Oktyabrın 3-də qitənin ən nüfuzlu basketbol turnirində yeni mövsüm start götürdü.
“Alba”nın qonağı olan son çempion “Panatinaikos” inamlı qələbə qazandı. Son finalçı “Real” üçün isə Münhen səfəri uğursuz alındı. Almanlar oyunu 8 xal irəlidə bitirdi. Türkiyə təmsilçilərindən biri mövsümə evdə, digəri səfərdə başladı. “Olimpiakos”u qəbul edən “Fənərbaxça” qalib gəldi. “Virtus”un qonağı olan “Efes” də meydandan qələbə ilə ayrıldı.
1-ci tur
Alba (Almaniya) – Panatinaikos (Yunanıstan) 77:87 (17:26, 19:19, 21:17, 20:25)
Monako (Fransa) – Milan (İtaliya) 93:80 (22:10, 25:16, 19:23, 27:31)
Jalgiris (Litva) – Barselona (İspaniya) 74:67 (21:14, 22:17, 7:17, 24:19)
Baskoniya (İspaniya) – Partizan (Serbiya) 88:82 (16:17, 16:21, 27:22, 29:22)
Bavariya (Almaniya) – Real (İspaniya) 97:89 (26:29, 26:22, 12:22, 33:16)
Makkabi T-Ə (İsrail) – ASVEL (Fransa) 89:82 (24:31, 27:21, 20:19, 18:11)
Fənərbaxça (Türkiyə) – Olimpiakos (Yunanıstan) 82:71 (17:13, 15:23, 25:20, 25:15)
Virtus B (İtaliya) – Efes (Türkiyə) 67:76 (21:15, 15:21, 16:15, 15:25)
Paris (Fransa) – Srvena Zvezda (Serbiya) 77:80 (18:17, 25:18, 15:23, 19:22)