Sizin reklam burada

İki “qırmızı” və darmadağın

Baxış Sayı:608

İki “qırmızı” və darmadağın
Azər Məmmədov: “Kimlərlə yola davam etməli olduğumu müəyyənləşdirdim”
2003 təvəllüdlü futbolçulardan ibarət yığmamız Antalyada təşkil olunan UEFA İnkişaf turnirində son oyununu keçirib. Dünən Türkiyədən olan həmyaşıdları ilə qarşılaşan komandamız 0:4 hesabı ilə məğlub olub. Millinin heyətində Bəhruz Tanırverdiyev 34-cü, Siyadi Baxşəliyev isə 37-ci dəqiqədə qırmızı vərəqə alıb.
Komandanın baş məşqçisi Azər Məmmədov Türkiyə ilə qarşılaşmadan sonra AFFA-nın saytına bunları söyləyib:
“Turnirin ən güclü komandasına qarşı oynadıq. Azlıqda qalmağımıza baxmayaraq, uşaqlar əzmkarlıq nümayiş etdirdilər. Nəticə bizim üçün ağır olsa da, turnir yeni yaranan komandanın təcrübə qazanması baxımından çox faydalı oldu. Bu uşaqlar indiyə qədər belə oyunlar keçirməmişdi. Artıq komanda olaraq onları gələcəkdə nələrin gözlədiyini dərk edirlər. Belə gərgin oyunlar oynamaq üçün çox çalışmalıyıq. Bu turnir mənim üçün də böyük təcrübə oldu. Kimlərlə yola davam etməli olduğumu müəyyənləşdirdim”.

Oxşar xəbərlər
{related-news}
SON XƏBƏRLƏR