• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Dənizçilər” “şirlər” üçün ov olmadı - REPORTAJ

Premyer-liqa / Reportaj

12-10-2024, 22:0

Səbail – Şamaxı 2:0 (1:0)
1. Hüseynəli Quliyev – 6,0
74. Yusif Nəbiyev – 5,0
(14. Suleyman Alluş, 80) – qiymətsiz
20. Mərt Çəlik – 5,5
44. Amir Bilali (k) – 5,5
18. Süleyman Əhmədov – 5,0
8. Qorka Laruçça – 6,5
7. Madi Queta – 6,0
(15. Vüsal Məsimov, 73) – 5,5
5. Gitay Sofir – 5,5
77. Fərid Nəbiyev – 5,5
(17. Gülağa Əsədov, 45+3) – 5,5
11. Rüfət Abdullazadə - 6,0
(10. David Qomis, 80) – qiymətsiz
21. Ayman Bouali – 6,0
(19. Samir Abdullayev, 73) – 5,5
Ehtiyat oyunçular
12. Əlirza Müştəbazadə
25. Nicat Məmmədzadə
6. Cabir Əmirli
83. Nihad Quliyev
16. Emin Rüstəmov
Baş məşqçi: Şahin Diniyev
Komandanın ən yaxşısı: Qorka Laruçça

1. Rikardo Fernandes – 5,0
82. Rüfət Abbasov – 4,5
5. Arsen Ağcabəyov – 4,5
(10. Emin Zamanov, 73) – 5,0
32. Vasiliye Radenoviç – 4,5
4. Adil Nağıyev (k) – 4,5
17. Rafael Məhərrəmli – 5,5
(22. Qurban Səfərov, 73) – 4,5
93. Brahim Konate – 4,5
7. Georgi Kantariya – 5,0
(13. Ramin Əhmədov, 85) – qiymətsiz
8. İlkin Muradov – 5,0
(6. Rauf Rüstəmli, 73) – 5,0
20. Leroy Mikels – 5,0
9. Belajdi Pusi – 5,0
(11. Conatan Benteke, 73) – 5,0
Ehtiyat oyunçular
85. Kamal Bayramov
62. Abdulla Seydəhmədov
60. Səbayıl Bağırov
80. Zahid Mərdanov
24. Edqar Adilxanov
19. Fəxri Məmmədli
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Rafael Məhərrəmli

Qollar: Q.Laruçça, 27 (1:0, R.Abdullazadə). M.Queta, 69 (2:0, A.Bouali).
Vərəqələr: İ.Muradov, 19 (qeyri-idman hərəkəti). Q.Laruçça, 29 (qeyri-idman hərəkəti). B.Pusi, 34 (qeyri-idman hərəkəti). V.Radenoviç, 45+3 (hakimin qərarına etiraz). B.Konate, 45+4 (qeyri-idman hərəkəti). M.Çəlik, 53 (qeyri-idman hərəkəti). Y.Nəbiyev, 62 (oyunun bərpasının ləngidilməsi). A.Nağıyev, 81 (qeyri-idman hərəkəti) – sarı. B.Konate, 63 (qeyri-idman hərəkəti) – qırmızı (ikinci sarı).
Hakimlər: ƏLİYAR AĞAYEV, Zeynal Zeynalov, Akif Əmirəli, Elvin Bayramov (hamısı Bakı).
VAR hakimi: İnqilab Məmmədov (Bakı).
VAR hakiminin köməkçisi: Namiq Hüseynov (Bakı).
Hakim-inspektor: İmanxan Sultani (Bakı).
AFFA nümayəndəsi: Kifayət Mustafayeva (Bakı).
5 oktyabr. Bakı. “ASCO Arena”. 300 tamaşaçı (? yerlik).
Hər hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.

4-cü turda “Kəpəz”i darmadağın edəndən sonra keçirdiyi bütün oyunlarda uduzan “Səbail”in artıq geriyə yolu qalmamışdı. Ciddi tənqidlə üzləşən Şahin Diniyev hər məğlubiyyətdən sonra komandasından razı qaldığını deyir, futbol ictimaiyyəti isə bunu, yumşaq desəm, ironiya ilə qarşılayırdı. Son iki oyunla bağlı daha bir maraqlı tendensiya var idi. “Səbail” hər dəfə hesabı açır, ancaq sonda məğlubiyyətlə barışırdı. Odu ki, Laruçça 27-ci dəqiqədə Rüfət Abdullazadənin ötürməsindən sonra gözəl zərbə ilə qapıya yol tapanda “Şamaxı”nın gücünü də nəzərə alanlar yenə tendensiyanın təkrarlanacağını düşünməyə başladı.

Buna qədər isə meydanda qarşılıqlı hücumlarla müşayiət olunan oyun gedirdi. 3-cü dəqiqədə Rüfət Abbasov, 18-ci dəqiqədə Radenoviç topa məsuliyyətsizcəsinə zərbə vurmasaydı, hesab açılacaqdı. Qonaqlar topa nəzarət etməyə çalışır, amma “dənizçilər” sərt pressinq hesabına rəqibə göz açmağa imkan vermirdi. Meydan sahibləri “hücuma hücum” prinsipi ilə oynayırdı, sadəcə, real qol vəziyyətləri yox idi. 27-ci dəqiqədə oyunun bütün sonrakı axarına təsir edən qol vuruldu. Məntiqlə “şirlər” fəallaşmalı, cavab qolu üçün irəli atılmalıydı. Amma belə olmadı. Daha dəqiqi, qonaqların hücumları bir mərhələyə qədər irəliləyir, Hüseynəli Quliyev və müdafiəçilər üçün ciddi təhlükə yaratmırdı. Yalnız Pusi ilə Rüfət Abbasovun 40-cı dəqiqədəki ardıcıl iki zərbəsini qeyd etmək olar.

Şəxsən mən komandasının təşəbbüsü ələ keçirməkdə çətinlik çəkdiyini görən Ayxan Abbasovun 2-ci hissəyə dəyişikliklərlə başlayacağını gözləyirdim. Maraqlıdı ki, o, oyuna start heyəti ilə davam etməyi lazım bildi. Hər halda, hissə “Şamaxı”nın hücumlarıyla başladı. Pusi, Konate, Mikels vaxtaşırı cərimə meydançasına daxil olur, ancaq son nöqtəni qoymaq heç cür alınmırdı. 59-cu dəqiqədə isə Adil Nağıyevin baş zərbəsinin qarşısını Hüseynəli çətinliklə aldı. Bəlkə də “şirlər” hesabı bərabərləşdirə biləcəkdi. Konatenin 63-cü dəqiqədəki “qırmızı”sı olmasaydı. Oyunboyu əsəbi görünən fransalı yarımmüdafiəçi mərkəz xətti yaxınlığında Yusif Nəbiyevin üzünə zərbə vurduğuna görə meydandan qovuldu. Belədə “Şamaxı”nın xal ümidi istər-istəməz azaldı. Üstəlik 6 dəqiqə sonra “dənizçilər” fərqi artırdı. Sürətli əks-hücum zamanı Bouali Quetaya ötürmə verdi, o isə bir qədər də irəliləyib qapıya zərbə vurdu – 2:0. Bu artıq oyunun taleyinin həll olunması demək idi. Düzdü, Ayxan bəy 73-cü dəqiqədə birdən-birə dörd yeni oyunçunu meydana buraxmaqla oyunun axarını dəyişməyə çalışdı. Amma “şirlər”in təsəlli qolunu vurmağa da gücü çatmadı. Əksinə, meydan sahibləri son 15 dəqiqədə dəfələrlə fərqlənməyə yaxın oldu. Hətta uzatma dəqiqələrində vurulan 3-cü qol ofsayd üzündən sayılmadı.

Beləliklə, “Şamaxı”nın məğlubiyyətiz oyunlar seriyası qırıldı. “Səbail” isə bu qələbə ilə bir qədər özünə gəldi.

Gözdən qaçmadı
* Bu oyundan Amir Bilali ilk dəfə “Səbail”in kapitan sarğısını daşıdı.
* 37-ci dəqiqədə qapıçı Hüseynəli Quliyev topu səhvən media tribunasına vurdu. Həmkarımızın qoluna dəyən topa görə üzrxahlıq kimi Hüseynəli oyundan sonra kiçik hədiyyə təqdim etdi.
* Oyunun əvvəlində Ayxan Abbasov hakimə etiraz bildirdi. Dördüncü hakim Elvin Bayramov onu sakitləşdirə bilmədiyinə görə Əliyar Ağayevi xəbərdar etdi. Referinin xəbərdarlığı işə yaradı.
* Oyunu izləyənlər arasında Alluşun Amsterdamdan gələn dostları da var idi.
* “Şamaxı”, adətən, ev oyunlarında daha yaxşı dəstəklənir. Bu dəfə komandası səfərdə irəli səsləyənlərin sayı heç 20-yə çatmırdı.
* 37-ci dəqiqədə Bouali yerdə qalanda qonaqlar “feyr-pley” prinsipinə əməl etmədi.
* Əliyar Ağayev Mərt Çəliyi 53-cü dəqiqədə sarı vərəqə ilə cəzalanırsa da, o, cərimə meydançasında Pusiyə qarşı qırmızı vərəqəlik hərəkətlər etmişdi.

