Sizin reklam burada

Yığmanın rəqibi yerli məşqçiyə tapşırıldı

Müəllif: football Tarix: 4-05-2018, 23:24 770 Baxış
Yığmanın rəqibi yerli məşqçiyə tapşırıldı
“Prosineçki Azərbaycan millisini uğur qazanmaq şansı olmadan çalışdırdı”
Yığmanın Millətlər Liqasındakı rəqibi Maltanın yeni baş məşqçisi bəlli olub. Bu haqda Malta Futbol Federasiyasının (MFF) rəsmi saytı xəbər yayıb. Beləliklə, aprelin 25-də istefaya göndərilən Tom Saintfieti kimin əvəzləyəcəyi açıqlanıb. Komanda yerli mütəxəssis Ray Farruciyaya tapşırılıb. Bu qərar MFF-nin İcraiyyə Komitəsinin iclasında qəbul olunub. Farruciya artıq yeni baş məşqçi kimi ilk açıqlamasını da verib: “Mənə etimad göstərildiyi üçün qürur duyuram. Ölkənin bir nömrəli yığmasını çalışdırmaq həyatım boyunca ən böyük arzum olub. Komandanı irəli aparmaq üçün əlimdən gələni edəcəm. Necə məsuliyyətli işə girdiyimi yaxşı dərk edirəm”.
Malta Futbol Federasiyasının prezidenti Darmanin Demayo isə indiki vəziyyətdə ən düzgün addımın millini yerli baş məşqçiyə həvalə etmək olduğunu vurğulayıb. Əvvəllər Maltanın U-21 yığmasına rəhbərlik edən Ray Farruciya 2014-cü ildən bəri əsas millidə köməkçi məşqçi kimi fəaliyyət göstərib. Onu da bildirək ki, yığmamız Millətlər Liqasında Malta ilə ilk oyununu sentyabrın 10-da səfərdə keçirəcək.
Serbiya mətbuatı isə yığmamızın sabiq baş məşqçisi Robert Prosineçkinin karyerasını vərəqləyib. Daha doğrusu, “Srvena Zvezda”nın sabiq çalışdırıcıları haqda yazı dərc edən həmkarlarımız Prosineçkini də yada salıblar. Hazırda Bosniya və Hersoqovina yığmasının “sükanı arxasında” olan mütəxəssisin ölkəmizdəki fəaliyyətinin uğursuzluğu qeyd olunub. Xorvatiya futbolunun canlı əfsanəsinin ölkəmizə gəlişini belə sürpriz adlandırıblar: “Robert Prosineçkinin “Srvena Zvezda”da yeganə qazancı ölkə kuboku oldu. 2012/13 mövsümünün əvvəlində isə Avropa Liqasının pley-off mərhələsində "Bordo" ilə keçirilən oyun ərəfəsində istefa verdi. Prosineçkinin “Srvena Zvezda”dan ayrıldıqdan sonra “Kayserispor”dakı ilk ili əla alındı. Hətta həmin mövsümün sonunda adı “Beşiktaş”la yanaşı hallandı. Amma Türkiyənin kiçik klubunda qalmağı üstün tutdu. “Kayserispor” növbəti mövsümü zəif keçirdi. Prosineçkinin bundan sonrakı addımı - Azərbaycan yığmasını seçməsi isə sürpriz oldu. O, Azərbaycana yalnız yaxşı maliyyə imkanlarına görə getdi. Amma yığmanı uğur qazanmaq şansı olmadan çalışdırdı. Bosniya və Hersoqovinada isə vəziyyət belə deyil. Orda iddialı layihəyə start verib”.
Qeyd edək ki, 2014-17-ci illərdə yığmamızı çalışdıran Robert Prosineçkinin baş məşqçi kimi ilk komandası “Srvena Zvezda” olub.
SON XƏBƏRLƏR