Yuventus (Turin, İtaliya): Perin, Savona (Kambyasso, 55), Kalulu, Danilo, Kabal, Facoli, Makkenni (Lokatelli, 55), Türam (Rouxi, 90), Konseysao (Vea, 55), Vlahoviç (Aciç, 68), Yıldız.
Ştutqart (Almaniya): Nübel, Vaqnoman, Ruo, Şabo, Mittelştadt (Çeyz, 90+7), Karazor, Ştiller, Miyo, Undav (Rider, 74), Levelinq, Demiroviç (Ture, 62).
Qol: Ture, 90+2.
Miyo 86-cı dəqiqədə penaltidən yararlana bilməyib (qapıçı).
Vərəqələr: Demiroviç, 51. Ruo, 54. Danilo, 81 – sarı. Danilo, 84 – qırmızı (ikinci sarı).
Hakim: Espen Eskos (Norveç).
22 oktyabr. Turin. 41306 tamaşaçı.
PSJ – PSV 1:1 (0:1)
PSJ (Paris, Fransa): Donnarumma, Hakimi, Markinyos, Paço, Mendeş, Zair-Emeri (Mayulu, 81), Neveş, Ruis (Vitinya, 59), Dembele (Due, 81), Li Kan İn (Asensio, 68), Barkola (Kolo Muani, 81).
PSV (Eyndhoven, Niderland): Benites, Junior, Flaminqo, Boskalyi, Dams, Tillman, Saybari (Ledesma, 84), Bakayoko (Babadi, 83), Til, Lanq (Drioş, 65), L.de Yonq.
Vərəqələr: Mendeş, 40. Junior, 45+2. Dams, 77. Ledesma, 90+1. Babadi, 90+2. Benites, 90+6 – sarı.
Hakim: Qlenn Nüberq (İsveç).
22 oktyabr. Paris. 47511 tamaşaçı.
Arsenal – Şaxtyor 1:0 (1:0)
Arsenal (London, İngiltərə): Rayya, Uayt (Merino, 46), Saliba, Qabriel, Kalafyori (Lüis-Skelli, 72), Jezus (Sterlinq, 68), Parti, Rays, Martinelli, Haverts, Trossar (Jorjinyo, 87).
Şaxtyor (Donets, Ukrayna): Riznık, Konoplya, Bondar, Matviyenko, Enrike, Krıskiv, Bondarenko (Qomes, 87), Zubkov (Pedrinyo, 64), Sudakov, Eginaldo (Traore, 84), Sikan (Kevin, 64).
Qol: Riznık, 29-öz qapısına.
Trossar 77-ci dəqiqədə penaltidən yararlana bilməyib (qapıçı).
Hakim: Benua Bastyen (Fransa).
22 oktyabr. London. 59594 tamaşaçı.
Aston Villa – Bolonya 2:0 (0:0)
Aston Villa (Birmingem, İngiltərə): Martines, Konsa, Karlos, Torres, Maatsen, Onana (Barkli, 46), Tilemans (Kamara, 78), Beyli (Remzi, 66), Rocers, Makqinn (Filogen, 66), Duran (Uotkins, 66).
Bolonya (İtaliya): Skorupski, Poş, Beukema, Lukumi, Likoyannis, Fabbian, Froyler, Urbanski (Moro, 67), Orsolini (Odqor, 46), Dallinqa (Kastro, 66), Ndoy (Aylinq, 77).
Qollar: Makqinn, 55 (1:0). Duran, 64 (2:0).
Vərəqələr: Orsolini, 19. Poş, 45. Likoyannis, 47. Barkli, 50. Froyler, 53 – sarı.
Hakim: Joao Pineyro (Portuqaliya).
22 oktyabr. Birmingem. 41847 tamaşaçı.
Jirona – Slovan 2:0 (1:0)
Jirona (İspaniya): Qassaniqa, Franses, Xuanpe, Kreyçi, Martin (Miyovski, 24), Martines, Errera, Qutyerres, Van de Beek (Lopes, 83), Stuani, Qruneveld.
Slovan (Bratislava, Slovakiya): Takaç, Bayriç, Kaşiya, Vimmer, Blekmen, İqnatenko (Martselli, 78), Savvidis (Qaydoş, 84), Zuberu, Barseqyan, Toliç (Soke, 84), Strelets (Metsoko, 84).
Qollar: Qutyerres, 42 (1:0). Xuanpe, 73 (2:0).
Stuani 88-ci dəqiqədə penaltidən yararlana bilməyib (qapıçı).
Vərəqələr: Toliç, 16. Franses, 45. İqnatenko, 69. Barseqyan, 71 – sarı.
Hakim: Horatsiu Fesnik (Rumıniya).
22 oktyabr. Jirona. 9246 tamaşaçı.
Şturm – Sportinq 0:2 (0:1)
Şturm (Qrats, Avstriya): Sherpen, Qazibeqoviç, Ayvu, Qayrhofer (Conston, 59), Lavale (Şopp, 90), Yalkuye, Çukvuani, Horvat (Yardımci, 70), Boevinq, Yatta (Zvonarek, 59), Biret (Hirlender, 90).
Sportinq (Lissabon, Portuqaliya): İsrael, Esqayu (Reys, 56), Debast (Sent-Yuste, 70), İnasio, Katamu, Yulmann, Braqansa (Morita, 70), Santuş (Kenda, 84), Trinkan, Arauxo (Qonsalveş, 70), Dyökereş.
Qollar: Santuş, 23 (0:1). Dyökereş, 53 (0:1).
Vərəqələr: Yalkuye, 39. Yardımci, 90+4 – sarı.
Hakim: Georgi Kruaşvili (Gürcüstan).
22 oktyabr. Klagenfurt. 23691 tamaşaçı.
Oyundan sonra
Tyaqo Motta, “Yuventus”un baş məşqçisi: