• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qarabağ”a darmadağın üçün bir hissə bəs etdi - REPORTAJ

Premyer-liqa / Reportaj

24-09-2024, 17:0

Qarabağ (Ağdam) - Neftçi (Bakı) 4:0 (3:0)
99. Mateuş Koxalski - 6,0
55. Bədavi Hüseynov (k) - 6,0
(30. Abbas Hüseynov, 85) - qiymətsiz
13. Bəhlul Mustafazadə - 6,0
44. Elvin Cəfərquliyev - 6,0
27. Toral Bayramov - 5,5
(15. Leandro Andrade, 65) - 6,0
10. Abdulla Zubir - 5,5
(11. Emmanuel Addai, 71) - 5,0
66. Patrik Andrade - 6,5
7. Yassin Benzya - 7,5
(8. Marko Yankoviç, 85)
18. Olavio Juninyo - 7,0
(90. Nəriman Axundzadə, 65) - 6,0
2. Mateus Silva - 7,0
6. Julio Romao - 6,0
Ehtiyat oyunçular
97. Fabian Buntiç
20. Riçard Almeyda
24. Aleksey İsayev
22. Musa Qurbanlı
81. Kevin Medina
19. Redon Cica
21. Aleksey Kaşuk
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Yassin Benzya
93. Rza Cəfərov - 6,0
3. Höccət Haqverdi - 5,0
90. Ramil Şeydayev (k) - 5,0
13. Emil Səfərov - 5,5
14. Edvin Kuç - 5,0
(6. Rafael Quzzo, 87) - qiymətsiz
44. Yuri Matias - 5,5
23. Robert Bauer - 4,5
24. Mustafa Sek - 5,0
9. Andre Şinyaşiki - 5,0
(99. Ervin Koffi, 60) - 5,0
22. Dembo Darbo - 5,0
88. Andrey Ştoqrin - 4,5
(11. Kilan Lebon, 46) - 5,0
Ehtiyat oyunçular
1. Emil Balayev
30. Rustam Samiqullin
8. Emin Mahmudov
17. Rəhman Hacıyev
19. Azər Salahlı
91. Ağadadaş Salyanski
47. Murad Məmmədov
4. Mark Tamaş
77. Yeqor Boqomolski
Baş məşqçi: Roman Qriqorçuk
Komandanın ən yaxşısı: Rza Cəfərov

Qollar: R.Bauer, 18-öz qapısına (1:0). O.Juninyo, 29 (2:0, M.Silva). Y.Benzya, 45+2 (3:0, P.Andrade). L.Andrade, 90+1 (4:0, N.Axundzadə).
Vərəqələr: M.Silva, 44 (qeyri-idman hərəkəti). J.Romao, 84 (oyun qaydalarının sistematik şəkildə pozulması) - sarı.
Hakimlər: ƏLİYAR AĞAYEV, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev (hamısı Bakı).
VAR hakimi: İnqilab Məmmədov (Bakı).
VAR hakiminin köməkçisi: Namiq Hüseynov (Bakı).
Hakim-inspektor: Ramil Diniyev (Bakı).
AFFA nümayəndəsi: Zaur Hacıməhərrəmov (Bakı).
20 sentyabr. Bakı. “Azərsun Arena”. 3000 tamaşaçı (5800 yerlik).
Hər hissəyə 2 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,5.

Matçın önəmi kiçikdən böyüyə hər kəsə bəlliydi. "Qarabağ" nəinki Azərbaycan derbisinin qalibi olmaq, həm də liderliyə yüksəlmək niyyəti ilə meydana çıxdı. "Neftçi" isə əzəli rəqibi məğlub etməklə böyük psixoloji üstünlük qazanmaq istəyirdi. Bu, xüsusilə, Roman Qriqorçukun sürətlə korlanmaqla olan karyerası üçün "nəfəslik" sayılacaqdı. Matçın "Neftçilər Günü”ndə keçirilməsi də mümkün qələbəyə rəmzi xarakter verəcəkdi. Və belə bir önəmli oyunda Emin Mahmudov ehtiyatda qalmışdı. Deməli, onun klub daxilində artıq dağıdıcı fiqura çevrilməsi haqqında yayılan söz-söhbət əbəs deyil.
İlk dəqiqələrdə meydanda bərabər mübarizəyə şahidlik etdik. Komandalar qapı önünə qədər olan məsafəni qısa ötürmələr sayəsində qət etməyə çalışırdı. Lakin nə "Qarabağ", nə də "Neftçi" hədəfinə çata bilirdi. Gah qayda pozuntusu, gah da müdafiə xəttinin müdaxiləsi təhlükəli vəziyyətin yaranmasına mane olurdu. Bu sırada yalnız Patrikin zərbəsini qeyd edə bilərik ki, Rza topa asanlıqla yiyələndi. Yenə də hesabın açılması üçün çox gözləmək lazım gəlmədi. 18-ci dəqiqədə Juninyo Zubirin göndərdiyi topu qəbul edib Elvinə çatdırdı. Sonuncunun qapıya paralel ötürdüyü top Bauerin yöndəmsiz müdaxiləsiylə tora qovuşdu. VAR-ın uzun-uzadı sürən incələməsindən sonra qol qeydə alındı. Bir qədər sonra "Qarabağ"ın növbəti hücum cəhdini izlədik. Bu dəfə Matias özünü Benzyanın "çərçivə"yə göndərmək istədiyi topa sipər etdi.

Ağdamlılar oyunun axarına diqtə edir, təhlükəli vəziyyətlər sıralanırdı. 29-cu dəqiqədə Sekin yubanmasından yararlanan Silva topu dərhal önə yolladı. Burda topu qəbul edən Juninyo bir qədər irəliləyib "çərçivə"ni dəqiq nişan aldı. Nə müdafiəçilər braziliyalıya mane oldu, nə də Rza onun uzaq küncə göndərdiyi topa çata bildi. Heç yarım saat tamam olmamış hesabda 0:2 geri düşən "Neftçi"ni irəli atılmaqdan başqa çarəsi yox idi. Lakin "Qarabağ"ın müdafiə xətti etibarlı çıxışla rəqibə imkan vermədi. Bu mənada fərqlənən Ramilin canfəşanlığı oldu ki, Bəhlul qapı xəttinin yaxınlığında topu meydandan çıxardı. Birinci hissənin növbəti təhlükəli vəziyyəti qolla nəticələndi. Elvin 45+3-cü dəqiqədə Emilin itirdiyi topu “oğurlayaraq” irəliyə doğru sürət yığdı. O, Patrikə, sonuncu Benzyaya ötürmə etdi ki, Yassin hesabı darmadağın həddinə çatdırdı.

Qriqorçuk ikinci hissənin əvvəlində Ştoqrinin əvəzinə Lebonu meydana buraxdı. Etiraf edək ki, "Neftçi" bundan sonra daha əzmkar oynadı. Əlbəttə, burda "Qarabağ"ın təzyiqi böyük ölçüdə azaltmasının da payı var. "Köhlən atlar" 61-ci dəqiqədə bəxtini sınadı. Matiasın topu itirməsiylə irəli atılan Zubir Benzyaya ötürmə versə də, Rza onun zərbəsini zərərsizləşdirdi. Bir qədər sonra Nərimanın qapını nişan almasına Matiasın müdaxiləsi mane oldu. Onun növbəti cəhdi Rzanın irəli atılaraq topa yiyələnməsiylə boşa çıxdı. Halbuki Nəriman Zubirin ötürməsinə vaxtında çatsaydı, yaxşı fürsət qazanacaqdı. Axundzadə bir qədər sonra yenə komandasını məyus etdi. O, bu dəfə Romaonun çatdırdığı topu qeyri-dəqiqlik üzündən tora qovuşdura bilmədi. Futbolçu özü fərqlənə bilməsə də, 90+1-ci dəqiqədə Leandronun qolu üçün məhsuldar ötürmə verdi. Andradenin müdafiə xəttini yararaq topu tora qovuşdurmasıyla hesab 4:0 oldu! Beləliklə, derbi "Qarabağ"ın parlaq qələbəsiylə yekunlaşdı. Ağdamlılar ən azı bir günlüyə liderliyə yüksəldi.
"Neftçi" isə 7 turdan sonra cəmi 4 xal toplayıb. Doğrudan da, çox acınacaqlı nəticədi. Və bundan da acınacaqlısı Qriqorçukun indiki durumdan heç cür çıxış yolu tapa bilməməsidi.

Gözdən qaçmadı
* Matçdan əvvəl "İmarət Tayfa" ilə "Forza Neftçi" arasında kütləvi dava yaşandı. Polis əməkdaşları dərhal hadisəyə müdaxilə etdi.
* Futbolçular meydana daxil olandan sonra üzərində "20 sentyabr - Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü" yazılan pankartı qaldırdılar. Ardınca tamaşaçılara əlamətdar günlə bağlı məlumat verildi.
* "Neftçi" azarkeşləri "Qarabağ"ın ilk qolundan sonra dəstəyi birəbeş artırdı. "Köhlən atlar"ın tərəfdarları qollar vurulduqca onlara "Neftçi", ha-ha-ha", "Neftçi" divizion səni gözləyir" "Aşsüzənlər", "Sağ ol, Qriqorçuk" şüarlarıyla qarşılıq verdi.
* Matçdan sonra "Forza Neftçi" ilə fotoqraflardan biri arasında anlaşmazlıq baş verdi. Fanklub "fuck you media" şüarıyla jurnalistləri təhqir etdi. Həmçinin komanda ilə azarkeş qrupu arasında məğlubiyyətlə bağlı ənənəvi müzakirə oldu.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

20-09-2024, 18:0

"Qarabağ" - "Neftçi": START HEYƏTLƏRİ

Ölkə futbolu

4-05-2024, 18:0

"Qarabağ" - "Neftçi": START HEYƏTLƏRİ

Çempionlar Liqası

17-08-2024, 11:0

"Qarabağ" yeni qapıçısını "Dinamo" ilə oyunlar üçün sifariş etdi

Premyer-liqa

1-09-2024, 19:0

“Zirə” - “Qarabağ”: START HEYƏTLƏRİ

Ölkə futbolu / Avropa Liqası

5-09-2024, 09:0

"Qarabağ"ın Avropa Liqası üçün iştirak ərizəsi

Premyer-liqa

24-08-2024, 17:0

"Qarabağ" - "Turan Tovuz": START HEYƏTLƏRİ

Aktual
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
“Turan Tovuz” avrokubok matçını Tovuzda keçirə biləcək? – rəsmi açıqlama
“Həmişə olduğu kimi, bu dəfə də ədalət yerini tapdı” - Mahmud Sadıqov çempionluğu şərh etdi
“Kür-Araz” təxribata meyilli komandadı” – İmişlidəki dava-dalaşa nə səbəb olub?
“CBC Sport” mərkəzi qarşılaşmanı yayınlamayacaq
"Turan Tovuz" azarkeşlərinə müraciət etdi - "Bildirmək istəyirik ki, stadionumuzu avrokubok oyunlarına hazırlamaq üçün..."
Son xəbərlər
  • Bu gün, 18:06
    Türkiyə yığmasının DÇ-2026 üçün geniş heyəti açıqlandı
  • Bu gün, 17:35
    “Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
  • Bu gün, 17:19
    “Turan Tovuz” avrokubok matçını Tovuzda keçirə biləcək? – rəsmi açıqlama
  • Bu gün, 17:00
    “Həmişə olduğu kimi, bu dəfə də ədalət yerini tapdı” - Mahmud Sadıqov çempionluğu şərh etdi
  • Bu gün, 16:30
    Kaspiyskdə güləşçilərimizdən iki medal
  • Bu gün, 16:01
    “Şaxtyor” ardıcıl 7-ci qələbəsini qazandı, Yarmolenko Rebrova çatdı - İCMAL
  • Bu gün, 15:49
    “Barselona”dan daha bir rekord
  • Bu gün, 15:24
    “Beşiktaş”da ikinci Sərgən Yalçın dönəmi başa çatdı!
  • Bu gün, 14:53
    “Real”, “Fənərbaxça” və “Valensiya” da “Olimpiakos”a qoşuldu
  • Bu gün, 14:22
    "Əsas məqsədim Avropada tanınan sistem qurmaqdı" - "Sabah"ın yeni baş məşqçisi
  • Bu gün, 13:58
    Premyer-liqada mövsümün ən gənc futbolçusu kimdi?
  • Bu gün, 13:29
    “Sabah”ın yeni baş məşqçisi bəlli oldu - RƏSMİ
  • Bu gün, 12:52
    “Kür-Araz” təxribata meyilli komandadı” – İmişlidəki dava-dalaşa nə səbəb olub?
  • Bu gün, 12:00
    İnzaqi bu komandadan da ayrılacaq
  • Bu gün, 11:33
    Lebron Ceyms üçün mövsüm bitdi
  • Bu gün, 11:02
    “Karolina” ardıcıl 8-ci qələbə ilə finalda!
  • Bu gün, 10:31
    “Şamaxı”nın futbolçusu əməliyyat olundu
  • Bu gün, 10:00
    “CBC Sport” mərkəzi qarşılaşmanı yayınlamayacaq
  • Dünən, 23:59
    “Şəfa”ya kubok nə vaxt təqdim olunacaq?
  • Dünən, 23:33
    "Turan Tovuz" azarkeşlərinə müraciət etdi - "Bildirmək istəyirik ki, stadionumuzu avrokubok oyunlarına hazırlamaq üçün..."
  • Dünən, 22:20
    “Araz-Naxçıvan” 20-ci dəfə ölkə çempionu oldu
  • Dünən, 21:42
    Elitada növbəti paytaxt təmsilçisi: addım-addım Bakı çempionatına doğru... - YAZI
  • Dünən, 21:06
    “Şəki” 11 yox, 9 nəfərlə oynadı! – kapitan 4 oyunçunu da “tovlayıb”?
  • Dünən, 20:41
    "Xankəndi" çempionluğunu rəsmiləşdirdi
  • Dünən, 19:57
    Region Liqasının qalibi bəlli oldu
  • Dünən, 19:11
    Jali Muaddib "Qarabağ"da - rəsmi
  • Dünən, 18:25
    Aleksey İsayev üçün əlamətdar oyun
  • Dünən, 17:54
    Millimiz Avropa çempionatında ikinci yeri tutdu
  • Dünən, 17:23
    Ramalinqomdan yubiley qolu
  • Dünən, 16:52
    Abubakar “Portu”nu təbrik etdi, “Neftçi”ni yox!
  • Dünən, 16:21
    Nərimanın baş məşqçisi qovuldu
  • Dünən, 15:51
    “Kəpəz”in futbolçusu 200-ə çatdı
  • Dünən, 15:23
    Zamiqin komandası böyükhesablı qələbə qazandı
  • Dünən, 14:52
    “Bavariya”da iki yeni müqavilə
  • Dünən, 14:31
    "Mövsüm ərzində çəkdiyimiz əziyyətin bəhrəsini görəcəyik" - "Neftçi"dən iddialı açıqlama
Daha çox
Oxunub: 545
Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
Oxunub: 304
"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Oxunub: 265
Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
Oxunub: 254
“Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
Oxunub: 229
Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
Oxunub: 201
“Bu şəhər ikimizə dar”ı artıq “Neftçi” deməlidi! – 3 ildən sonra
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə