FİFA laysmanı Rza Məmmədovun 17 yaşadək futbolçulardan ibarət Avropa çempionatının İngiltərədə keçirilən final mərhələsində təyinat aldığı ilk oyun məlum olub. Belə ki, həmyerlimiz B qrupunun Portuqaliya - Norveç matçında iş başında olacaq. Məmmədov bu qarşılaşmanın baş hakimi, hollandiyalı Dennis Hiqlerin köməkçisi vəzifəsini yerinə yetirəcək.
Qeyd edək ki, Portuqaliya - Norveç oyunu bu gün Bakı vaxtı ilə saat 16.00-da başlayacaq.