Kəpəz (Gəncə) - Şamaxı 0:2 (0:2)
1. Rojerio Santos - 5,0
2. İlkin Qırtımov - 4,5
(29. Dioqo Verdaska, 46) - 4,5
99. Əli Səmədov - 5,0
12. Turan Manafov - 6,0
5. Rauf Hüseynli - 5,0
8. Elmir Tağıyev - 5,5
(10. Karim Lkoça, 74) – 4,5
21. Camal Cəfərov - 4,5
(7. Ehtiram Şahverdiyev, 59) - 4,5
26. Valdemar Almeyda - 5,0
78. Yeqor Kvalko (k) - 5,0
19. Lassana Ndiaye - 4,5
(11. Orxan Əliyev, 59) - 4,5
77. Viktor Braqa - 4,5
(80. Tural Rzayev, 59) - 4,5
Ehtiyat oyunçular
22. Məmməd Hüseynov
70. Nicat Süleymanov
20. Mahir Həsənov
6. Nemət Musayev
17. Ümid Səmədov
15. Cavad Kərimov
28. Redon Mihana
Baş məşqçi: Azər Bağırov
Komandanın ən yaxşısı: Turan Manafov
1. Rikardo Fernandes - 5,5
4. Adil Nağıyev (k) - 5,0
8. İlkin Muradov - 5,5
17. Rafael Məhərrəmli - 5,5
(5. Arsen Ağcabəyov, 82) - qiymətsiz
82. Rüfət Abbasov - 5,5
32. Vasiliye Radenoviç - 5,0
20. Leroy Mikels - 6,0
(6. Rauf Rüstəmli, 82) - qiymətsiz
93. Brahim Konate - 6,0
(10. Emin Zamanov, 64) - 4,5
7. Georgi Kantariya - 6,5
(60. Səbayıl Bağırov, 90) - qiymətsiz
9. Belajdi Pusi - 6,0
(11. Conatan Benteke, 82) - qiymətsiz
66. Vasiliye Bakiç - 5,5
Ehtiyat oyunçular
85. Kamal Bayramov
62. Abdulla Seydəhmədov
80. Zahid Mərdanov
13. Ramin Əhmədov
22. Qurban Səfərov
24. Edqar Adilxanov
19. Fəxri Məmmədli
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Georgi Kantariya
Qollar: B.Konate, 16 (0:1, B.Pusi). G.Kantariya, 19 (0:2, L.Mikels).
Vərəqələr: E.Tağıyev, 22 (qeyri-idman hərəkəti). V.Bakiç, 75 (qeyri-idman hərəkəti). E.Zamanov, 79 (qeyri-idman hərəkəti). R.Fernandes, 90+4 (oyunun bərpasının ləngidilməsi) - sarı.
Hakimlər: CAVİD CƏLİLOV, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı (hamısı Bakı).
VAR hakimi: Rauf Cabvarov (Bakı).
VAR hakiminin köməkçisi: Vüsal Məmmədov (Bakı).
Hakim-inspektor: Asim Xudiyev (Bakı).
AFFA nümayəndəsi: Bəhram Qurbanov (Bakı).
20 sentyabr. Tovuz. Şəhər stadionu. 400 tamaşaçı (6500 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
7-cı turun Tovuzda keçirilən açılış matçı komandalar üçün xüsusi əhəmiyyət daşıyırdı. Bir tərəfdə məğlubiyyətsiz oyunlar seriyasını qıra bilməyən “Kəpəz”, o biri tərəfdə isə son turlarda yaxşı nəticə göstərən “Şamaxı” var idi.
Qonaqlar ilk dəqiqələrdən Tovuza qələbə arxasınca gəldiyini göstərdi. “Şirlər”in ciddi təzyiqi ilə müşayiət olunan üstün oyunu “sarı-göylər”ə çətin anlar yaşatdı. 6-cı dəqiqədə Rafael Məhərrəmli Pusidən aldığı topu Mikelsə ötürdü. Onun tələsik vurduğu zərbə qapıdan aralı keçdi. İlk 5 dəqiqə tamamlanandan sonra, nəhayət, gəncəlilərin ifasında ilk təhlükəli vəziyyətin şahidi olduq. 7-ci dəqiqədə Camal Cəfərov Valdemar Almeydanın uzun ötürməsini qəbul edərək topu cərimə meydançasına göndərdi. Ndiaye cərimə meydançası daxilindən zərbə endirsə də, qapıçı topu küncə çıxarmağı bacardı. 16-cı dəqiqədə hesab açıldı. Pusi üç rəqibdən yayınıb topu Konateyə yönəltdi. Fransalı yarımmüdafiəçi incə zərbə ilə topu tora qovuşdurdu - 0:1. Cəmi 3 dəqiqə sonra oyunun taleyi həll olundu. “Kəpəz”in müdafiəçilərinin səhlənkarlığından yaranan Mikels Kantariyaya ötürmə verdi. Gürcü yarımmüdafiəçinin yaxın küncə zərbəsi qolla nəticələndi - 0:2. Gəncəlilər qolların əvəzini çıxmaq üçün irəli atıldı. 28-ci dəqiqədə “Kəpəz”in futbolçuları küncdən zərbə ilə topu cərimə meydançasına göndərdi. Adil Nağıyev başla topu uzaqdırsa da, Ndiaye Əli Səmədovun ötürməsini qəbul edib, zərbə vursa da, “çərçivə”yə düşə bilmədi. Cavabında Mikelsin təhlükəli zərbəsini Rojerio Santos dəf etməyi bacardı. Qayıdan topa Rüfət Abbasov çatıb, qapını nişan alsa da, “Kəpəz”in müdafiəçiləri qola imkan vermədi. İkinci hissə nominal meydan sahiblərinin kəskin təzyiqi altında başladı və ilk yarı ilə müqayisədə daha canlı keçdi. 80-ci dəqiqədə Turan Manafov uzaqdan baxımlı zərbə vursa da, top qapıdan azacıq aralı keçdi. “Kəpəz” nəinki məğlubiyyətdən qaça, heç təsəlli qolunu da vura bilmədi. Gəncəlilər ardıcıl 7-ci oyunda uduzdusa, “Şamaxı” son 4 oyunda 3-cü qələbəsini qazandı.
Gözdən qaçmadı
* “Xəmsə” azarkeş qrupu “Kəpəz”in oyunçularına “o şanlı formanın haqqını verin” dedi.
* 12-ci dəqiqədə hesabı göstərən tablo sönüb-yanmağa başladı.
* Hesab 0:2 olandan sonra “Xəmsə” “istefa” şüarını səsləndirməyə başladı.
* “Sektor 56” ilə “Şamaxı” arasındakı buzlar hələ əriməyib. Fanklub bu dəfə də stadiona gəlməmişdi.
ƏSƏD SEYİDOV