Sizin reklam burada

“Şüvəlan”ı Rüstəm Məmmədovun əvəzetmələri yıxdı

Baxış Sayı:903

“Şüvəlan”ı Rüstəm Məmmədovun əvəzetmələri yıxdı
Birinci divizionda son tur lider dəyişikliyi ilə yadda qaldı. Ümumiyyətlə, 25-ci tur “Xəzər”in işinə yaradı. “Qaradağ Lökbatan”ı sıradan çıxaran debütant “Şüvəlan”ın da xal itirməsiylə zirvədə özünü rahat hiss etdi. Aqil Nəbiyevin komandası Zaqatalada 2 topluq üstünlüyü matçın sonlarında əldən verdi. Autsayderin baş məşqçisi Rüstəm Məmmədovun iki əvəzetməsi oyunun nəticəsinə birbaşa təsir etdi. Rekord sayda - 1500 azarkeşin izlədiyi oyunun 65-ci dəqiqəsində meydana çıxan İsmael Koame 5 dəqiqə sonra fərqi minimuma endirdi. 74-cü dəqiqədə oyuna qoşulan daha bir legioner Abass Ganiu isə 85-də komandasını məğlubiyyətdən xilas etdi. Qış fasiləsindən sonra “Qaradağ Lökbatan”, “Mil-Muğan” və “Ağsu”dan çox, “Binə” ilə eyni (14) xal toplayan “Zaqatala”nın növbəti turda “Xəzər”in qonağı olacağını da əlavə edək.
25-ci tur
121. Sabah (Bakı) – Ağsu 4:0 (0:0)
Sabah: 25. Röyal Əlizadə, 13. Elgün Uluxanov, 15. Elşad Manafov, 44. Qvanzav Məhəmmədov, 2. Təyyar Məmmədov (6. Əmrah Əliyev, 71), 55. Əziz Quliyev (3. Şirməmməd Məmmədov, 57), 14. İlqar Ələkbərov (k), 17. Eltun Hüseynov, 22. Vladlen Normaniya (23. Artyom Zabun, 26), 7. Emin Mehdiyev, 9. Raul Yaqubzadə.
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 4. Əli Əliyev, 8. Seymur Əsədov, 10. Məhəmməd Alıyev, 11. Bayram Nuruzadə , 21. Emin Mirzəliyev, 99. Ricad Qarayev.
Baş məşqçi: Arif Əsədov.
Ağsu: 12. Şamo Həsənov, 4. Elmixan Məmmədov, 5. Rəvan Kərimov, 10. Nurlan İsbəndiyarov (2. Qüvvət Əmrahov, 46), 3. Fərrux Rəhimov (k), 20. Təmraz Əmircanov, 15. Vüsal İbrahimov, 18. Adil Tağıyev, 16. Elnur Mustafazadə, 11. Qalib Əmrahov (17. Malik Babayev, 58), 9. Əli Bağırov (7. Bəhlul Əliyev, 62).
Ehtiyat oyunçular: 22. Novruz Rəhimov, 6. Rəşad Qarayev , 8. Arzuman Nəsibov, 13. İlkin Allahverdiyev, 14. Fərid Həsənzadə, 19. Vüsal Mütəllimov.
Baş məşqçi: Rüfət Quliyev.
Qollar: A.Zabun, 48 (1:0). T.Məmmədov, 55 (2:0). Q.Məhəmmədov, 65 (3:0). A.Zabun, 90+2 (4:0).
Vərəqələr: A.Zabun, 40 (qeyri-idman hərəkəti). İ.Ələkbərov, 62 (hakimə etiraz) – sarı.
Hakimlər: VÜQAR HƏSƏNLİ, Nahid Əliyev, Habil Əliyev, Ramiz Məhərrəmov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Sabir Mütəllimov.
26 aprel. Binə. Qəsəbə stadionu. 100 tamaşaçı.
Birinci hissəyə 1, ikinci hissəyə 2 dəqiqə əlavə olunub.
122. Zaqatala – Şüvəlan 2:2 (0:1)
Zaqatala: 1. Amil Ağacanov, 13. Vəzir Musayev, 5. Sahil Zeynalov, 2. Sərxan Abdullayev, 4. Kənan Müslümov, 14. Roini İsmayılov (10. Rəhman Şabanov, 65), 8. Hacı Əhmədov (k), 18. Haqverdi Həsənov, 11. Nicat Muxtarov, 17. Cavad Kazımov (15. Abass Ganiu, 74), 16. Elvin Həsənov (23. İsmael Koame, 65).
Ehtiyat oyunçular: 12. Toğrul Məmmədbəyli, 3. Nəsib Əliyev, 6. Məhəmməd Babazadə, 19. Ravil Yusifli, 20. Fərhan Alhasah, 22. Kamran Həsənzadə.
Baş məşqçi: Rüstəm Məmmədov.
Şüvəlan: 13. Əli Həsənli, 99. Cəmil Rəhimli, 5. Murad Musayev, 55. Viqar Əlibabayev, 19. Hüseyn Axundov (k), 7. Elvin Həsənəliyev, 10. Orxan Səfiyaroğlu (77. Elgün Nəbiyev, 68), 21. Eşqin Quliyev (23. Elşən Rzazadə, 60), 8. Mirkamil Həşimli (6. Seyidrəzi Ağayev, 81), 9. Nuqzar Kvirtiya, 17. Elnur Səmədov.
Ehtiyat oyunçular: 45. Həsən Hüseynov, 22. Fərhad Budaqov, 11. Vüsal Qarayev, 27. Riad Abbaszadə.
Baş məşqçi: Aqil Nəbiyev.
Qollar: N.Kvirtiya, 9 (0:1). S.Abdullayev, 71-öz qapısına (0:2). İ.Koame, 70 (1:2). A.Ganiu, 85 (2:2).
Vərəqələr: M.Musayev, 24 (qeyri-idman hərəkəti). S.Abdullayev, 36 (hakimi aldatmağa cəhd). V.Əlibabayev, 45+1 (qeyri-idman hərəkəti). R.İsmayılov, 59 (qeyri-idman hərəkəti). E.Rzazadə, 67 (hakimi aldatmağa cəhd). E.Nəbiyev, 80 (qeyri-idman hərəkəti). V.Musayev, 86 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: RƏŞAD ƏHMƏDOV, İsgəndər Əliyev, Tural Bayramov, Namiq Bəkirov.
Hakim-inspektor: Ramiz Əsədov.
AFFA nümayəndəsi: Qurban Məmmədov.
26 aprel. Zaqatala. Şəhər stadionu. 1500 tamaşaçı.
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
123. Qaradağ Lökbatan – Xəzər (Bakı) 1:3 (1:1)
Qaradağ Lökbatan: 12. Ağaseyid Qasımov, 4. Elxan Cəbrayılov, 5. Elman Mirzəyev, 55. Ruslan Poladov, 18. Rafael Qəvami (2. Mikayıl Rəhimov, 75), 33. Tural Məmmərzəyev, 97. Samir Musayev, 16. Ruslan Tağızadə (10. Əliqulu Manafov, 65), 22. Məhəmməd Xəlilov, 23. Coşqun Süleymanov (11. Elvin Adışirinli, 57), 17. Sabir Allahquliyev (k).
Ehtiyat oyunçular: 1. Fərid Ağayev, 3. Nicat Əskərov, 6. Natiq Kərimi, 8. Emin Mustafayev, 9. Ruslan Voronsov, 14. Məhəmməd Məmmədov, 27. Ramazan Abbasov, 62. Yusif Dilanov, 77. Afiq Yusifov.
Baş məşqçi: Həbib Ağayev.
Xəzər: 1. Tərlan Əhmədli, 2. Ülvi İbazadə, 3. Nodar Məmmədov, 6. Vadim Abdullayev, 8. Fərid Səmədzadə, 11. Elmir Rəhimzadə (23. İsa Cəbiyev, 90+4), 14. Tural Qürbətov (19. Aydın Qasımov, 84), 21. Novruz Məmmədov, 27. Bəxtiyar Soltanov (k), 33. Eltun Turabov, 77. Fuad Məmmədzadə (10. Ramil Həsənov, 78).
Ehtiyat oyunçular: 90. Anar Məhərrəmov, 4. Ruslan Həsənov, 7. Sergey Markelov, 9. Aslan Hüseynov, 16. Kənan Quliyev, 22. Müşfiq Teymurov.
Baş məşqçi: Elşad Əhmədov.
Qollar: E.Rəhimzadə, 32 (0:1). S.Allahquliyev, 41 (1:1). E.Rəhimzadə, 63 (1:2). B.Soltanov, 90+3 (1:3).
Vərəqələr: Nov.Məmmədov, 7 (qeyri-idman hərəkəti). E.Cəbrayılov, 14 (qeyri-idman hərəkəti). C.Süleymanov, 26 (qeyri-idman hərəkəti). R.Poladov, 30 (qeyri-idman hərəkəti). T.Məmmərzəyev, 50 (qeyri-idman hərəkəti). Nod.Məmmədov, 67 (oyunun bərpasını ləngitmək). E.Turabov, 87 (qeyri-idman hərəkəti). E.Adışirinli, 90+2 (qeyri-idman hərəkəti). Ə.Manafov, 90+5 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Yaşar Abbasov, Vüqar Bayramov, Elgün Hüseynov.
Hakim-inspektor: Vaqif Ayvazov.
AFFA nümayəndəsi: Ələddin Ələkbərov.
27 aprel. Lökbatan. Olimpiya İdman Kompleksinin stadionu. 500 tamaşaçı.
Yalnız ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
124. MOİK (Bakı) – Mil-Muğan (İmişli) 3:0 (1:0)
MOİK: 22. Səbuhi Əliyev, 8. Sənan Bayramzadə, 77. Bəhruz Teymurov, 17. Timur Dadaşov (70. Elgün Abbaslı, 77), 44. Əfsər Məmmədov, 5. Cəmil Hacıyev, 11. Kamil Nurəhmədov (25. Ayaz Mehdiyev, 71), 14. Yamin Ağakərimzadə, 20. İsmayıl İbrahimli, 45. Mehman Məmmədov, 10. Orxan Həsənov (k) (99. Bahadur Həziyev, 67).
Ehtiyat oyunçular: 12. İsmayıl Muradov, 2. Yunis Muxtarlı, 7. Mirkamil Əliyev, 19. Cavid Həziyev, 90. Azad Kərimov, 97. Anar Həsənov.
Baş məşqçi: Azər Bağırov
Mil-Muğan: 1. Samir Quliyev, 8. Anar Babazadə, 16. Elməddin Məmmədov, 44. Afin Bağırov, 20. Rəşad Orucov (19. Böyükağa Əhmədov, 67), 18. Vüqar Asəliyev, 9. Elxan Məmmədov (k), 11. Şahin Əliyev (32. Coşqun Kərimli, 84), 7. Bayram Əliyev, 17. Anar Babayev, 6. Nicat Fərəcli (15. Ərrəhman Həsənov, 75).
Ehtiyat oyunçu: 25. Əzəmət Müseyibov.
Baş məşqçi: Xalıq Mustafayev.
Qollar: B.Teymurov, 43 (1:0). K.Nurəhmədov, 66 (2:0). B.Teymurov, 87 (3:0).
Vərəqələr: A.Mehdiyev, 79 (qeyri-idman hərəkəti). C.Kərimli, 88 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: ALİK YUNUSOV, Elnur Ağayev, Ruslan Babayev, Elxan Müslümov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
27 aprel. Biləcəri. “Bakı”nın təlim-məşq bazasının stadionu. 200 tamaşaçı.
Yalnız birinci hissəyə 2 dəqiqə əlavə olunub.
125. Binə - Turan Tovuz 0:2 (0:0)
Binə: 1. Eyyub Əliyev, 14. Elmir Məmmədov (k), 4. Elçin Əlicanov, 24. Emin Cəfərquliyev, 99. Vüsal Səfərov, 7. Mənsur Nəhavəndi, 8. Ture Morifere, 70. Əliağa Xudiyev, 11. Vüsal Nağıyev, 6. Məhərrəm Hüseynov (10. Sərxan Ağayev, 31), 9. Məhəmməd Bədəlbəyli (77. Renat Aşurov, 46/42. Məqsum Qənbərli, 60).
Ehtiyat oyunçular: 45. Ramil Kərimov, 5. Kamil Hüseynov, 12. Mirağa Ağayev, 15. Seymur Abdullayev, 19. Hüseyn Əliyev, 27. Elmir Namazov, 72. Comərd Baxşəliyev.
Baş məşqçi: İsmayıl Hüseynov.
Turan Tovuz: 1. Natiq Səhrətov (k), 15. Elvin Mirzəyev, 2. Sənan Qocayev, 8. Seymur Tağıyev, 5. Tagim Novruzov, 14. Eltay Tağıyev, 6. Məhəmməd Ağayev, 19. Şahin Quluzadə, 7. Ziyabil Məmmədov (22. Tuqay Alhüseynli, 40/9. Elmin Bayramov, 90+1), 11. İlkin Rzayev (10. Elməddin Hüseynzadə, 46), 17. Rəhman Musayev.
Ehtiyat oyunçular: 77. Mehman Hacıyev, 4. Cəlal Cəlalzadə, 16. Muxtar Cəfərov, 21. Orxan İsmayılov.
Baş məşqçi: Əsgər Abdullayev.
Qollar: T.Alhüseynli, 60 (0:1). V.Səfərov, 75-öz qapısına (0:2).
Vərəqə: yoxdu.
Hakimlər: RƏVAN HƏMZƏZADƏ, Mehman Mahmudov, Eyyub İbrahimov, Nahid Xasıyev.
Hakim-inspektor: Əlibala Ələsgərov.
AFFA nümayəndəsi: Qabil Nərimanov.
27 aprel. Binə qəsəbə stadionu. 250 tamaşaçı.
Birinci hissəyə 1, ikinci hissəyə 2 dəqiqə əlavə olunub.
1. Xəzər 25 14 5 6 37-14 47
2. Qaradağ Lökbatan 25 13 7 5 43-28 46
3. Şüvəlan 25 12 6 7 28-19 42
4. MOİK 25 12 4 9 38-30 40
5. Sabah 25 10 6 9 37-32 36
6. Turan Tovuz 25 10 5 10 32-32 35
7. Binə 25 10 5 10 29-30 35
8. Mil-Muğan 25 7 6 12 30-45 27
9. Ağsu 25 6 4 15 21-46 22
10. Zaqatala 25 4 6 15 21-39 18
Bombardirlər: Bəhruz Teymurov (MOİK) - 14, Sabir Allahquliyev (Qaradağ Lökbatan) – 11, Tural Qürbətov (Xəzər) - 10.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR