Futzal üzrə ölkə kubokunda 1/4 final mərhələsinin qalan üç oyununun tarixi müəyyənləşib. Qarşılaşmalardan ikisi mayın 4-də “Olimpik Star”da, biri isə 3 gün sonra Bakı İdman Sarayında baş tutacaq. Qeyd edək ki, bu mərhələnin ilk görüşü aprelin 30-da keçirilib və “Hell Energy” penalti seriyasında qalib gələrək yarımfinala yüksəlib. Bu komanda yarımfinalda “Marafon” - FK.İD cütünün qalibi ilə üz-üzə gələcək.
VİP FK – Ekol
4 may. Olimpik Star. Saat 14.00
Marafon - FK.İD
4 may. Olimpik Star. Saat 16.00
Araz - Yasamal-2
7 may. Bakı İdman Sarayı. Saat 19.00