• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Daha bir milli fiasko: estonlardan da üç qol buraxdıq - REPORTAJ

Yığma / Reportaj

12-10-2024, 14:0

Millətlər Liqası
qrup mərhələsi, 3-cü tur
C liqası,
Estoniya - Azərbaycan 3:1 (2:1)

12. Karl Yakob Heyn
3. Mihael Syonninq-Larsen
18. Karol Mets (k)
16. Yoonas Tamm
13. Maksim Paskoçi
(6. Rasmus Peetson, 29)
5. Rokko Şeyn
(21. Martin Vetkal, 84)
11. Mixkel Aynsalu
23. Vlasi Sınyavski
4. Mattias Kayt
(20. Markus Poom, 84)
15. İoan Yakovlev
(10. Sergey Zenyov, 68)
8. Henri Anier
(9. Erik Sorqa, 68)
Ehtiyat oyunçular
1. Matvey İqonen
22. Karl Andre Vallner
2. Myarten Kuusk
7. Robi Saarma
14. Patrik Kristal
17. Martin Miller
19. Mihael Lilander
Baş məşqçi: Yurgen Henn

1. Mehdi Cənnətov
5. Anton Krivotsyuk
15. Bədavi Hüseynov
13 Rahil Məmmədov
22. Abbas Hüseynov (k)
(21. Qismət Alıyev, 76)
3. Elvin Cəfərquliyev
7. Coşqun Diniyev
(18. Ceyhun Nuriyev, 64)
20. Aleksey İsayev
(8. Emin Mahmudov, 76)
11. Ramil Şeydayev
9. Renat Dadaşov
(14. Rüstəm Əhmədzadə, 82)
17. Toral Bayramov
(10. Mahir Emreli, 64)
Ehtiyat oyunçular
12. Aydın Bayramov
23. Rza Cəfərov
2. Şəhriyar Əliyev
4. Zamiq Əliyev
6. Ozancan Kökçü
16. Vadim Abdullayev
19. Xəyal Nəcəfov
Baş məşqçi: Fernando Santuş

Qollar: İ.Yakovlev, 32 (1:0). T.Bayramov, 45+1-p. (1:1). V.Sınyavski, 45+2 (2:1). R.Şeyn, 71 (3:1).
Vərəqələr: R.Şeyn, 37. H.Anier, 72 - sarı.
Hakimlər: ROB HARVİ, Robert Klark, Ueyn Makdonnell, Rob Hennessi (hamısı İrlandiya).
VAR hakimi: Mihael Salisburi (İngiltərə).
VAR hakiminin köməkçisi: Nik Hopton (İngiltərə).
Hakim-inspektor: İqor Satçi (Moldova).
UEFA nümayəndəsi: Donaldas Urniezius (Litva).
11 oktyabr. Tallinn. “A. Le Kok Arena” stadionu. 6034 tamaşaçı.
Birinci hissəyə 3, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.

8 (4) qapıya ("çərçivə"yə) zərbə 10 (5)
0 künc zərbəsi 8
2 ofsayd 2
18 qayda pozuntusu 3
2 (0) sarı (qırmızı) vərəqə 0 (0)
37 topa sahibolma (faizlə) 63

Qrupda keçirdiyi hər iki oyunda uduzan yığmamız bu dəfə meydana ən azı heç-heçə ümidi ilə çıxdı. Rəqib də güclü İsveç və ya Slovakiya yox, qalib gələ biləcəyimiz Estoniya idi. Oyun bizimkilərin təzyiqiylə başladı.

Qısa ötürmələrlə irəliləməyə çalışan, boşluqlardan dərhal yararlanıb topu irəli göndərən qonaqlar ilk təhlükəli vəziyyəti 6-cı dəqiqədə yaratdı. Amma Heyn Abbasın cərimə meydançası daxilinə ötürdüyü topa yiyələndiyindən hücum bəhrə vermədi. Ardınca yığmamızın topu qarşı tərəfə verməməklə oyuna nəzarəti əla almağa çalışmasına şahidlik etdik. Santuşun komandasının bu niyyəti meydan sahiblərinin sərt oyuna üstünlük verməsiylə müşayiət olunurdu. Estonlar xoşbəxtliyi qapı önünə uzun ötürmələrdə axtarsa da, gah Rahil, gah da Elvin cəld davranıb təhlükəni sovuşdururdu. Har halda, bunun matç ərzində dəfələrlə baş verdiyini deməkdə fayda var. 
13-cü dəqiqədə Mehdi Anierin qapı önünə ötürməsinə müdaxilə etməklə rəqibi dayandırdı.

Ardınca Ramilin hücum cəhdi uğursuz alındı. Daha doğrusu, Kayt hücumçunun əlverişli mövqeyə çatdırdığı topu meydandan çıxardı. Bir qədər sonra Şeynin qapıya qeyri-dəqiq zərbəsini izlədik. Millimiz hesabı açmaq üçün ideal fürsəti 16-cı dəqiqədə tapdı. Təəssüf ki, Coşqunun cərimə meydançasına göndərdiyi "kürə"ni tora qovuşdurmaq istəyən Renat dirəyi nişan aldı. Çox keçmədən Dadaşovun qol arzusunu yenə qeyri-dəqiqlik gözündə qoydu. 22-ci dəqiqədə isə ötürmə etmək əvəzinə zərbəyə üstünlük verən Toral Heyni məyus edə bilmədi. Ardınca Bayramovun növbəti uğursuzluğunu izlədik. O, bu dəfə Elvinin ötürməsini "çərçivə"yə yönəltsə də, qolkiper yerində idi. 

Yığmamızın təşəbbüsü ələ aldığı dəqiqələrdə estonların cəmi bir təhlükəli vəziyyətinə şahidlik etdik. Şeynin cərimə meydançası daxilinə çatdırdığı topa sahib çıxan olmadığından hücum cəhdi puç oldu.

Birinci hissənin sonu daha baxımlı epizodlarla yadda qaldı. Dəqiq desək, Heynin Ramilin və Elvinin zərbələrini zərərsizləşdirməsindən sonra dərhal  irəli atılan estonlar 32-ci dəqiqədə hesabı açdı. Burda Anierin irəli göndərdiyi topa çatmaq uğrunda mübarizədə Coşqunu qabaqlayan Yakovlev Mehdinin məsuliyyətsizcəsinə mövqeyini tərk etməsindən də yararlanıb toru silkələdi. Bir qədər sonra həmin vəziyyət rəqib qapısı önündə təkrarlansa da, Ramil Peetsonla təkbətək mübarizədən qalib ayrıla bilmədi. Millimiz hesabı bərabərləşdirmək imkanını 45+1-ci dəqiqədə qazandı. Renat topu özünü cərimə meydançası daxilinə çatdıran Elvinə ötürdü. Belədə Tamm qapıçıyla üz-üzə qalan futbolçunu kobud müdaxiləylə dayandırdı ki, hakim "nöqtə"ni göstərdi. Toralın 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirməsiylə tablodakı rəqəmlər eyniləşsə də, sevincimiz uzun çəkmədi. Oyuna mərkəzdən başlayan estonlar dörd ötürmə ilə topu yenidən qapımızdan keçirdi. Bu dəfə Bədavi ilə Rahil “yuxuya getmişdi”, Sınyavski onları qabaqladı. Nəticədə millimiz fasiləyə məyus yollandı.

İkinci hissə Estoniyanın inamlı çıxışıyla başladı. Meydan sahibləri hesabın gətirdiyi arxayınlıqdan və millimizin yorğunluğundan maksimum yararlanmağa çalışırdı. 49-cu dəqiqədə Kayt uzaqdan "çərçivə"ni nişan aldı ki, Mehdi təhlükəni sovuşdurdu. Ardınca Yakovlevin qapı önünə ötürməsi qeyri-dəqiq alındığından hücum yarımçıq qaldı. Aynsalunun zərbəsindən sonra top qapıdan aralı keçdi. Millimizin ikinci yarıdakı ilk təhlükəli hücumu isə 55-cı dəqiqəyə təsadüf etdi. Aleksey Ramilin ötürməsini qəbul edə bilmədiyindən topu itirdi və rəqibin irəliləməsinə səbəb oldu. Xoşbəxtlikdən Rahil qapını nişan almağa çalışan Şeynin qarşısını aldı. Çox keçmədən Elvinin qeyri-dəqiq zərbəsinə şahidlik etdik. 

Məğlubiyyət təhlükəsinin real olduğunu görən Santuş 64-cü dəqiqədə Mahirlə Ceyhunu meydana buraxmaqla oyunun axarını dəyişməyə çalışdı. Təəssüf ki, qol yenə bizim qapımıza vuruldu. 71-ci dəqiqədə Sınyavski topa Şeynə ötürdü. O isə bir neçə futbolçumuzun - Ceyhun, Krivotsyuk və Rahilin cinayətkarcasına məsuliyyətsizliyi fonunda topu qapının uzaq küncünə göndərdi. Mehdi ilk iki qolda olduğu kimi, yenə xilaskar ola bilmədi. Hesab 1:3 olandan sonra bizimkilərin tam ruhdan düşdüyünü görmək çətin deyildi. Santuş Qismət, Emin və Rüstəmi meydana buraxmaqla “ölünü diriltməyə” çalışsa da, heç nə alınmadı.

Beləliklə, qrupdakı 3-cü oyunda da iki top fərqi ilə uduzduq. Həm də bu dəfə hər kəsin aşkar autsayder gözü ilə baxdığı estonlardan üç qol buraxdıq. Belə məğlubiyyətin nə əsası var, nə də izahı! Azərbaycan yığmasının indiki obrazına isə yalnız bir ifadə yaraşır: ayıb olsun!

Turun dünən axşam keçirilən digər oyununda
Beləliklə, ardıcıl üçüncü məğlubiyyətlə barışmalı olduq. Dünən bu qrupda daha bir oyun keçirildi: Slovakiya – İsveç 2:2.

1. İsveç 3 2 1 0 8-3 7
2. Slovakiya 3 2 1 0 5-2 7
3. Estoniya 3 1 0 2 3-5 3
4. Azərbaycan 3 0 0 3 2-8 0

Gözdən qaçmadı
* "Milli dəstə" azarkeş qrupu və təxminən yüz azarkeş yığmamızı stadiondan dəstəklədi. Onlar 44-cü dəqiqədə "Şəhidlər ölməz, vətən bölünməz" şüalarını səsləndirdilər və oyunboyu bayraqlarımızı dalğalandırdılar. 

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

AÇ

17-06-2023, 19:0

AÇ-2024: Azərbaycan və Estoniya millilərinin start “11-liy”i

Yığma

11-10-2024, 19:0

Estoniya - Azərbaycan : START HEYƏTLƏRİ

Yığma / Manşet

13-10-2023, 21:0

Millimiz Estoniyanı məğlub etdi - YENİLƏNİB

Ölkə futbolu

4-10-2024, 11:0

Millimizin heyəti açıqlandı

Avropa Liqası

6-06-2023, 15:0

Estoniya yığmasının millimiz ilə oyun üçün heyəti

Yığma / Manşet

18-09-2022, 23:0

Yığmamızın heyəti açıqlandı

Aktual
“Difai” 2-ci liqadan çəkiləcək?
"...məvaciblərinin artırılmasını istəyirlər" - Azər Bağırov "Şamaxı"dakı "yarpaq tökümü"nün səbəbini açıqladı
Kurasaonun avtobusu, millinin fiaskosu... - nəyiniz çatmır, qardaşlar?
“Turnir cədvəlindəki yerimiz vəziyyəti izah edir” - göndərilən futbolçu belə dedi
Aqil Abbas Türkiyə ilə Braziliyaya azarkeşlik edəcək - Hikmət Sabiroğlu isə say artımına haqq qazandırdı
“Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
Son xəbərlər
  • Bu gün, 11:34
    "Şəfa" yayın ilk transferini etdi
  • Bu gün, 11:13
    “Difai” 2-ci liqadan çəkiləcək?
  • Bu gün, 10:52
    Şəhriyar Məmmədyarov qələbə qazandı - “UzChess Cup”
  • Bu gün, 10:31
    “Veqas” final seriyasına qələbə ilə başladı
  • Bu gün, 10:00
    "...məvaciblərinin artırılmasını istəyirlər" - Azər Bağırov "Şamaxı"dakı "yarpaq tökümü"nün səbəbini açıqladı
  • Bu gün, 08:31
    Xaçmazda regional turnir başa çatdı
  • Dünən, 23:42
    La Liqada gözlənilən istefa
  • Dünən, 23:04
    Azərbaycanın İstanbuldakı sabiq konsulu dəstəklədi, Əziz Yıldırım prezident seçildi!
  • Dünən, 22:56
    Milli komandanın kapitanı oldu
  • Dünən, 22:00
    İtaliya paytaxtını tərk etmədi
  • Dünən, 21:01
    Ayxan Abbasov mətbuat önünə çıxacaq
  • Dünən, 20:30
    Kurasaonun avtobusu, millinin fiaskosu... - nəyiniz çatmır, qardaşlar?
  • Dünən, 19:56
    Cüdoçumuz Tallindən medalla dönür
  • Dünən, 19:25
    ''Qalatasaray''ın sabiq ulduzu Okan Burukun köməkçisinə çevrilə bilər
  • Dünən, 18:54
    ''Performansımla bu pullara layiq olduğumu göstərdim'' - Uğurcan Çakır üçün mövsümün unudulmaz oyunları hansıdı? 
  • Dünən, 18:19
    Mourinyo TFF-ni məhkəməyə verdi! 
  • Dünən, 17:48
    Argentina - 6, Fransa – 5, İspaniya – 4...
  • Dünən, 17:17
    DÇ-yə ən çox oyunçu göndərən çempionatlar və klublar hansılardı?
  • Dünən, 16:47
    “Turnir cədvəlindəki yerimiz vəziyyəti izah edir” - göndərilən futbolçu belə dedi
  • Dünən, 16:16
    Hakan Safidən daha bir möhtəşəm transfer - Çalhanoğlu ''Fənər''ə keçməyə razılıq verdi!
  • Dünən, 15:45
    ''Beşiktaş''ın yeni mövsümə hazırlığa start verəcəyi tarix bəlli oldu
  • Dünən, 15:09
    "Zirə" Tiaqo Silva ilə vidalaşdı
  • Dünən, 14:55
    "Şamaxı" Həbiblə yenidən anlaşdı
  • Dünən, 14:24
    Türkiyə DÇ-yə 4 oyunluq qələbə seriyası ilə yollanır
  • Dünən, 13:53
    Aqil Abbas Türkiyə ilə Braziliyaya azarkeşlik edəcək - Hikmət Sabiroğlu isə say artımına haqq qazandırdı
  • Dünən, 13:20
    Almaniya klubunda baş məşqçi dəyişdi
  • Dünən, 12:51
    "İndi səhifəni çevirmək və yeni fəsilə başlamaq vaxtıdı" - Dani Bolt
  • Dünən, 12:20
    Millimiz Dünya Kubokunun yarımfinalında
  • Dünən, 11:59
    Almaniyadan İngiltərəyə yollandı
  • Dünən, 11:30
    Milandan Madridə yollanacaq
  • Dünən, 11:00
    “Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
  • Dünən, 10:32
    Almaniya klubu ilə danışıq aparır
  • Dünən, 10:00
    London klubunu tərk etdi
  • 6-06-2026, 23:0
    A seriyasında istefa
  • 6-06-2026, 23:0
    Futbol əfsanəsi vəfat etdi
Daha çox
Oxunub: 711
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 247
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 246
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 153
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə