Sizin reklam burada

Karyakin Vüqar Həşimov Şahmat Akademiyasına baş çəkib

Title
Karyakin Vüqar Həşimov Şahmat Akademiyasına baş çəkib
Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2018” turnirinin iştirakçısı Sergey Karyakin və məşqçisi Denis Xismatullin mərhum şahmatçının məzarını ziyarət edib. Əvvəlcə şahmatçılar ikinci Fəxri Xiyabana gələrək, Həşimovun xatirəsini ehtiramla yad edib, məzarı üzərinə tər güllər qoyub, onunla bağlı xatirələrini bölüşüblər. Sonra qonaqlar Vüqar Həşimov Şahmat Akademiyasına gedərək, orda yaradılan şəraitlə tanış olublar. Rusiyalı şahmatçı bunları deyib: “Şəmkirə Vüqarın xatirəsini yad etmək üçün getmişdim. Onunla peşəkar şahmatçılar üçün çox nadir olan əsl dostluq münasibətlərim vardı. Ona görə mən bu turnirə xüsusi həyəcanla yanaşıram. Azərbaycanda Şahmat Olimpiadası, Dünya Kuboku və “Qran-pri” mərhələsi çox gözəl keçdi. Fikrimcə, bunlar gördüyüm ən yaxşı təşkil olunan yarışlardı. Ona görə də “Shamkir Chess 2018” ilə Berlində keçirilən İddiaçıların Turnirini müqayisə etmək mümkün deyil. Bunlar yerlə göy qədər fərqlidi. Bu il məqsədim reytinqdə ilk “3-lüy”ə yüksəlməkdi. Bunun üçün bütün turnirləri ən yüksək səviyyədə keçirməliyəm”.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.