İran çempionatına yekun vurulub. Sonuncu - 30-cu turda “Traktorsazi” Xuzestanda “Fulad”a qalib gəlib – 1:0. Ehsan Pəhləvan 80-ci dəqiqədə qonaqlara qələbə qazandıran qola imza atıb. “Göstəriş Fulad” isə Təbrizdə “Padideh”in müqavimətini qıra bilməyib – 0:0. Beləliklə, “poladçılar” 37 xalla 9-cu, həmşəhərlilərindən 3 xal geri qalan “qurdlar” 10-cu yeri tutub. Maraq üçün “Persepolis”in (64) qızıl, “Zob Ahan”ın (55) gümüş, “İstiqlal”ın (54) isə bürünc medal qazandığını qeyd edək.