• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Qarabağ" "Kəpəz"ə rəhm etmədi - REPORTAJ

Premyer-liqa / Reportaj

21-10-2024, 12:0

Kəpəz (Gəncə) - Qarabağ (Ağdam) 0:5 (0:1)
1. Rojerio Santos - 5,5
2. İlkin Qırtımov (k) - 5,0
11. Orxan Əliyev - 5,0
(19. Lassana Ndiaye, 58) - 5,0
12. Turan Manafov - 5,0
70. Nicat Süleymanov - 5,0
(21. Camal Cəfərov, 58) - 5,0
5. Rauf Hüseynli - 5,0
26. Valdemar Almeyda - 5,0
(10. Karim Lkouça, 80) - qiymətsiz
9. Luis Paçu - 5,0
(99. Əli Səmədov, 80) - qiymətsiz
29. Dioqo Verdaska - 5,0
3. Mahamadu Ba - 5,0
77. Viktor Braqa - 5,0
(7. Ehtiram Şahverdiyev, 58) - 5,0
Ehtiyat oyunçular
22. Məmməd Hüseynov
80. Tural Rzayev
6. Nemət Musayev
17. Ümid Səmədov
Baş məşqçi: Azər Bağırov
Komandanın ən yaxşısı: Rojerio Santos
99. Mateus Koxalski - 6,0
30. Abbas Hüseynov - 6,0
24. Aleksey İsayev - 6,5
(8. Marko Yankoviç, 77) – qiymətsiz
13. Bəhlul Mustafazadə - 6,0
27. Toral Bayramov - 7,5
10. Abdullah Zubir (k) - 7,0
(21. Aleksey Kaşuk, 70) - 6,5
81. Kevin Medina - 6,0
18. Olavio Juninyo - 6,0
(22. Musa Qurbanlı, 77) – qiymətsiz
6. Julio Romao - 5,0
(66. Patrik Andrade, 46) - 5,0
15. Leandro Andrade - 6,5
(7. Yassin Benzia, 77) – qiymətsiz
11. Emmanuel Addai - 6,5
Ehtiyat oyunçular
97. Fabian Buntiç
12. Sadiq Məmmədzadə
20. Riçard Almeyda
55. Bədavi Hüseynov
44. Elvin Cəfərquliyev
90. Nəriman Axundzadə
19. Redon Cica
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Toral Bayramov

Qollar: E.Addai, 17 (0:1, A.Zubir). A.İsayev, 51 (0:2, L.Andrade). L.Andrade, 52 (0:3, T.Bayramov). T.Bayramov, 67 (0:4, A.Zubir). A.Kaşuk, 78 (0:5, T.Bayramov).
Vərəqə: J.Romao, 20 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: RƏVAN HƏMZƏZADƏ (Şəki), Cəmil Quliyev, Asiman Əzizli, Əkbər Əhmədov (hamısı Bakı).
VAR hakimi: Kamal Umudlu (Bakı).
VAR hakiminin köməkçisi: Şirməmməd Məmmədov (Bakı).
Hakim-inspektor: Ramil Diniyev (Bakı).
AFFA nümayəndəsi: Erkin Hüseynov (Bakı).
18 oktyabr. Tovuz. Şəhər stadionu, 1500 tamaşaçı (6800 yerlik).
Yalnız birinci hissəyə 1 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.

Əslində "Kəpəz"in daha əzmkar çıxış edəcəyini gözləməyə dəyərdi. Premyer-liqanı tərk etməyə real namizəd olan Gəncə təmsilçisi ötən turda "Neftçi"ni məğlub edəndən sonra azarkeşlərinin qəlbində ümid çırağı yandırmışdı. Düzdü, demək olar ki, heç kim "sarı-göylər"in qələbə qazanacağını düşünmürdü. Lakin 5 cavabsız qolun buraxılması hələ çoxlu problemin qaldığını sübut etdi. O başqa məsələ ki, matç gəncəlilərin yox, ağdamlıların ev oyunu ab-havasında keçdi. Vallah, "Qarabağ" qolları sıraladıqca tribunada əyləşən azarkeşlərin əksəriyyətinin sevinməsini başqa cür izah etmək mümkün deyil.

Həmin qışqırıqları ilk dəfə 17-ci dəqiqədə eşitdik. Daha doğrusu, Addai Zubirin Santosu aldatdıqdan sonra ona ötürdüyü topu tora qovuşdurduğu anda. Hər halda, "Qarabağ"ın futbolçusu mühafizəsiz qalan "çərçivə"ni nişan alarkən çətinlik çəkmədi. Çox keçmədən elə Koxalski də Braqanın zərbəsini bir o qədər asanlıqla dəf etdi. Növbəti dəqiqələrin sabit keçdiyini deyə bilərik. Komandalar kəsərli hücum qurmaq üçün fürsət tapa bilmirdilər. "Köhlən atlar"ın qola çox yaxın olduğu anlara şahidlik etmək 45-ci dəqiqədə qismət oldu. Rauf Zubirin zərbəsini qapı xəttinin üzərindən uzaqlaşdırdı, Santos isə əla seyvlə Juninyonun fərqlənməsinə mane oldu. Belədə "Kəpəz" fasiləyə ümidli yollandı. Amma necə deyərlər, sən saydığını say, gör fələk nə sayır...
Ciddi təzyiqə tab gətirməkdə çətinlik çəkən "sarı-göylər"in müqavimətini qırmaq üçün "Qarabağ"a çox vaxt lazım olmadı. Yəqin ki, bunda Paçunun Koxalskinin müdaxiləsindən sonra dirəkdən qayıdan zərbəsi də rol oynadı. Ona görə ki, qonaqlar dərhal ciddi təzyiqlə irəli atıldı. Ağdamlılar əvvəlcə Addainin qeyri-dəqiqliyi üzündən fürsəti əldən versə də, İsayev komanda yoldaşının "günahını yudu". 51-ci dəqiqədə Aleksey Leandronun təkbaşına xeyli irəliləyərək ona çatdırdığı topu qapıdan keçirməklə fərqi artırdı.

"Kəpəz"in cüzi "sülh" ümidinə cəmi 1 dəqiqə keçmədən Leandro son qoydu. O, cərimə meydançasına daxil olan Toralın ötürməsini qəbul edib qapını dəqiq nişan aldı. Bir qədər sonra İlkin Abbasın qapı önünə ötürməsini uzaqlaşdırsa da, top Juninyonun qarşısına düşdü. Braziliyalı dərhal qol vurmaq istədi ki, Verdaska komandasını xilas etdi. Ardınca Abbas fürsəti dəyərləndirə bilmədisə, 67-ci dəqiqədə Toral Zubirin ötürməsi sayəsində hesabına daha bir qol əlavə etdi. "Kəpəz" axtarışında olduğu təsəlli qoluna 75-ci dəqiqədə xeyli yaxınlaşdı. Lakin İsayev Almeydanın (Pananın) başla "çərçivə"yə daxil etdiyi topu qapının içindən çıxarsa belə, meydan sahiblərinin qolu sayılmadı!

78-ci dəqiqədə Santos üçün kritik keçdi. Qolkiper ardıcıl iki zərbədən birinə - Toralın dubl etmək istəyinə imkan vermədisə, Kaşukun "Qarabağ"dakı ilk qoluna mane ola bilmədi. Belədə nəzarətsiz qalan Aleksey Toralın ötürdüyü topu başla tora qovuşdurdu. Nəticədə böyükhesablı qələbə qazanan "köhlən atlar"ın lider, "Kəpəz"in isə autsayder statusu dəyişmədi.

Gözdən qaçmadı
* Hakimin start fitindən əvvəl "Kəpəz" azarkeşləri arasında dava düşsə də, başqalarının müdaxiləsiylə sona çatdı.
* Matçın ilk 14 dəqiqəsi "CBC Sport"da çox keyfiyyətsiz şəkildə yayınlandı.
* "Kəpəz"in futbolçuları meydana üzərində "Gəncə məğrurdu" yazılan plakatla çıxdı.
* Tribunada əyləşən azarkeşlərin əksəriyyəti "Qarabağ"ı dəstəkləyirdi. "Xəmsə", "İmarət Tayfa" və "Qarabağ Ordu" fanklubları stadionda idi.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

18-10-2024, 16:0

"Kəpəz" - "Qarabağ": START HEYƏTLƏRİ

Premyer-liqa

9-08-2024, 18:0

“Qarabağ” - “Kəpəz”: START HEYƏTLƏRİ

Premyer-liqa

4-10-2024, 15:0

"Kəpəz" - "Neftçi": START HEYƏTLƏRİ

Premyer-liqa

28-09-2024, 16:0

"Zirə" - "Kəpəz": HEYƏTLƏR

Ölkə futbolu

20-09-2024, 16:0

"Kəpəz" - "Şamaxı": START HEYƏTLƏRİ

Ölkə futbolu

20-09-2024, 18:0

"Qarabağ" - "Neftçi": START HEYƏTLƏRİ

Aktual
İcraçı direktor getdi, mətbuat katibi qaldı – “elitaya vəsiqə qazanmağı çox istəyirəm”
“Sabah” ÇL-də debüt etdi, stadion dolmadı! – “Nyu Seynts” “Qarabağ” deyil
Xəyal Əliyev niyə ÇL-dən kənarda qaldı? – rəsmi açıqlama
“Şəfa” Qəbələyə gedə bilmədi - planlar niyə dəyişdi?
“Sabah”ın bu dəfə səfərdə məğlub olacağı inandırıcı görünmür” – çempiona nə olmuşdu?
Firuz Abdulla “Səbail”dən ayrıldı – “Yalnız o cavablar gələndən sonra bu haqda danışmağım düz olar”
Son xəbərlər
  • Dünən, 23:37
    “Düzdü, narazı qaldığım məqamlar oldu” – Qurban Qurbanov
  • Dünən, 23:26
    "Oyundan öncə “Qarabağ”ın bizə 10 qol vuracağı söylənilirdi" - "Vestri"nin baş məşqçisi
  • Dünən, 22:53
    “Zirə”nin potensial rəqibləri qarşılaşdı
  • Dünən, 21:53
    "Qarabağ" "Vestri"ni darmadağın etdi - YENİLƏNİB
  • Dünən, 21:40
    "Şamaxı"dan ayrılan bombardir "Qəbələ"də
  • Dünən, 21:05
    "Şamaxı"dan yeni transfer
  • Dünən, 20:15
    "Kəpəz"də növbəti ayrılıq
  • Dünən, 19:35
    "Sumqayıt"ın baş məşqçisi portuqaliyalı oldu
  • Dünən, 18:57
    "Qarabağ" - "Vestri": START HEYƏTLƏRİ
  • Dünən, 18:19
    İcraçı direktor getdi, mətbuat katibi qaldı – “elitaya vəsiqə qazanmağı çox istəyirəm”
  • Dünən, 17:38
    “Sabah” ÇL-də debüt etdi, stadion dolmadı! – “Nyu Seynts” “Qarabağ” deyil
  • Dünən, 16:40
    Samokun yeni klubu bilindi
  • Dünən, 16:01
    "Şəfa" niderlandlı oyunçu transfer etdi
  • Dünən, 15:30
    Azərbaycanlı futbolçu "Herta" ilə müqavilə imzaladı
  • Dünən, 14:33
    Xəyal Əliyev niyə ÇL-dən kənarda qaldı? – rəsmi açıqlama
  • Dünən, 14:02
    “Şəfa” Qəbələyə gedə bilmədi - planlar niyə dəyişdi?
  • Dünən, 13:31
    "Qarabağ"ın "Vestri" üçün heyəti - 3 legioner ərizədə yoxdu
  • Dünən, 13:00
    500-cü oyun, 550-ci qol
  • Dünən, 12:29
    Leverkuzenə qayıtmayacaq
  • Dünən, 11:58
    "Turan"ın prezidenti Ehtiram Quliyevin müavini oldu
  • Dünən, 11:30
    Millimiz Gürcüstanı darmadağın etdi
  • Dünən, 11:02
    “Sabah”ın bu dəfə səfərdə məğlub olacağı inandırıcı görünmür” – çempiona nə olmuşdu?
  • Dünən, 10:31
    Azərbaycan UEFA reytinqində neçəncidi?
  • Dünən, 10:00
    ''Beşiktaş'' qapıçı problemini həll etdi - Almaniyalı əlcək sahibi İstanbula gələcək
  • Dünən, 00:00
    Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
  • 8-07-2026, 23:0
    Acun sabiq ''Fənər''lini ''Hall Siti''nin idman direktoru vəzifəsinə gətirdi!
  • 8-07-2026, 23:0
    "Daha çox qol da vura bilərdik” - Rəşad Sadıqov
  • 8-07-2026, 22:0
    "Oyunu əlavə vaxta daşımağa çalışacağıq" - "Torpedo"nun baş məşqçisi
  • 8-07-2026, 22:0
    “Duran 40 yaşına kimi Azərbaycanda çıxış edəsi deyil ki...” – bəs Avroliqanın qrupu?
  • 8-07-2026, 21:0
    Klubu ilə yenidən anlaşdı
  • 8-07-2026, 20:0
    Firuz Abdulla “Səbail”dən ayrıldı – “Yalnız o cavablar gələndən sonra bu haqda danışmağım düz olar”
  • 8-07-2026, 20:0
    Camal Cəfərov Qırğızıstan klubunda
  • 8-07-2026, 19:0
    "Yeni transferlərdən bəziləri sabah meydana çıxacaq" - Qurban Qurbanov
  • 8-07-2026, 19:0
    "İmişli"də yeni təyinat
  • 8-07-2026, 19:0
    "Zirə" - "Torpedo": START HEYƏTLƏRİ
Daha çox
Oxunub: 273
Elvin canını qurtardı, bəs, Abbasın aqibəti necə olacaq? - baş məşqçi açıqladı
Oxunub: 206
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Oxunub: 133
"Neftçi" Varqas düyününü çözə biləcəkmi? - "Makkabi" "ağ-qaralar"ı soymaq istəyir!
Oxunub: 132
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə