Sizin reklam burada

“Qaradağ Lökbatan”ın dərdi nədi?

Baxış Sayı:1 099

“Qaradağ Lökbatan”ın dərdi nədi?
Tahir Mustafayev son turu nişan verdi
Birinci divizionda 25-ci turun mərkəzi qarşılaşması Lökbatanda baş tutdu. “Qaradağ Lökbatan” doğma meydanda “Xəzər”lə üz-üzə gəldi. Turnir cədvəlinin ilk iki pilləsində qərarlaşan komandaların dueli böyük maraq doğururdu. Həmin oyunda qonaqlar qalib gəlməklə (3:1) liderliyi ələ keçirdi. Halbuki komandalar qış fasiləsinə yollanarkən aralarında 19 xal fərq var idi. Elşad Əhmədovun yetirmələri çempionatın 2-ci yarısında inamlı təsir bağışlamaqla həmin məsafəni “əritdi”. Təbii, bunda Lökbatan təmsilçisinin uğursuz çıxışı da ciddi rol oynadı. Bir sözlə, sona 2 tur qalmış “Xəzər” çempionluğa daha yaxındı. Hər halda, debütantın əsas rəqibi uğursuzluq zolağındadı və futbolda psixoloji amilin nə dərəcədə önəmli olduğunu hər kəs anlayır.
İstər-istəməz 19 xallıq fərqin əriməsinin səbəbləri maraq doğurur. Görəsən, “Qaradağ Lökbatan”ın problemi nədi? Olmaya Lisenziyalaşdırma Qrupundan kluba müsbət cavab verilməməsi ruh düşkünlüyünə səbəb olub? Yoxsa başqa bilmədiyimiz məqamlar var? Sualları “Qaradağ Lökbatan”ın prezidenti Tahir Mustafayevə ünvanladıq. O isə qısa şəkildə bunları dedi: “Futbolda belə hallar olur. Ancaq hər şey bitməyib. Fikrimcə, son turu gözləməliyik. İndidən nəsə danışmaq istəmirəm. Mövsüm bitəndən sonra ətraflı söhbət edə bilərik”.
FARİZ

Oxşar xəbərlər
SON XƏBƏRLƏR