“Beerbaşa” “İdman Azərbaycan”ın çempionluğunu şübhə altına aldı
Natiq Əlixanov: “Kamil Məmmədov dediyi kəlməni “yeyirsə”, BFL olaraq o kəlməni geri qaytara bilmərik”
Bir müddət öncə “İdman Azərbaycan”ın Bakı Futbol Liqasının (BFL) qalibi olduğunu xəbər vermişdik. Əslində paytaxtda keçirilən, 10 komandanın yarışdığı və 3 dövrədən ibarət olan turnirdə həlledici görüş aprelin 15-də baş tutmalı, birinciliyin ilk günlərindən çempionluq uğrunda mübarizə aparan iki komanda – idman telekanalı ilə “Beerbaşa” üz-üzə gəlməliydi. Lakin qalibin adına daha öncə aydınlıq gəldiyindən və matç formal xarakter daşıdğından ikincilər oyuna çıxmağa ehtiyac duymamışdı. Belədə “İdman Azərbaycan” yarışın qalibi adını qazanmışdı. Qeyd edək ki, Azərbaycan çempionu mayın 7-dən 15-dək Moskvada keçiriləcək dünya çempionatında ölkəmizi təmsil edəcək. Səfər xərclərini isə BFL üzərinə götürüb.
Ancaq deyəsən, hər şey bu qədər sadə deyilmiş. Belə ki, “Beerbaşa” srağagün bəyanat yayaraq, BFL-dəki qayda pozuntuları ilə bağlı ittihamlar irəli sürüb: “Beerbaşa” həvəskarlardan ibarət futbol klubu həmişə səviyyəli yarışların bir hissəsi olub. Bu mənada BFL adlı turnirdə qeydiyyatdan keçərək, iştirak etməyə başladıq. Əvvəlcədən turnirin AFFA ilə razılaşdırıldığı barədə məlumat verilsə də, sonradan əksini gördük. Oyunların qeyri-peşəkar səviyyədə təşkili, birtərəfli qaydada vaxtının dəyişdirilməsi, təşkilatçılara yaxın komandalarda sarı vərəqələrin ləğvi idman prinsiplərinə zidd olsa da, BFL yarışı özünə münasib qaydada təşkil etdi. "Beerbaşa" komandası bəyan edir ki, yarışda reqlament kobud şəkildə pozulub. Ona görə ədalətin bərpa olunmasını tələb edirik. Yarışın təşkilatçılarından yekun nəticələrə yenidən baxılmasını xahiş edirik. Nəticələrin yenidən yoxlanılması, səhvlərin etiraf olunması və "Beerbaşa"nın layiqli olaraq çempion elan olunması aradakı anlaşılmazlıqları həll edə bilər. "Beerbaşa" klubu olaraq qalib elan olunacağımız halda Moskvada keçiriləcək yarışa getməkdən imtina edirik. Amma reqlamentə uyğun qalib komandaya ayrılan pul mükafatının təqdim olunmasını tələb edirik. Ölkədə idmana, xüsusilə futbola olan yüksək səviyyədə diqqətə baxmayaraq, belə turnirlərin futbolumuz adına ləkə olmasını istəməzdik. "Beerbaşa” komandası ədalətin bərpa edilməsi, layiqli çempionun elan olunması üçün sona qədər mübarizə aparacaq. "Beerbaşa" təşkilatçıların reqlamenti kobud şəkildə pozan iştirakçıları cəzalandıracağına ümid edir. Biz, sadəcə, güclünün qalib elan olunmasını və ədalətin bərpa olunmasını istəyirik. Yalnız bu halda BFL gələcək yarışlarıyla bağlı yaranacaq şübhə və mübahisələri aradan götürə bilər".
Məsələylə bağlı BFL-in direktoru Natiq Əlixanovla danışdıq: “Orda “Beerabaşa”nın nümayəndəsi Kamil Məmmədovdu. Çempionatın gedişində “İdman Azərbaycan”ın heyətində Əli Abışovun “lipa” olması ilə bağlı söz-söhbət yaşandı. Yanvarın 7-də hər iki komandanın nümayəndələri bir araya gəldi. Dedim ki, “lipa”dısa, yazılı şəkildə müraciət edin, o hansı oyunlarda iştirak edibsə, xallarını silək. “Beerbaşa” tərəfi bildirdi ki, ayıbdı, yeri yoxdu. Razılıq əldə olundu ki, bundan sonra həmin oyunçu oynamayacaq, ancaq xallar da silinməyəcək. Sonradan Kamil Məmmədovla danışanda dedim ki, sona bir-iki tur qalmış bu xalları silə bilməyəcəm. Çünki “İdman Azərbaycan” axıra kimi çempionluğa oynayacaq. O da bildirdi ki, daha o oyunçuya görə söhbəti qaldırmayacaq. Ancaq yarışın sonuna 4-5 gün qalmış, artıq “İdman Azərbaycan”, demək olar, çempion olmuşdu, “Beerbaşa” komandası deyir ki, Əli Abışova görə etiraz edirik, xallar silinsin. Deyirəm, axı, yanvarda bu məsələni danışdıq, indi aprelin 13-14-dü, o xalları necə silək? Komanda o qədər əziyyət çəkib, gəlib oynayıb. Xalı silən idinsə, vaxtında silərdin. Məsələ budu. Deyir ki, mən elə söz deməmişəm. Orda söyüşlər də oldu ki, demişəm, indi geri qaytarıram. Üstümə adam da göndərdilər. Oturduq, rəhbərlik səviyyəsində məsələni həll etdik. Onların rəhbərliyi də bildirdi ki, bu söhbət bağlanıb, daha bu məsələyə qayıtmayacağıq. Kamil Məmmədov nə edir, özü bilər. Bu adam dediyi kəlməni “yeyirsə”, BFL olaraq o kəlməni geri qaytara bilmərik. Reqlamentə görə etiraz edə bilərdi. Ancaq indi görür ki, çata bilmir, “lipa” axtarır. Deyir ki, protokolda adı var idi, sonra ağardıcı ilə pozublar. Mənasız söhbətlərdi”.
FARİZ

Son xəbərlər

Tahir Gözəl Budapeştdə

“Futbolçularımız oyunun əhəmiyyətinin fərqindədilər” - “Ferensvaroş”un prezidenti

"Qalatasaray"dan iki transfer

Millimizin rəqibləri müəyyənləşdi

"Roma"dan "Sampdoriya"ya

"Çelsi" müdafiəçisini "Monako"ya göndərir

Torreyra "Qalatasaray" yolunda

"Borussiya"da yeni forvard

"Napoli"nin hədəfindəki qapıçı

"İnter" hücumçusu ilə yollarını ayırdı

"Sona qədər layiqli mübarizə aparmağa çalışacağıq" - Qurban Qurbanov

U-23 məğlubiyyətlə başladı - KONYA-2021

"Qəbələ"dən səfər qələbəsi - VİDEO

"Nəticəni baş məşqçinin rəqibdən qorxması təyin etdi" - AÇIQLAMA

"Penalti futbolçulara psixoloji olaraq təsir etdi" - Ayxan Abbasov

İlk qızıl Skidandan gəldi - KONYA-2021

"Hər bir komanda burada oynamaqdan zövq alacaq" - Elmar Baxşıyev

"Qəbələ" qələbə ilə başladı - YENİLƏNİB

İsko yeni klubu ilə müqavilə imzaladı

"Neftçi"dən növbəti transfer

"Arsenal" PSV-nin hücumçusunu transfer edə bilər

"Ferentsvaroş"un heyətində itki

Prezident Dünya Oyunlarında nəticə göstərmiş idmançıları mükafatlandırdı

"Qarabağ"a qarşı tamamilə yeni matça çıxacağıq" - Çerçesov

Ukraynanın rəmzi komandasında Azərbaycanda işləmiş 2 nəfər yer aldı

"Neftçi" ilə matçda daha yaxşı işlər görəcəyik" - "Rapid"in futbolçusu

"Azərbaycan millisində oynamaq ehtimalım var idi" - Cəmaləddin Xocaniyazov

"Daha çox qol vura bilərdik" - Holann

Xavi bu futbolçulara güvənmir

PSJ "Napoli"nin yarımmüdafiəçisini transfer edir

"Qəbələ"nin 4 futbolçusu məşqlərdə iştirak etmir

"Borussiya" yeni hücumçu transfer etdi

Azərbaycan premyer-liqasında 13000-ci qol

Yığma komandamız Avropa birinciliyində iştirak edəcək

"Barselona" kuboku darmadağınla qazandı

"İstəyirik ki, hər şey 90 dəqiqədə həll olunsun" - Qurban Qurbanov

Emin Mahmudov "Neftçi"də yubiley matçına çıxdı

"Səbail"dən anti-rekord

Musa Qurbanlı "Qarabağ"ın ən yaxşıları siyahısında

"Qarabağ" Macarıstana yola düşdü

Çempionatın ilk turu Regekampf üçün əlamətdar oldu

Fərid Qayıbov milli üzvləri ilə görüşdü

"Neftçi"yə qarşı ilk oyun çox çətin alındı" - "Rapid"in futbolçusu

Yığmalarımız Şahmat Olimpiadasında Ermənistanla qarşılaşacaq

Kapitan "Ferentsvaroş"la cavab oyununu da buraxacaq

Bütün xəbərlər