Ötən saylarımızdan birində Klublar Komitəsinin (KK) mayda bir araya gələcəyini xəbər vermişdik. Bu haqda məlumatı komitənin mətbuat katibi Zaur Hacı-Məhərrəmovdan almışdıq. Lakin o dəqiq tarix söyləməmişdi. Artıq KK-nın nə vaxt bir araya gələcəyi bəllidi. Mayın 1-də "Bulvar otel"də komitənin növbəti iclası keçiriləcək. Toplantı səhər saat 10-da başlayacaq.