Sizin reklam burada

“Xəzər” çempion oldu!

Baxış Sayı:935

“Xəzər” çempion oldu!
Dünən birinci divizionda 26-cı turun oyunları keçirildi. 2017/18 mövsümünün qalibi məhz sona bir tur qalmış müəyyənləşdi. “Xəzər” “Zaqatala” üzərində dramatik qələbə ilə çempionatı ilk pillədə başa vuracağını rəsmiləşdirdi. Hesabı açan, ancaq oyunun gedişində geri düşən, hətta azlıqda qalan, bununla belə, meydanı qalib tərk edən debütant zirvədə möhkəmləndi. Düzdü, qalibin müəyyənləşməsində “Qaradağ Lökbatan”ın səfərdə “Turan Tovuz”a yenilməsi böyük rol oynadı. Beləliklə, “qızıl” şansını itirən “Qaradağ Lökbatan” 2-ci yeri təmin etdi. Üçüncü pillədə qərarlaşan “Şüvəlan”ın səfərdə “Mil-Muğan”a uduzması gümüş medalların taleyinə aydınlıq gətirdi. Belə ki, 46 xala malik “Qaradağ Lökbatan” şüvəlanlılardan 4 xal öndə qərarlaşıb. Bürünc medalların sahibi isə mövsümün son turunda bilinəcək.
Birinci divizion
3-cü dövrə, 26-cı tur
4 may
Mil-Muğan – Şüvəlan 1:0
Vüqar Asəliyev, 82.
Xəzər – Zaqatala 3:2
Tural Qürbətov, 55. Ramil Həsənov, 72. Eltun Turabov, 79 – Cavad Kazımov, 68. Nicat Muxtarov, 70.
Turan Tovuz – Qaradağ Lökbatan 2:1
İlkin Rzayev, 8. Tuqay Alheseynli, 53 – Sabir Allahquliyev, 43-p.
Ağsu – Binə 3:2
Adil Tağıyev, 17. Ramil Əliyev, 26. Bəhlul Əliyev, 89 – Sərxan Ağayev, 13. Vüsal Səfərov, 71-p.
MOİK – Sabah 0:0
1. Xəzər 26 15 5 6 40-16 50
2. Qaradağ Lökbatan 26 13 7 6 44-30 46
3. Şüvəlan 26 12 6 8 28-20 42
4. MOİK 26 12 5 9 37-30 41
5. Turan Tovuz 26 11 5 10 34-33 38
6. Sabah 26 10 7 9 37-32 37
7. Binə 26 10 5 11 31-33 35
8. Mil-Muğan 26 8 6 12 31-45 30
9. Ağsu 26 7 4 15 23-48 25
10. Zaqatala 26 4 6 16 23-42 18
Bombardirlər: Bəhruz Teymurov (MOİK) - 14, Sabir Allahquliyev (Qaradağ Lökbatan) - 12.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR