Sizin reklam burada

Günay Məmmədzadə ölkə rekordunu yenilədi

Title
Günay Məmmədzadə ölkə rekordunu yenilədi
FİDE yeni reytinq siyahısını açıqlayıb. Şəhriyar Məmmədyarov əmsalından 6 vahid itirib və 3-cü yerə geriləyib. Reytinqi 2808 olan yığmamızın lideri indi Maqnus Karlsenlə (Norveç, 2843) yanaşı, Fabiano Karuanadan (ABŞ, 2818) da geri qalır. Əvəzində Teymur Rəcəbov 2013-ün aprelindən bu yana ən yüksək əmsala (2751) qalxıb. İndi həmyerlimiz 16-cı pillədə qərarlaşıb. Rauf Məmmədov (2708) 33-cü, Arkadi Naydiç (2697) 46-cı, Eltac Səfərli (2657) 92-ci, Qədir Hüseynov (2654) isə 100-cü yerdədi.
Qadınların ilk “100-lüy”ündə gözlənilən rekord gerçəkləşib. Avropa çempionatında 10-cu yeri tutan Günay Məmmədzadə həm əmsalına, həm də reytinqinə görə Azərbaycan qadın şahmatında ilkə imza atıb. 17 yaşlı şahmatçımız əmsalını 2442-ə çatdırmaqla 71-ci pillədən 35-ci yerə yüksəlib. Ümumiyyətlə, ilk 40 şahmatçı arasında ən gənc zəka sahibi həmyerlimizdi ki, bu da onun gələcəkdə daha da yüksəlmək imkanından xəbər verir. Bu nəticə həm də Məmmədzadəni kişilər arasında beynəlxalq usta dərəcəsinə yüksəldib. Bunadək qadın şahmatçılarımızdan yalnız Gülnar Məmmədova bu normativi yerinə yetirmişdi. Zeynəb Məmmədyarova isə şəxsi rekordunu yeniləyib. Ötən ilin dekabrında 96-cı pilləyə kimi irəliləyən yığma üzvü bu dəfə 94-cü yerdə qərar tutub. Təcrübəli şahmatçının əmsalı 2367-yə bərabərdi. İlk “100-lüy”ü Gülnar Məmmədova (2360) qapayır.
Ölkələrin reytinqində 2667 əmsalla altıncıyıq. Bizi Rusiya (2745), Çin (2709), ABŞ (2702), Ukrayna (2674) və Hindistan (2673) qabaqlayır.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.