Sizin reklam burada

“Şüvəlan” autsayderin qonağıdı

Baxış Sayı:1 193

“Şüvəlan” autsayderin qonağıdı
“CBC Sport” liderlərin oyununu canlı yayınlayacaq
Birinci divizionda 25-ci turun oyunları bu gün və sabah keçiriləcək. Turun açılış günündə iki matç baş tutacaq ki, “Sabah” “Ağsu”nu, “Zaqatala” isə “Şüvəlan”ı qonaq edəcək. Arif Əsədovun komandası autsayderlərdən olan bölgə təmsilçisini məğlub edəcəyi halda, azı birgünlüyə 5-ci yerə yüksələcək. “Şüvəlan” isə çempionluq mübarizəsini davam etdirmək üçün qələbəyə möhtacdı. Sabah ilk iki pillədə qərarlaşan “Qaradağ Lökbatan”la “Xəzər” üz-üzə gələcək ki, Aqil Nəbiyevin komandasını əsas rəqiblərinin istənilən xal itkisi qane edəcək.
Onu da əlavə edək ki, sabah baş tutacaq zirvə savaşını “CBC Sport” telekanalı canlı yayınlayacaq.
Birinci divizion
3-cü dövrə, 25-ci tur
26 aprel
Sabah – Ağsu
Hakimlər: VÜQAR HƏSƏNLİ, Nahid Əliyev, Habil Əliyev, Ramiz Məhərrəmov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Sabir Mütəllimov.
Binə. Qəsəbə stadionu. Saat 16.00
Zaqatala - Şüvəlan
Hakimlər: RƏŞAD ƏHMƏDOV, İsgəndər Əliyev, Tural Bayramov, Namiq Bəkirov.
Hakim-inspektor: Ramiz Əsədov.
AFFA nümayəndəsi: Qurban Məmmədov.
Zaqatala. Şəhər stadionu. Saat 16.00
1. Qaradağ Lökbatan 24 13 7 4 42-25 46
2. Xəzər 24 13 5 6 34-13 44
3. Şüvəlan 24 12 5 7 26-17 41
4. MOİK 24 11 4 9 35-30 37
5. Binə 24 10 5 9 29-28 35
6. Sabah 24 9 6 9 33-32 33
7. Turan Tovuz 24 9 5 10 30-32 32
8. Mil-Muğan 24 7 6 11 30-42 27
9. Ağsu 24 6 4 14 21-42 22
10. Zaqatala 24 4 5 15 19-37 17
Bombardirlər: Bəhruz Teymurov (MOİK) - 12, Tural Qürbətov (Xəzər), Sabir Allahquliyev (Qaradağ Lökbatan) – 10.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR