Sizin reklam burada

AFFA şəhərdəki reklam bilbordlarını 10-a çatdıracaq

Müəllif: football Tarix: 2-05-2018, 12:55 691 Baxış
AFFA şəhərdəki reklam bilbordlarını 10-a çatdıracaq
“Bəzi futbolsevərlər hələ də Millətlər Liqasının mahiyyətini başa düşmür”
Yığmanın Millətlər Liqası çərçivəsində keçirəcəyi ev oyunları sentyabr, oktyabr və noyabra təyin olunsa da, artıq Bakının bəzi küçə və prospektlərində bu matçlarla bağlı reklam bilbordlarına rast gəlmək mümkündü. Həmin bilbordlarda Qurban Qurbanovun çalışdırdığı yığmanın ev oyunlarının keçiriləcəyi günlər qeyd olunub.
AFFA şəhərdəki reklam bilbordlarını 10-a çatdıracaq
Ümumilikdə paytaxtda neçə bilbordun olduğunu və təbliğat işlərinə belə erkən başlamağın səbəbini bilmək üçün AFFA-nın Marketinq və Sponsorlar şöbəsinin rəhbəri Tural Piriyevlə əlaqə saxladıq: “Millətlər Liqası UEFA-nın yeni “məhsulu” olduğundan bir çoxları turnirlə bağlı hələ o qədər də məlumatlı deyil. Əvvəlcə təbliğata sosial media üzərindən başladıq. Yarışla bağlı müxtəlif video-çarxlar təqdim olundu. Təxminən bir ay öncə isə paytaxtın müxtəlif yerlərinə 4 reklam bilbordu yerləşdirdik. Qarşıdakı günlərdə tərəfdaşlarımızın sayəsində bunların sayı 10-a çatdırılacaq. Təbliğat planına başqa işlər görmək də daxildi. Bəzi futbolsevərlər hələ də turnirin mahiyyətini başa düşmür. Biz çalışırıq Millətlər Liqasının millimiz üçün necə əhəmiyyətli turnir olduğunu izah edək. Bəziləri rəqiblərin Kosovo, Malta və Farer adaları olduğunu görüb, oyunları ciddiyə almırlar. Düşünürlər ki, reytinq cədvəlində aşağı pillərdə olan yığmalarla görüşlər yığmamız üçün asan keçəcək. Ancaq bu heç də belə deyil. Bu tunir yığmaya tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə yollanmaq şansı yarada bilər. Onu da nəzərə almaq lazımdı ki, Bakı AÇ-2020-yə evsahibliyi edəcək 13 şəhərdən biridi. Milli final mərhələsinə vəsiqə qazanacağı halda, Bakıda keçirilməsi nəzərdə tutulan 4 matçdan ikisi yığmamızın iştirakı ilə baş tutacaq. Buna görə də təbliğat işlərinə belə erkən başlamışıq”.
RƏŞAD
SON XƏBƏRLƏR