ORXAN

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

5-10-2024, 15:0

"Səbail" - "Şamaxı": START HEYƏTLƏRİ

Premyer-liqa

17-08-2024, 19:0

"Sumqayıt" - "Səbail": START HEYƏTLƏRİ

Premyer-liqa

23-08-2024, 18:0

“Səbail” - “Kəpəz”: START HEYƏTLƏRİ

Premyer-liqa

10-08-2024, 20:0

"Səbail" - "Neftçi": START HEYƏTLƏRİ

Premyer-liqa

4-08-2024, 19:0

“Zirə” - Səbail”: START HEYƏTLƏRİ

Ölkə futbolu

27-09-2024, 18:0

“Araz-Naxçıvan” - “Səbail”: HEYƏTLƏR

Aktual
İcraçı direktor getdi, mətbuat katibi qaldı – “elitaya vəsiqə qazanmağı çox istəyirəm”
“Sabah” ÇL-də debüt etdi, stadion dolmadı! – “Nyu Seynts” “Qarabağ” deyil
Xəyal Əliyev niyə ÇL-dən kənarda qaldı? – rəsmi açıqlama
“Şəfa” Qəbələyə gedə bilmədi - planlar niyə dəyişdi?
“Sabah”ın bu dəfə səfərdə məğlub olacağı inandırıcı görünmür” – çempiona nə olmuşdu?
Firuz Abdulla “Səbail”dən ayrıldı – “Yalnız o cavablar gələndən sonra bu haqda danışmağım düz olar”
Son xəbərlər
  • Dünən, 23:37
    “Düzdü, narazı qaldığım məqamlar oldu” – Qurban Qurbanov
  • Dünən, 23:26
    "Oyundan öncə “Qarabağ”ın bizə 10 qol vuracağı söylənilirdi" - "Vestri"nin baş məşqçisi
  • Dünən, 22:53
    “Zirə”nin potensial rəqibləri qarşılaşdı
  • Dünən, 21:53
    "Qarabağ" "Vestri"ni darmadağın etdi - YENİLƏNİB
  • Dünən, 21:40
    "Şamaxı"dan ayrılan bombardir "Qəbələ"də
  • Dünən, 21:05
    "Şamaxı"dan yeni transfer
  • Dünən, 20:15
    "Kəpəz"də növbəti ayrılıq
  • Dünən, 19:35
    "Sumqayıt"ın baş məşqçisi portuqaliyalı oldu
  • Dünən, 18:57
    "Qarabağ" - "Vestri": START HEYƏTLƏRİ
  • Dünən, 18:19
    İcraçı direktor getdi, mətbuat katibi qaldı – “elitaya vəsiqə qazanmağı çox istəyirəm”
  • Dünən, 17:38
    “Sabah” ÇL-də debüt etdi, stadion dolmadı! – “Nyu Seynts” “Qarabağ” deyil
  • Dünən, 16:40
    Samokun yeni klubu bilindi
  • Dünən, 16:01
    "Şəfa" niderlandlı oyunçu transfer etdi
  • Dünən, 15:30
    Azərbaycanlı futbolçu "Herta" ilə müqavilə imzaladı
  • Dünən, 14:33
    Xəyal Əliyev niyə ÇL-dən kənarda qaldı? – rəsmi açıqlama
  • Dünən, 14:02
    “Şəfa” Qəbələyə gedə bilmədi - planlar niyə dəyişdi?
  • Dünən, 13:31
    "Qarabağ"ın "Vestri" üçün heyəti - 3 legioner ərizədə yoxdu
  • Dünən, 13:00
    500-cü oyun, 550-ci qol
  • Dünən, 12:29
    Leverkuzenə qayıtmayacaq
  • Dünən, 11:58
    "Turan"ın prezidenti Ehtiram Quliyevin müavini oldu
  • Dünən, 11:30
    Millimiz Gürcüstanı darmadağın etdi
  • Dünən, 11:02
    “Sabah”ın bu dəfə səfərdə məğlub olacağı inandırıcı görünmür” – çempiona nə olmuşdu?
  • Dünən, 10:31
    Azərbaycan UEFA reytinqində neçəncidi?
  • Dünən, 10:00
    ''Beşiktaş'' qapıçı problemini həll etdi - Almaniyalı əlcək sahibi İstanbula gələcək
  • Dünən, 00:00
    Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
  • 8-07-2026, 23:0
    Acun sabiq ''Fənər''lini ''Hall Siti''nin idman direktoru vəzifəsinə gətirdi!
  • 8-07-2026, 23:0
    "Daha çox qol da vura bilərdik” - Rəşad Sadıqov
  • 8-07-2026, 22:0
    "Oyunu əlavə vaxta daşımağa çalışacağıq" - "Torpedo"nun baş məşqçisi
  • 8-07-2026, 22:0
    “Duran 40 yaşına kimi Azərbaycanda çıxış edəsi deyil ki...” – bəs Avroliqanın qrupu?
  • 8-07-2026, 21:0
    Klubu ilə yenidən anlaşdı
  • 8-07-2026, 20:0
    Firuz Abdulla “Səbail”dən ayrıldı – “Yalnız o cavablar gələndən sonra bu haqda danışmağım düz olar”
  • 8-07-2026, 20:0
    Camal Cəfərov Qırğızıstan klubunda
  • 8-07-2026, 19:0
    "Yeni transferlərdən bəziləri sabah meydana çıxacaq" - Qurban Qurbanov
  • 8-07-2026, 19:0
    "İmişli"də yeni təyinat
  • 8-07-2026, 19:0
    "Zirə" - "Torpedo": START HEYƏTLƏRİ
Daha çox
Oxunub: 273
Elvin canını qurtardı, bəs, Abbasın aqibəti necə olacaq? - baş məşqçi açıqladı
Oxunub: 206
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Oxunub: 133
"Neftçi" Varqas düyününü çözə biləcəkmi? - "Makkabi" "ağ-qaralar"ı soymaq istəyir!
Oxunub: 132
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə