Şamaxı - Sumqayıt 1:0 (1:0)
1. Rikardo Fernandes - 5,5
4. Adil Nağıyev (k) - 5,0
8. İlkin Muradov - 5,0
17. Rafael Məhərrəmli - 5,0
(22. Qurban Səfərov, 70) - 4,5
82. Rüfət Abbasov 5,5
32. Vasiliye Radenoviç - 5,0
20. Leroy Mikels -5,5
(5. Arsen Ağcabəyov, 89) - qiymətsiz
93. Brahim Konate - 5,5
7. Georgi Kantariya - 6,0
(10. Emin Zamanov, 60) - 4,5
9. Belajdi Pusi - 5,5
(11. Conatan Benteke, 70) - 4,5
66. Vasiliye Bakiç - 5,0
Ehtiyat oyunçular
85. Kamal Bayramov
62. Abdulla Seydəhmədov
60. Səbayıl Bağırov
80. Zahid Mərdanov
13. Ramin Əhmədov
97. Elşad Tağıyev
6. Rauf Rüstəmli
19. Fəxri Məmmədli
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Georgi Kantariya
1. Mehdi Cənnətov - 5,0
6. Vüqar Mustafayev (k) - 5,0
(30. Kamran Quliyev, 78) - qiymətsiz
14. Elvin Bədəlov - 5,0
10. Rəhim Sadıxov - 5,0
(18. Kristian Velinovski, 89) - qiymətsiz
7. Rövlan Muradov - 5,0
17. Murad Xaçayev - 5,0
8. Səbuhi Abdullazadə 5,0
21. Nihat Əhmədzadə - 4,5
(9. Nikola Vuynoviç, 65) - 4,0
19. Roy Kehat - 5,0
99. Silvanus Nimeli - 5,5
5. Alan Dias - 4,5
23. Cordan Rezabala, 46) - 5,0
Ehtiyat oyunçular
36. Xəyal Fərzullayev
56. Aftandil Arixov
2. Sertan Taşkın
24. Sənan Muradlı
11. Fernando Medeyros
60. Tresor Mossi
Baş məşqçi: Samir Abasov
Komandanın ən yaxşısı: Silvanus Nimeli
Qol: G.Kantariya, 2 (B.Konate).
Vərəqələr: V.Bakiç, 22 (qeyri-idman hərəkəti). L.Mikels, 39 (hakimin qərarına etiraz). B.Pusi, 39 (qeyri-idman hərəkəti). S.Nimeli, 54 (qeyri-idman hərəkəti). E.Zamanov, 63 (oyunun bərpasının ləngidilməsi) - sarı.
Hakimlər: RƏŞAD ƏHMƏDOV (Mingəçevir), Vüsal Məmmədov, Zöhrab Abbasov, Əli Əliyev (hamısı Bakı).
VAR hakimi: Rauf Cabbarov (Bakı).
VAR hakiminin köməkçisi: Eyyub İbrahimov (Bakı).
Hakim-inspektor: Zöhrab Qədiyev (Bakı).
AFFA nümayəndəsi: Azər Əsgərov (Bakı).
14 sentyabr. Şamaxı. Şəhər stadionu. 1400 tamaşaçı (2200 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
Son iki oyunda uduzan “Sumqayıt”ın Şamaxı səfərində necə təsir bağışlayacağı maraqla gözlənilirdi. “Şilər” isə son iki oyunda uduzmamışdı.
Meydan sahibləri ilk dəqiqədə qələbə siqnalları verdi. “Şirlər”in ciddi təzyiqi ilə müşayiət olunan üstün oyunu “Sumqayıt”a çətin anlar yaşatdı. 2-ci dəqiqədə Pusi iki rəqibdən ayırılıb qapı qarşısına ötürmə verdi və Kantariya qüvvətli zərbə ilə topu tora qovuşdurdu - 1:0. “Şamaxı” üçün növbəti şans 5-ci dəqiqədə yarandı. Rüfət Abbasov Bakiçin uzun ötürməsini qəbul edib, cərimə meydançasına doğru ötürmə verdi. Konate mövqe baxımından düzgün seçim etsə də, baş zərbəsindən sonra top tirə tuş gəldi. Əlbəttə, burda Cənnətovun topa inamsız çıxışı və biganəliyi də sual doğurmaya bilməz.
Hücumların intensivliyini artıran “Şamaxı” 6-cı dəqiqədə fərqi artırmağa yaxın oldu. İlkin Muradov təxminən 30-35 metrdən qapıya “raket” göndərsə də, top azca aralı keçdi. İlk 10 dəqiqə tamamlanandan sonra, nəhayət, qonaqların ifasında ilk təhlükəli vəziyyətin şahidi olduq. Rövlan Muradov Rüfət Abbasovdan aldığı topla bir qədər irəliləyib Rəhim Sadıxova ötürdü. Onun tələsik vurduğu zərbə qapıdan aralı keçdi. 31-ci dəqiqədə Kantariya mərkəzdə sona qədər mübarizə aparıb, topu almağı bacardı. Xeyli irəliləyib zərbə endirsə də, top “çərçivə”yə düşmədi. Cəmi 3 dəqiqə sonra “şirlər” yenidən fərqi artırmağa yaxın oldu. Leroy Mikels ustalıqla üç rəqibdən sıyrılıb Pusiyə ötürmə verdi. Albaniyalı hücumçu topu yenidən Leroya qaytardı. Mikelsin uzaq məsafədən zərbəsi yetərincə təhlükəli alındı. Samir Abasovun yetirmələri təzyiqi bir qədər də artırdı. Nimeli cərimə meydançası daxilində bir rəqibdən sıyrılıb zərbə endirsə də, azacıq dəqiqlik çatmadı. İkinci hissədə üstünlük əsasən meydan sahiblərində olsa da, qonaqların qapısına yol tapmaqda çətinlik çəkirdilər. “Şirlər” meydanın rəqibə aid hissəsində pressinq edərək “kimyaçılar”ı səhvə məcbur etməyə çalışırdı. 62-ci dəqiqədə Mikels qüvvətli zərbə vursa da, qolkiper Mehdi Cənnətov bu dəfə də topu dəf etməyi bacardı. Qonaqların 2-ci hissədəki ən təhlükəli hücumunu 74-cü dəqiqədə izlədik. Nimeli rəqibin cərimə meydançası daxilində dabanı ilə topu Rezabalaya ötürdü. Cordanın qapı qarşısına ötürməsini Vuynoviç incə toxunuşla tamamlamaq istəsə də, qapıçı topun tora qovuşmasına mane ola bildi. Beləliklə, “Şamaxı” yeni mövsümdə ikinci qələbəsini qazandı, “Sumqayıt”ın isə artıq dörd məğlubiyyəti var.
Gözdən qaçmadı
* Oyunu izləyənlər arasında yığmanın baş məşqçisi Fernando Santuş da var idi.
* “Sektor 56” ilə klub arasındakı buzlar hələ əriməyib. Fanklub stadiona gəlməmişdi.
* “Kimyaçılar”ın üzvlərindən biri oyundan sonra “Sumqayıt”ın futbolçularına müraciətlə “formanı çıxarın, rədd olun burden” dedi. Buna cavab olaraq “Sumqayıt”ın əməkdaşlarından biri həmin azarkeşi təhqir etdi.
ƏSƏD SEYİDOV
“Sumqayıt” ardıcıl üçüncü oyunda uduzdu - REPORTAJ
Premyer-liqa / Reportaj





