Birinci divizion təmsilçisi “Sabah” dünən bəyanat yayıb. Klubun rəsmi “feysbuk” səhifəsi vasitəsilə yayılan bəyanatda baş məşqçi Arif Əsədovun mövsümün sonunda göndəriləcəyinə dair xəbərlər təkzib olunub: “Mətbuatda komandamızın baş məşqçisi Arif Əsədovun mövsümün sonunda klubu tərk edəcəyi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Arif Əsədov komandanın baş məşqçisi vəzifəsini icra etməkdə davam edir. Komandanın növbəti mövsüm üçün planları gələcəkdə qarşıya qoyulacaq hədəflərdən asılı olacaq”.