Dünən birinci divizionda 25-ci tura start verilib. Turun açılış günündə “Sabah” “Ağsu"nu, "Zaqatala" "Şüvəlan"ı sınağa çəkib. Binədə darmadağın qeydə alınıb. İlk yarısı qolsuz bitən görüşdə debütant bölgə təmsilçisini 4 cavabsız qolla məğlub edib. Beləliklə, Arif Əsədovun komandası azı birgünlüyə 5-ci yerə yüksəlib. Günün ikinci qarşılaşmasında da azarkeşlər 4 qola şahidlik edib. Ancaq ilk "üçlük"də qərarlaşan “Şüvəlan” Zaqatalada xal itirib. Qonaqlar oyunun gedişində üstünlük əldə etməsinə baxmayaraq, 15 dəqiqə ərzində buraxdığı qollarla heç-heçəylə kifayətlənib.
Birinci divizion
3-cü dövrə, 25-ci tur
26 aprel
Sabah –Ağsu 4:0
Andrey Zabun, 48; 90+2. Təyyar Məmmədov, 55. Qvanzav Məhəmmədov, 65.
Zaqatala - Şüvəlan 2:2
Ismael Koame, 70. Abbas Ganiu, 85 - Nuqzar Kvirtiya, 9. Sərxan Abdullayev, 70-öz qapısına.
Tura bu gün yekun vurulacaq:
27 aprel
Qaradağ Lökbatan – Xəzər
Hakimlər: İNQILAB MƏMMƏDOV, Yaşar Abbasov, Vüqar Bayramov, Elgün Hüseynov.
Hakim-inspektor: Vaqif Ayvazov.
AFFA nümayəndəsi: Ələddin Ələkbərov.
Lökbatan. Olimpiya İdman Kompleksinin stadionu. Saat 16.00
MOİK – Mil-Muğan
Hakimlər: Alik Yunusov, Elnur Ağayev, Ruslan Babayev, Elxan Müslümov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Biləcəri. “Bakı”nın təlim-məşq bazasının stadionu. Saat 16.00
Binə – Turan Tovuz
Hakimlər: RƏVAN HƏMZƏZADƏ, Eyyub İbrahimov, Mehman Mahmudov, Nahid Xasıyev.
Hakim-inspektor: Əlibala Ələsgərov.
AFFA nümayəndəsi: Qabil Nərimanov.
Binə. Qəsəbə stadionu. Saat 16.00
1. Qaradağ Lökbatan 24 13 7 4 42-25 46
2. Xəzər 24 13 5 6 34-13 44
3. Şüvəlan 25 12 6 7 28-19 42
4. MOİK 24 11 4 9 35-30 37
5. Sabah 25 10 6 9 37-32 36
6. Binə 24 10 5 9 29-28 35
7. Turan Tovuz 24 9 5 10 30-32 32
8. Mil-Muğan 24 7 6 11 30-42 27
9. Ağsu 25 6 4 15 21-46 22
10. Zaqatala 25 4 6 15 21-39 18
Bombardirlər: Bəhruz Teymurov (MOİK) - 12, Tural Qürbətov (Xəzər), Sabir Allahquliyev (Qaradağ Lökbatan) – 10.