Sizin reklam burada

“Helios”un müdafiəçisi yığmada

Müəllif: football Tarix: 6-05-2018, 14:21 986 Baxış
“Helios”un müdafiəçisi yığmada
U-19-un heyəti açıqlanıb. Baş məşqçi Vüqar Məmməd yığmaya 21 futbolçu dəvət edib. Qeyd edək ki, milli Slovakiyada 2000 təvəllüdlü futbolçulardan ibarət komandalar arasında keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək. Mayın 7-11-i aralığında təşkil olunacaq “Slovakia Cup 2018” turnirində U-19 Slovakiya, Uels və Macarıstanla birgə A qrupunda yer alacaq. Yarış üçün bu futbolçulara dəvət göndərilib: Nicat Mehbalıyev, İbrahim Hüseynov, Rauf Hüseynli, Xaqani Sadıxov, Səbuhi Abdullazadə, Turan Vəlizadə, Toral Bayramov, Rüfət Abdullazadə (hamısı “Qarabağ”), İdris İnqilablı, Rüstəm Nuriyev, Kamran Quliyev, Əmrah Zülfüqarlı (hamısı “Qəbələ”), Zahid Mərdanov, Kamran Məmmədov, Emil Qasımov, Şakir Seyidov (hamısı “Səbail”), Əkbər Vəliyev, Elvin Cəfərquliyev (hər ikisi “Keşlə”), Elvin Talıbov (“Rostov”, Rusiya), Hüseyn Əhmədov (“Helios”, Xarkov, Ukrayna), Elnur İbrahimov (“Spartak-2”, Moskva, Rusiya).
Göründüyü kimi, dəvət alanlar arasında Ukraynada legioner həyatı yaşayan Hüseyn Əhmədov da var. Halbuki gənc müdafiəçi əvvəlki toplanışa cəlb olunmamışdı.
SON XƏBƏRLƏR