• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Sumqayıt” “Neftçi”nin qələbə həsrətini uzatdı - REPORTAJ

Premyer-liqa / Reportaj

2-10-2024, 15:0

Neftçi (Bakı) – Sumqayıt 1:1 (0:0)
93. Rza Cəfərov – 5,5
10. Filip Ozobiç – 5,5
17. Rəhman Hacıyev – 5,5
(13. Emil Səfərov, 75) – qiymətsiz
90. Ramil Şeydayev (k) – 5,0
14. Edvin Kuç – 5,0
99. Ervin Koffi – 6,0
44. Yuri Matias – 6,5
23. Robert Bauer – 5,0
24. Mustafa Sek – 5,5
(88. Andrey Ştoqrin, 75) – 5,0
11. Kilan Lebon – 5,5
22. Dembo Darbo – 5,5
Ehtiyat oyunçular
1. Emil Balayev
30. Rüstəm Samiqullin
3. Höccət Haqverdi
19. Azər Salahlı
7. Azər Əliyev
47. Murad Məmmədov
4. Mark Tamaş
6. Rafael Quzzo
9. Andre Şinyaşiki
77. Yeqor Boqomolski
Baş məşqçi: Roman Qriqorçuk
Komandanın ən yaxşısı: Yuri Matias

1. Mehdi Cənnətov – 5,5
6. Vüqar Mustafayev (k) – 5,5
14. Elvin Bədəlov – 6,0
2. Sərtan Taşkın – 5,5
(7. Rövlan Muradov, 71) – 5,0
17. Murad Xaçayev – 5,5
8. Səbuhi Abdullazadə - 5,5
19. Roi Kehat – 5,5
(30. Kamran Quliyev, 90+2) – qiymətsiz
9. Nikola Vuynoviç – 5,5
(10. Rəhim Sadıxov, 62) – 5,0
99. Silvanus Nimeli – 5,0
(12. Giorgi Karaişvili, 46) – 5,5
5. Alan Dias – 5,5
23. Cordan Rezabala – 6,0
Ehtiyat oyunçular
36. Xəyal Fərzullayev
94. Rəşad Əzizli
20. Ayxan Süleymanlı
21. Nihat Əhmədzadə
24. Sənan Muradlı
11. Fernando Medeyros
18. Kristian Velinovski
Baş məşqçi: Samir Abasov
Komandanın ən yaxşısı: Cordan Rezabala

Qollar: C.Rezabala, 70 (0:1, E.Bədəlov). Y.Matias, 76 (1:1, E.Koffi).
Vərəqələr: K.Lebon, 27 (qeyri-idman hərəkəti). S.Taşkın, 29 (qeyri-idman hərəkəti). R.Kehat, 64 (hakimin qərarına etiraz). C.Rezabala, 64 (hakimin qərarına etiraz). A.Dias, 86 (qeyri-idman hərəkəti). E.Səfərov, 88 (qeyri-idman hərəkəti). V.Mustafayev, 89 (qeyri-idman hərəkəti). E.Bədəlov, 90+3 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: CAVİD CƏLİLOV, Kamran Bayramov, Müslüm Əliyev, Rəvan Həmzəzadə (hamısı Bakı).
VAR hakimi: Elçin Məsiyev (Bakı).
VAR hakiminin köməkçisi: Pərvin Talıbov (Bakı).
Hakim-inspektor: Feyzulla Feyzullayev (Bakı).
AFFA nümayəndəsi: Rüfət Əmirov (Bakı).
28 sentyabr. Bakı. “Neftçi Arena”. 3899 tamaşaçı (11000 yerlik).
Birinci hissəyə 3, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.


“Neftçi”nin 1-ci turdan sonra başlayan doğma meydan həsrəti ötən həftə sona çatdı. Futbol ictimaiyyəti, xüsusilə “ağ-qaralar”ın azarkeşləri düşünürdü ki, oyun, sadəcə, yenilənmiş tribunalar və ot örtüyünə görə yox, həm də mövsümün ilk qələbəsinin qazanılması münasibətilə əlamətdar olacaq. Təbii ki, rəhbərlik, məşqçilər korpusu və futbolçular da məhz bu gözləntiylə köklənmişdi. Lakin bu dəfə də olmadı. Bəli-bəli, ardıcıl 8-ci cəhd də fayda vermədi. Baxmayaraq ki, Samir Abasovun heyətdə müəyyən rotasiyalar etməsi rəqibin şansını artırmışdı. Bakılılar isə zədəli Emin Mahmudovun xidmətindən yararlana bilmədi. Hər halda, meydan sahibləri mövsümün növbəti uğursuzluğuyla üzləşdi.

Oyunun əvvəlində hadisələr meydanında mərkəzində davam etdi. 16-cı dəqiqədə Dias hesabı aça bilərdi. O, Rezabalanın uzaqdan ötürməsini başla “çərçivə”yə yönəltdi ki, Rza seyvlə yadda qaldı. Bir qədər sonra Ozobiç topu künc zərbəsindən cərimə meydançasının daxilinə ötürdü. Burda “kürə” Matiasın toxunuşuyla qapı xəttini keçmək üzrə idi. Amma Səbuhinin müdaxiləsi komandasını qoldan xilas etdi. 27-ci dəqiqədə “Sumqayıt” fərqlənmək imkanından yararlana bilmədi. Daha doğrusu, Nimeli qapıçıyla təkbətək qaldığı halda, qeyri-dəqiq oynadı. Liberiyalı bununla Səbuhinin uzaqdan göndərdiyi topu qarşılayıb ona çatdıran Sərtanın ötürməsini boşa verdi. Ardınca “ağ-qaralar” hücuma keçdi ki, Koffinin uzaqdan bəxtini sınamasına şahidlik etdik. Futbolçu Lebonun “kürə”ni ona çatdırmasından sonra əlverişli mövqedə olan Darboya vermək əvəzinə hesabı açmaq eşqinə düşdü. Nəticədə top qapının xeyli üzərindən şütüdü. O, 34-cü dəqiqədə “günahını yumaq” məqsədilə Rəhmana ötürmə verdi ki, bu dəfə də Hacıyev Mehdi səddini keçə bilmədi. Onun bir qədər sonrakı zərbəsi isə qeyri-dəqiq oldu. Cənnətov 45+1-ci dəqiqədə növbəti həlledici seyvə imza atdı. Qolkiper bu dəfə Lebonun cəhdinə mane oldu. Birinci hissə Rzanın Səbuhinin həmləsini zərərsizləşdirməsiylə başa çatdı.

İkinci yarı “Sumqayıt”ın təzyiqiylə başladı. 47-ci dəqiqədə Karaişvili Kehatın ötürməsi sayəsində hesabı aça bilərdi ki, Rza təhlükəni sovuşdurdu. Çox keçmədən “Neftçi” də fəallaşdı. Lebonun topu Ozobiçə çatdırdığı, sonuncunun qapıya zərbə müəllifi olduğu epizod qolla nəticələnəcəkdi. Təbii ki, Filip azca dəqiq olsaydı. 66-cı dəqiqədə Kehat cərimə meydançası daxilində topu Karaişviliyə ötürsə də, sonuncu qeyri-dəqiqlik üzündən fürsəti boşa verdi. Ardınca Lebon eyni səhvi təkrarladı və Ozobiçin başla ona çatdırdığı “kürə” qapının üzərindən şütüdü.

Hesab 70-ci dəqiqədə açıldı. Burda Rezabala Elvinin sağ cinahdan ötürməsini dəyərləndirdi və topu tora qovuşdurdu. Ona nə Matiasın müdaxiləsi mane oldu, nə də Rzanın. Belədə təzyiqi artıran “Neftçi”nin cavab qolu gecikmədi. 76-cı dəqiqədə Lebonun Koffiyə, Ervinin Matiasa ötürməsi qeydə alındı ki, Yuri başla “çərçivə”ni dəqiq nişan aldı. Tablodakı bərabərlik “ağ-qaralar”ı növbəti hücum cəhdlərinə vadar etdi. Bir qədər sonra Diası aldadan Koffi topu Darboya çatdırdı. Top Dembonun zərbəsindən sonra Mehdiyə toxunub istiqamətini dəyişdi və qapının üzərindən keçdi. Komandaların səyləri sona qədər fayda vermədiyindən hesab dəyişmədi.

Beləliklə, “Neftçi” turnir cədvəlində bir pillə irəlilədisə, “Sumqayıt” ardıcıl dörd məğlubiyyətdən sonra xal qazandı.

Gözdən qaçmadı
* “Neftçi Arena”nın ot örtüyü indi əla vəziyyətdədi. Tribunaların aşağı sektoru qara, ikinci mərtəbəsi isə ağ rənglə boyanıb.
* Qriqorçuk komandası qol buraxandan sonra dərhal jestlərlə hücuma səslədi.
* Emin Mahmudov stadiona gəlməmişdi.
* “Kimyaçılar” və “Ultras Sumqayıt” fanklubu “Neftçi”, ha, ha, ha”, “Neftçi”nin atası Samir Abasov”, “Rza, “çerka” şüarlarını səsləndirdi. Samir bəy adı çəkilən şüar zamanı əliylə “yox, etməyin” reaksiyası verdi. “Forza Neftçi” əvvəldən sona qədər himn, bəstə və şüarlarla “ağ-qaralar”ı dəstəklədi.
* “ “Sumqayıt”ın qolundan sonra Neftçi” azarkeşlərindən birinin halı pisləşdi. Tribunaya dərhal həkimlər gəldi.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

28-09-2024, 18:0

"Neftçi" - "Sumqayıt": START HEYƏTLƏR

Ölkə kuboku

9-02-2024, 18:0

“Neftçi” - “Sumqayıt”: - START HEYƏTLƏRİ

Premyer-liqa

10-08-2024, 20:0

"Səbail" - "Neftçi": START HEYƏTLƏRİ

Premyer-liqa

4-02-2024, 14:0

“Sumqayıt” - “Neftçi”: START HEYƏTLƏRİ

Premyer-liqa

24-08-2024, 19:0

"Araz-Naxçıvan" - "Neftçi": START HEYƏTLƏRİ

Ölkə futbolu

20-09-2024, 18:0

"Qarabağ" - "Neftçi": START HEYƏTLƏRİ

Aktual
“Kəpəz”də təqdimat mərasimi keçiriləcək – yeni sədr axır ki, gün üzünə çıxır!
Azərbaycana 17 legioner gəlib - neçəsi yığmada çıxış edir?
Dünya çempionatı hansı stadionlarımızda keçiriləcək?
“Qarabağ” 10,8 milyon avroluq rəqiblə qarşılaşır
Ramil Şeydayev “Dinamo”da! – gəldiyi yerə dönür
Mehdi Cənnətovdan geriyə addım! – 34 yaşında elitadan getdi
Son xəbərlər
  • Bu gün, 12:40
    İtaliya paytaxtını tərk etmədi
  • Bu gün, 12:07
    "Şamaxı" "Qəbələ" ilə qarşılaşacaq
  • Bu gün, 11:36
    İngiltərədə klubunu dəyişdi
  • Bu gün, 11:05
    “Kəpəz”də təqdimat mərasimi keçiriləcək – yeni sədr axır ki, gün üzünə çıxır!
  • Bu gün, 10:49
    Messi yenə qol vurdu, İran qrupda qaldı - DÇ səhəri
  • Bu gün, 10:31
    "Bu istəklə və templə davam edəcəyik" - Qurban Qurbanov
  • Bu gün, 10:00
    "Fənərbaxça" Tovuza gəlir!
  • Dünən, 23:54
    Azərbaycana 17 legioner gəlib - neçəsi yığmada çıxış edir?
  • Dünən, 23:42
    "Neftçi" "əfsanə zolaqlı" formanı qaytarır - VİDEO
  • Dünən, 23:15
    4 təmsilçimizdən 3-ü qalib gəldi! - Fiziyevdən möhtəşəm nakaut
  • Dünən, 22:30
    "Avrokuboklara şans qazanmaq üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik"
  • Dünən, 22:08
    İranın forvardı FİFA-nı yıxıb-sürüdü - ''Bizim evə qayıtmağımızı istəyirlər''
  • Dünən, 21:51
    "Zirə" özbəklərə uduzdu
  • Dünən, 21:22
    Savo het-trik etdi, "Qarabağ" qalib gəldi
  • Dünən, 20:30
    Azərbaycanlılar qələbə ilə başladı! -UFC Bakı
  • Dünən, 19:23
    "Şəfa"da köməkçi məşqçilər bəlli oldu
  • Dünən, 18:52
    “Səbail”dən yeni transfer
  • Dünən, 18:31
    "Qarabağ"ın heyəti açıqlandı - Elvin start heyətində yoxdu!
  • Dünən, 18:00
    Dünya çempionatı hansı stadionlarımızda keçiriləcək?
  • Dünən, 17:31
    "Polessye" Andrade ilə uzunmüddətli müqavilə imzaladı
  • Dünən, 17:00
    “Qarabağ” artıq 3 milyon avro xərcləyib – “Sabah”dan bir addım öndə
  • Dünən, 16:40
    Florensiyanı tərk etdi
  • Dünən, 16:08
    Torreyra yumruq olayı haqda ilk dəfə danışdı - ''Şəkil çəkdirmək istədiyini düşündüm''
  • Dünən, 15:47
    Maykl Bispinq və Brüs Baffer "UFC Fight Night Baku"da!
  • Dünən, 15:26
    Tahir Abdullayev ilk, Rafael Fiziyev son döyüşə çıxacaq
  • Dünən, 15:08
    “Qarabağ” 10,8 milyon avroluq rəqiblə qarşılaşır
  • Dünən, 14:42
    Ramil Şeydayev “Dinamo”da! – gəldiyi yerə dönür
  • Dünən, 13:53
    Mehdi Cənnətovdan geriyə addım! – 34 yaşında elitadan getdi
  • Dünən, 13:37
    DÇ-də vəziyyət necədi? – bu an üçün ən vacib bilgi
  • Dünən, 13:07
    Andrade "Qarabağ"dan Ukrayna klubuna getdi - RƏSMİ
  • Dünən, 12:36
    Bülənt Korkmaz bu klubu superliqaya qaytarmağa çalışacaq
  • Dünən, 12:15
    "Qarabağ" "Tirol"a qarşı
  • Dünən, 11:54
    Muslera Uruqvayı məhv etdi - Byelsa özünü yıxıb-sürüdü!
  • Dünən, 11:23
    Milandan Turinə yollana bilər
  • Dünən, 10:52
    Arif Əsədov “Kəpəz”də çalışmaqdan niyə imtina etdi? – detallar üzə çıxdı
Daha çox
Oxunub: 433
Çempion komandanı atdı, “Zirə”yə gəldi – nə qəribə!
Oxunub: 314
UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
Oxunub: 284
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 271
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 267
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 218
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə