Sizin reklam burada

Yığma uduzdu, Azər Məmmədov təcrübəsizliyi qabartdı

Поделиться:
Title
Yığma uduzdu, Azər Məmmədov təcrübəsizliyi qabartdı
Türkiyənin Antalya şəhərində təşkil olunan beynəlxalq turnirdə iştirak edən 2003 təvəllüdlü futbolçulardan ibarət yığmamız növbəti oyununu keçirib. Azər Məmmədovun rəhbərlik etdiyi komanda gürcüstanlı həmyaşıdları ilə qarşılaşıb. Oyun rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Millinin heyətində yeganə qola Bəhruz Tanrıverdiyev imza atıb. Qeyd edək ki, yığmamız ilk oyununu Türkiyənin 2004 təvəllüdlülərdən ibarət komandasına qarşı keçirmiş və heç-heçə etmişdi (1:1). Sabah isə Məmmədovun yetirmələri qardaş ölkənin 2003 təvəllüdlü futbolçulardan ibarət yığması ilə qarşılaşacaq.
Azər Məmmədov ilk iki oyunla bağlı bunları deyib: “Türklərlə oynadığımız ilk matç qarşılıqlı hücumlar şəraitində keçdi. Rəqibin heyəti bir yaş kiçik futbolçulardan qurulsa da, fiziki göstəricilərinə görə geri qalmırdılar. Beynəlxalq oyun təcrübəsi və birgə oyun vərdişi baxımından, demək olar, komanda uzun müddətdi yığılıb. Bizdə isə, bildiyiniz kimi, heyət yeni qurulub, beynəlxalq oyun təcrübəsi yoxdu. Buna baxmayaraq, uşaqlar yaxşı oynadı. Gələcəkdə yaxşı milli formalaşdırmaq üçün ümid verdilər. Təbii, çatışmazlıqlar var və onların üzərində işləmək üçün vaxtımız olacaq. Əsasən futbolçuların bir-birlərinə uyğunlaşmasında, xətlərarası əlaqədə problemlərin olduğu görünürdü. Bunun fonunda uşaqların ilk beynəlxalq oyunda qorxmaması, cəsarətli oynaması məni sevindirdi. Komanda ürəklə hücuma çıxırdı. Qol imkanlarımız oldu, qələbə qazana da bilərdik. Gürcülərlə matçda da beynəlxalq oyun təcrübəsinin azlığına baxmayaraq, uşaqlar özlərini yaxşı tərəfdən göstərmək üçün çalışdılar. Ancaq oyun bir daha göstərdi ki, çox işləməliyik. Aradan qaldırılması vacib çox nöqsanlar var. Gürcüstan əsasən müdafiədən oynasa da, oyun intizamı yüksək səviyyədə idi. Biz də bu baxımdan geri qalmırdıq, amma uşaqlarla işləmək üçün vaxta ehtiyac var. Millidə oynamağın necə məsuliyyətli və şərəfli olduğunu, harda olduqlarını tam dərk etməlidilər. Dediyim kimi, işimiz çoxdu, çalışmalıyıq”.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.