Dünən sabiq hakim, hazırda çempionat oyunlarına hakim-inspektor kimi təyinat alan Akif Əliyev 60 yaşını qeyd edib. Bu münasibətlə Hakim-inspektorlar Komitəsinin sədri Əli Hüseynov, beynəlxalq dərəcəli hakim, Veteranlar İttifaqının vitse-prezidenti Rüstəm Rəhimov yubilyarı təbrik edib, ona xatirə hədiyyəsi veriblər. Şimal Regional Futbol Federasiyası (ŞRFF) da qubalı futbol funksionerini unutmayıb. Belə ki, əvəzedici komandalar arasında keçirilən “Sumqayıt” – “Kəpəz” görüşündən əvvəl ŞRFF-nin prezidenti Abdulla Məmmədov və “Sumqayıt” Futbol Akademiyasının əlaqələndiricisi Sabir Əliyev Akif bəyi 60 illiyi münasibətilə təbrik edib, ona üzərində “Sumqayıt”ın futbolçularının imzası olan top və başqa hədiyyə təqdim olunub.
RƏŞAD