Açıq Əyləncəli Futbol Məktəbləri layihəsi çərçivəsində AFFA-nın və Tərtər rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Tərtərin Şəxarx qəsəbəsindəki 2 saylı tam orta məktəbin idman zalında 12-14 yaşlı yeniyetmələr arasında futbol festivalı keçirilib. Tədbirdə millət vəkili, AFFA-nın 1-ci vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti Rauf Əliyev, Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Tərtərdən seçilən millət vəkil Sahib Alıyev, Yevlax rayonundan seçilən millət vəkili İlham Məmmədov, Milli QHT Forumunun prezidenti Zeyni Rauf və layihənin əlaqələndiricisi Kərim Ağayev iştirak edib.