Millimiz dünya üçüncüsü oldu

28.10.2024 14:54 312
İdman
Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatı başa çatıb.

"Football-plus.az" xəbər verir ki, sərbəst güləş üzrə millimiz dünya çempionatını 1 qızıl, 2 gümüş və 1 bürünc medalla başa vurub. Yekunda 100 xal toplayan yığmamız komanda hesabında dünya üçüncüsü olub. İran (158) birinci, Yaponiya (102) isə ikinci yeri tutub.

Xatırladaq ki, milli komandanın tərkibində Maqomed-Başir Xaniyev (70 kq) qızıl, Ruslan Abdullayev (61 kq) və Arseniy Djioyev (86 kq) gümüş, Cəbrayıl Qadjiyev (74 kq) isə bürünc medal qazanıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul