Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess 2018” superturnirində maraqlı hadisə yaşanıb. Yarışın mətbuat xidmətinin yaydığı məlumatına görə, premyer-liqa təmsilçisi “Kəpəz”in nümayəndələri dünən Şəmkirə baş çəkiblər. Gəncə təmsilçisinin icraçı direktoru Elnur Camalxanov üzərində “Maqnus” yazılan “1” nömrəli formanı dünya çempionu Maqnus Karlsenə hədiyyə edib.
Norveçli dünya çempionu diqqətə görə “Kəpəz” rəsmilərinə təşəkkür edib.