Sizin reklam burada

Çempion “Zirə”yə güzəşt etmədi

Baxış Sayı:2 019

Çempion “Zirə”yə güzəşt etmədi
Qurban Qurbanov: “Evdə oynamaq “Qəbələ”nin haqqıdı”
97. Zirə – Qarabağ (Ağdam) 1:2 (0:0)

1. Anar Nəzirov (k) - 5,5
18. Yani Urdinov - 6,0
39. Sadiq Quliyev - 5,0
5. Adil Nağıyev - 5,0
11. Viktor İbokoyi - 5,5
14. Tellur Mütəllimov - 5,5
38. İlkin Muradov - 5,0
4. Vüqar Mustafayev - 4,5
(3. Jozef Bum, 46) - 4,5
29. Comal Uilyams - 4,5
(88. Elşən Abdullayev, 65) - 5,0
10. Orxan Əliyev - 4,5
(9. Aleksandr Dedov, 46) - 5,0
17. Vüsal İsgəndərli - 5,5
Ehtiyat oyunçular
85. Kamal Bayramov
16. İbrahim Aslanlı
21. Sahil Cəfərov
77. Mirsahib Abbasov
98. Elçin Əliyev
Məşqçi: Elnur Çodarov
Komandanın ən yaxşısı: Yani Urdinov

13. İbrahim Şehiç - 5,0
77. Vild-Donald Gerye - 6,0
5. Maksim Medvedev (k) - 5,5
32. Elvin Yunuszadə - 5,5
30. Abbas Hüseynov - 5,0
2. Qara Qarayev - 5,5
(91. Coşqun Diniyev, 80) - qiymətsiz
7. Rahid Əmirquliyev - 5,5
(8. Miçel, 80) - qiymətsiz
99. Dani Kintana - 5,0
20. Riçard Almeyda - 5,5
11. Mahir Mədətov - 5,0
90. Ramil Şeydayev - 5,0
(25. Ansi Aqolli, 74) - 5,5
Ehtiyat oyunçular
1. Anton Kanibolotski
12. Şahruddin Məhəmmədəliyev
14. Rəşad Sadıqov
21. Arif Daşdəmirov
22. Əfran İsmayılov
49. İbrahim Əliyev
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Vild-Donald Gerye
Qollar: V-D.Gerye, 55 (0:1). A.Dedov, 61 (1:1, V.İsgəndərli). Miçel, 90+2 (1:2, A.Aqolli).
Vərəqələr: V-D.Gerye, 27 (qeyri-idman hərəkəti). R.Almeyda, 71 (qeyri-idman hərəkəti). A.Nağıyev, 82 (hakimə etiraz). Y.Urdinov, 82 (hakimə etiraz). V.İbokoyi, 88 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: RAUF CABBAROV, Knyaz Əmiraslanov, Elman Musayev, Vüqar Həsənli (hamısı Bakı).
Hakim-inspektor: Vüsal Əliyev (Bakı).
AFFA nümayəndəsi: Eldar Qasımov (Bakı).
27 aprel. Zirə. İdman Kompleksinin stadionu. 750 tamaşaçı (1512 yerlik).
Yalnız ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
Tura Zirədə start verildi ki, ötən tur çempionluğu təmin edən “Qarabağ” “Zirə”nin qonağı oldu. Bu baxımdan altıqat çempionun “özünü necə aparacağı” maraq doğururdu. Hər halda, oyun ağdamlılar üçün formal xarakter daşıyırdı və artıq hədəfi qalmayan komandanın meydana motivasiyasız çıxacağı gözlənilən idi. Digər tərəfdən, uğursuzluq zolağında vurnuxan Ayxan Abbasovun komandasının 10 turluq qələbəsiz seriyanı məhz “Qarabağ”la - 16 oyundu uduzmayan rəqiblə görüşdə qırması xoş qarşılanmayacaqdı. Axı, “Zirə” ən güclü vaxtlarında belə “Qarabağ”a qalib gələ bilməmişdi.
Ədalət naminə desək, “Zirə” qış fasiləsindən sonra həm də bəxtsizliklə üzləşib. Qəbələdən başlayan cəzalar obyektiv, zədələr isə subyektiv amillərlə bağlıdı. “Ya zəlzələdən, ya vəlvələdən”, komanda 3-cü və 4-cü dövrədə, demək olar, bütün oyunlara itki ilə çıxıb. “Qarabağ”la qarşılaşma da istisna deyildi. İntizam Komitəsi tərəfindən son tura qədər cəzalanan baş məşqçi Ayxan Abbasov bir yana, bu dəfə komandanın aparıcı üzvlərindən Milan Duriç oynamadı. Serbiyalı yarımmüdafiəçi sarı vərəqə cəzalısıdı.
Qurban Qurbanov start heyətində birdən-birə 3 dəyişiklik etmişdi. Rəşad Sadıqov, Ansi Aqolli və Miçel ehtiyatda qalmış, 2 oyunluq fasilədən sonra start heyətinə dönən Mahir, o cümlədən Rahid və Abbas "11-lik"də yer almışdı.
Oyuna gəlincə, ilk yarının əvvəlində meydanda sadəcə, mübarizə var idi. Bu üzdən qapılar qarşısında təhlükəli vəziyyətlərin sayı o qədər də çox olmadı. Ancaq dəqiqələr ötdükcə komandalar bir-birini narahat etməyə başladı. Bir epizodda Şeydayev cərimə meydançasında arxası qapıya tərəf olduğuna görə ona ötürülən topu qapıdan keçirə bilmədi. Nəzirov onun tək toxunuşlu vuruşunu gövdəsiylə dəf etdi. Hissənin ortalarında künc zərbəsindən sonra Adilin başla uzaq küncə ünvanlanladığı topu Şehiç zərərsizləşdirdi. Yarım saatın tamamında Abbasın cinah asmasını tora göndərməyə hazırlaşan Şeydayev fərqlənməyə macal tapmamış Nəzirov yumruqla topu onun başının üstündən vurub çıxardı. 37-ci dəqiqədə "Zirə" yüz faizlik imkandan yararlana bilmədi. Orxan qapıçı ilə üzbəüz qalsa da, zərbə vurmağa azacıq ləngidi və özünü yetirən müdafiəçilər təhlükənin qarşısını almağa macal tapdılar. Bir qədər sonra Rahid cərimə meydançasının kənarından qüvvətli zərbə ilə Anarı sınağa çəkdi ki, “Zirə”nin kapitanı yenə inamlı oynadı. "Zirə" ikinci yarıya iki dəyişikliklə başladı. Vüqarı Bum, Orxanı Dedov əvəzlədi. Belədə müdafiəçi kimi çıxış edən Viktor irəlidən oynamağa başladı. Hissənin əvvəlində meydan sahibləri iki dəfə qonaqların cərimə meydançasına daxil olub zərbə vurmaq imkanı qazandı. Ancaq nə Tellur, nə də Vüsal "çərçivə”yə düşə bildi. 55-ci dəqiqədə Abbasın cinah həmləsindən sonra Rahid hücumu zərbə ilə tamamladı. Ancaq top müdafədən döndü. Bununla belə, meydan sahiblərinin uzaqlaşdıra bilmədiyi topu Gerye təkrar zərbə ilə tora qovuşdurdu. "Qarabağ"ın sevinci uzun çəkmədi. 61-ci dəqiqədə Vüsalın cinahdan asmasını ikinci hissədə meydana çıxan Dedov başla tora qovuşdurdu. Yüksək tempdə keçən oyunda növbəti təhlükəli vəziyyəti “Qarabağ” yaratdı. Riçardın zərbəsindən sonra top dirəyə tuş gəldi. 70-ci dəqiqədə Qaranın uzaqdan zərbəsi yaddaqalan oldu. Nəzirov topu yumruqlarıyla geri qaytara bildi. Bir qədər sonra az qala sonradan meydana çıxan Elşən sabiq komandasını cəzalandıracaqdı. Vüsal hava mübarizəsini qazanıb topu başla onun önünə atsa da, Şehiç mövqeyini cəld tərk edib təhlükəni önlədi. "Zirə"nin təşəbbüsü ələ aldığını görən Qurban Qurbanov əvvəlcə Şeydayevi Ansi ilə əvəzlədi. Ardınca iki dəyişikliyi birdən gerçəkləşdirib Miçellə Coşqunu döyüşə atdı. Ancaq yenə üstün olan tərəf "Zirə" idi. 83-cü dəqiqədə Vüsalın vuruşu azarkeşləri ayağa qaldırdı. Ancaq top toru yandan silkələdi. Daha istəkli olan və xal itkisiylə barışmayan meydan sahiblərinin təzyiqinə baxmayaraq, oyundan qalib ayrılan tərəf "Qarabağ” oldu. Matça əlavə olunmuş 2-ci dəqiqədə Ansinin qapı qarşısına ötürməsini Miçel tora qovuşdurdu. Beləliklə, Ağdam təmsilçisi imicinə yaraşan şəkildə davranaraq, dedi-qoduya əsas vermədi.
MİRAĞA

Reaksiyalar
Qurban Qurbanov: "Maraqlı oyun oldu. Hər iki komanda ən yaxşı oyunlarından birini keçirdi. Futbolçularımı təbrik edirəm. Rəqibə qarşıdakı matçlarda uğurlar arzulayıram. Düzdü, "Zirə" son vaxtlar o qədər də yaxşı nəticələr qazanmır. Ancaq düşünürəm ki, məğlub olduqları bir çox oyunda yaxşı futbol sərgiləmişdilər. Bu cür hallar başqa komandalarda da olur. Bu gün isə tam fərqli "Zirə" gördük. Start heyətində çox dəyişiklik etməmişdim. Miçelin zədəsi var idi. Rəşad Sadıqovun da belində zədəsi olduğundan, bu matçda şans vermədim. “Qəbələ” ilə son turda keçiriləcək oyunmuzun Bakıda baş tutmaq ehtimalı barədə mən də mətbuatdan oxumuşam. Evdə oynamaq “Qəbələ”nin haqqıdı. Qəbələdə oynamağın əleyhinə deyiləm. Mənim üçün fərqi yoxdu. Şeydayevi komandada saxlayıb-saxlamamaq istəyimizə gəlincə, onunla müqavilə müddəti mayda başa çatacaq. Hələ ki danışığımız olmayıb. Bu barədə nə “Trabzonspor”la, nə də Ramillə danışmışıq".
Elnur Çodarov: " Oyun pis alınmadı. Futbolçularımız yaxşı mübarizə apardılar. Lakin bəzi oyunçularımızın ustalıq səviyyəsi çatmadı. “Qarabağ”a qarşı oyunlarımız həmişə uğursuz alınır. Bu gün qalib gəlmək istəyirdik. Hücumda çoxala bilirdik. Lakin dediyim kimi, bu oyunda qalib gəlmək üçün ustalıq səviyyəmiz çatmadı. Sadio Tounkaranın oynamamasının səbəbinə gəlincə, cəzasını başa vursa da, zədəsi var. Buna görə şans vermədik".

Gözdən qaçmadı
* Stadionda ilk diqqəti cəlb edən məqam tablonun işləməməsi idi. Tablo birinci hissənin sonunda işə salınsa da, bir qədər sonra dondu. Eləcə də internetə qoşulmaq gec başa gəldi.
* Texniki qüsurlar "CBC Spor"un işində də müşahidə olundu. Matçın əvvəlində yayın tez-tez kəsilsə də, telekanal çatışmazlığı yoluna qoya bildi.
* Uğursuz nəticələr azarkeş sayında əksini tapır. Belə ki, tribunaların yarısı boş qalmışdı.
* "CBC Sport"un şərhçisi Şəmsəddin Abbasov az qala qarşılaşmanın yarısı ərzində kompleksin damında şərhçilər üçün quraşdırılmış kabinədə oturmadı. Deyəsən, içəridə sıxılan həmkarımız tez-tez kabinəni tərk edir, pilləkənlərin üstündə dayanıb oyunu şərh edirdi.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR