“Qarabağ” Avropada tək deyil
BATE ardıcıl 12 ildi taxtdan düşmür
Premyer-liqanın 24-cü turunda səfərdə “Sumqayıt”ı minimal hesabla yenən “Qarabağ” ardıcıl 5-ci çempionluğunu rəsmiləşdirdi. Ağdamlıların son 5 ilə damğa vurması, hakimiyyət taxtını heç bir kluba güzəşt etməməsi futbol ictimaiyyətini iki hissəyə bölüb. Bəzilərinin fikrincə, çempionatda rəqabətin olmaması, ötən illərlə müqayisədə premyer-liqanın səviyyəsinin aşağı düşməsi ağdamlılara asanlıqla məqsədə çatmağa imkan verir. Ancaq bu fikirlə razılaşmayan, “Qarabağ”ın ardıcıl çempionluqlarının qanunauyğun olduğunu düşünənlər Avropanın aparıcı futbol ölkələrində də bir klubun ardıcıl bir neçə il çempionluq sevinci yaşadığını söyləyir. Bu polemika ətrafında dəqiq məlumat əldə etmək üçün son 10 ildə UEFA-ya daxil olan ölkələrin çempionatlarının statistikasına nəzərə salıb, ümumi mənzərəni müəyyənləşdirməyə çalışdıq.Bu məqsədlə öncə keçmiş SSRİ respublikalarına diqqət yetirdik.
Keçmiş SSRİ respublikaları
Rusiyada “Qarabağ”ın qəhrəmanlığını təkrarlayan klub yoxdu. Kurban Berdıyevin rəhbərlik etdiyi “Rubin” 2008 və 2009-cu illərdə çempion olmağı bacarıbsa, sonrakı mövsümdə uğurun davamını gətirə bilməyib. Ondan sonra estafet “Zenit”ə keçib. Ancaq Sankt-Peterburq təmsilçisinin də 5 il ardıcıl “qızıl” qazanmağa gücü çatmayıb. Şimal qonşularımızın mədəniyyət mərkəzi sayılan şəhərin komandası 2010, 2012 və 2015-də azarkeşlərini sevindirib. Gürcüstanda Tiflis “Dinamo”su 2008-dən bu yana 4 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxsa da, sabitlik pozulub. Gürcüstanın fəxri 2008, 2013, 2014 və 2015-ci ildə ölkəsini Çempionlar Liqasında təmsil etməyə nail olub. Ermənistan çempionatında da eyni vəziyyətdi. Düşmən ölkədə son dekadada “Pünik” hamıdan çox – 4 dəfə çempion adını qazansa da, bunları müxtəlif illərdə bacarıb. “Birlik kuboku”nda “Neftçi”nin qorxusundan turniri gecə ilə tərk edən komanda 3 il ardıcıl (2008, 2009, 2010) “qızıl” medallara sahib çıxıb. Onların sonuncu çempionluğu isə 2015-ci ilə təsadüf edib. Qalan 6 ildə ilk pillənin sahibləri fərqli klublar olub. Xəzərin o tayında, daha dəqiq desək, Qazaxıstanda azarkeşlər 4 il ardıcıl “Astana”nın şahlığına şahidlik ediblər. Paytaxtın eyniadlı komandası 2014, 2015, 2016 və 2017-də mövsümün sonunda hamıya yuxarıdan aşağı baxıb. Adını çəkdiyimiz ölkədə çempionatın “yaz-payız” sistemi ilə keçirildiyini nəzərə alsaq, “Astana”nın “Qarabağ”ın uğurunu təkrarlayacağını gözləmək olar. Onu da qeyd edək ki, söylənilənlərə inansaq, maydan sonra son 4 ilin çempionuna hazırda “Qəbələ”nin baş məşqçisi olan Roman Qriqorçuk rəhbərlik edəcək. Ukraynada çempionluq uğrunda mübarizənin iki komanda - Donetsk “Şaxtyor”u və Kiyev “Dinamo”su arasında getdiyi hamıya məlumdu. Donetsk klubu 2010-dan 2015-ə qədər çempion adına sahib çıxıb. Keçmiş SSRİ respublikaları arasında bu yöndə rekord Belarusun dəyişməz çempionu BATE-yə məxsusdu. 145 min əhalisi olan Borisov şəhərinin komandası son 10 ildə çempion adını heç bir kluba güzəşt etməyib. Ümumilikdə isə borisovlular Belarusda ardıcıl 12 dəfə qızıl medallara sahib çıxıblar.
Baltikyanı ölkələrdə çempion tez-tez dəyişir. Latviya bu yöndə xüsusilə fərqlənir. Adını çəkdiyimiz respublikada 3 il ardıcıl “qızıl” qazanan komanda yoxdu. Litvada “Ekranes” 2012, 2014, 2015 və 2016-da mövsümü ilk pillədə başa vursa da, “Qarabağ” kimi ardıcıl çempion ola bilməyib. Estoniyada “Levadiya” 2010-18 aralığında 4 dəfə çempionluğu bayram edib. Ancaq bu komanda 2008 və 2009-cu illərdən sonra kölgəyə çəkilib və bir də 2013, 2014-də qalib adına sahib çıxıb. Statistikadan da göründüyü kimi keçmiş SSRİ respublikaları arasında ardıcıl çempionluq baxımından BATE-yə yaxın düşən yoxdu. “Şaxtyor” və “Qarabağ” isə qeyd etyimiz göstəriciyə görə ikincidi.
“Böyük beşlik”də “Bavariya” və “Yuventus”
Nəinki Avropanın, dünyanın ən baxımlı çempionatına malik İngiltərədə son 10 ildə 4 komanda çempion adına sahib çıxıb. “Mançestr Yunayted” 2008, 2009, 2011, 2013, “Çelsi” 2010, 2015, 2017, “Mançestr Siti” 2012, 2014, 2018-də qızıl medallara yiyələnsə də, 2016-cı ildə heç kimin gözləmədiyi halda “Lester” mövsümü ilk pillədə başa vurmağı bacarıb. İtaliyada 2012-ci ildən bu yana “Yuventus” rüzgarı əsir. Turinlilər 6 mövsüm ardıcıl çempion adına sahib çıxıblar. Almaniyada da eyni mənzərədi. “Bavariya” 2017/18 “futbol ili” də daxil olmaqla, artıq ardıcıl 5-ci gümüş camını qazanıb. Ərəb şeyxlərinin himayəsinə keçəndən sonra Fransa çempionatında PSJ “at oynadır”. Buna baxmayaraq, Paris klubu “Qarabağ” kimi ardıcıl 5 il taxtda otura bilməyib. 2013, 2014, 2015, 2016-cı illərdə ardıcıl çempion olmağı bacaran paytaxt təmsilçisi 2017-də “Monako”dan geri qalaraq mövsümü ikinci pillədə başa vurub. Birillik fasilədən sonra PSJ bu il yenidən “qızıl”a sahib çıxıb. Dünyanın ən güclü iki futbolçusunun top qovduğu çempionatda son 10 ildə “qızıl”ın 3 adaxlısı olub. Ancaq nə “Barselona”, nə “Real”, nə də “Atletiko” taxtda uzun müddət oturmağı bacarıb. 6 dəfə katalonlar, 3 dəfə “Kral klubu”, bir dəfə isə “hindular” müxtəlif illərdə azarkeşlərini sevindirib.
Uzun müddət hakimiyyətdə qalan “7-lik”
Albaniyada 2011-ci ildən 2016-ya qədər “Şkenderbü” çempion olub. Avstriyada “Zaltsburq” son 4 mövsümdə “qızl” qazanıb və 2017/18 mövsümündə də ilk pilləni tutmağa çox yaxındı. Hazırda ən yaxın izləyicisini 11 xal qabaqlayır. Bolqarıstanda son 6 ilin dəyişməz çempionu isə “Ludoqorets”di. Cari mövsümdə isə bu komanda uğursuz çıxışı ilə diqqəti çəkir. Xorvatiyada Zaqreb “Dinamo”sunun diktaturası yaşanır. Paytaxt təmsilçisi 2006-dan 2016-ya qədər ardıcıl olaraq, ilk pilləni “özəlləşdirməklə” yadda qalıb. Cənubi Kipr çempionatında APOEL “Qarabağ” kimi son 5 ildə taxtda oturub. Nikosiya təmsilçisi ardıcıl 6-cı çempionluğunu da bayram etməyə çox yaxındı. Yunanıstanda isə “Olimpiakos” azarkeşləri komandalarının son 10 ildə ardıcıl 7 çempionluğu ilə fəxr edirlər. Son 6 ildə azarkeşlərini sevindirən klublardan biri də “Seltik”di. Əzəli rəqibi “Reyncers”in zəifləməsi fonunda “yaşıllar” 2012-ci ildən bu yana çempion adını heç kimə vermirlər. İsveçrədə artıq 8 ildi “Bazel” hamıya yuxarıdan aşağı baxır. 2010-cu ildə taxta çıxan komanda hələ də hakimiyyətdən getmək istəmir.
Nəticə
Statistikadan da görünür ki, “köhnə qitə”də “Qarabağ” kimi ardıcıl 5 dəfə və ya daha çox çempion olan yetərincə komanda var. Onların arasında Avropa futbolunda xüsusi iz qoymuş klublar da az deyil. Yəqin ki, heç kim Almaniya, İtaliya, Yunanıstan, Şotlandiya və İsveçrə çempionatlarının səviyyəsinin bizdən üstün olduğuna şübhə ilə yanaşmaz. Buna baxmayaraq, həmin ölkələrdə də azarkeşlər artıq neçə ildi bir aktyorun ifasında tamaşa izləməkdə davam edirlər. Odu ki, “Qarabağ”ın ardıcıl çempionluqlarına ağız büzüb, “Azərbaycan çempionatı maraqsızdı” deyib, yanlış düşüncələrə qapılmayın.
RƏŞAD

Son xəbərlər

Braziliyalı müdafiəçi Azərbaycan premyer-liqasında çıxış edə bilər - İDDİA

"Xarakter göstərdik"

Muravski: "Bizim üçün vacib olan kritik anda ayağa qalxmaq və hücum etmək idi"

"Neftçi" Boluda ilk matçına çıxır - YENİLƏNİR

"Qarabağ"ın məğlub olduğu oyun - VİDEO

Elmar Baxşıyev: "Qəbələ" təkcə Ruan və İsniklə qurulmayıb"

"Qələbə bizimdisə, deməli daha yaxşı olmuşuq" - "Lex"in baş məşqçisi

"Təbii ki, 90 dəqiqəni eyni tempdə keçirmək mümkün deyil" - Qurban Qurbanov

"Qarabağ" məğlub oldu - YENİLƏNİB

“Everton” ona görə pul ödəmədi

İngiltərə klubunda rekord transfer

Salah “Liverpul”un yeni rekordçusudu

Şamil Quliyev: “Ora yeni asfalt da çəkildi, işıq sistemi də yeniləndi” - AÇIQLAMA

Zidan Türkiyədə saç əkdirib?

Rauf Əliyev “Şamaxı”da oynayacaq

“Real” oyunçusunu İtaliyaya təmənnasız göndərəcək

Popoviç “Sumqayıt”a nə verdi? - KÖŞƏ

Qartallar PSJ-nin nəyinə lazımdı?

Rüstəm Əfsərli: "Hər üç klubumuzun oyunlarının yayınlanması ilə bağlı işlər görürük" - AÇIQLAMA

İngiltərə çempionundan daha bir transfer

"Qəbələ" superliqa klubu ilə bacarmadı

Polşa mətbuatı “Lex”in heyətini açıqladı

Daha bir kanal Çempionlar Liqasının matçlarını yayınlayacaq

Nərgiz Qurbanova “Lex” – “Qarabağ” matçını izləyəcək? - AÇIQLAMA

Blatter: “İnfantino yalnız məni deyil, həm də mənim FİFA üçün gördüyüm işləri məhv etmək istəyir”

Fərid Nəbiyev "Kəpəz"lə müqavilə bağlayıb? - Meneceri açıqladı

“Barselona” oyunçusuna 1 milyard avro qiymət qoydu

Ramiz Məmmədov “Qarabağ”la bağlı narahatdı - AÇIQLAMA

Yunis Hüseynov: “Qorxmaq lazım deyil"

"Qəbələ" israilli futbolçunu transfer etdi

"Qarabağ" onu "Zirə"yə verdi

Rizvan Fərzəliyevin “Araz-Naxçıvan”da qalmasına mane olan səbəblər - AÇIQLAMA

Poçettino istefaya göndərildi

"Səbail"in rəqibləri müəyyənləşdi

İcra başçısı “Kəpəz”in rəhbərliyi ilə görüşdü - FOTOLAR

Millinin qapıçısı karyerasını bu klubda davam etdirəcək – AÇIQLAMA

Stolüstü tennisçilər Avropa çempionatına yollandılar

Zeynal Zeynalov kimdən narazı qalıb? – AÇIQLAMA

İki futbolçu "Lex"i tərk edir

"Qəbələ" ilk yoxlama oyununu bu gün keçirəcək

“Qarabağ” Poznanda dəstəksiz qalmayacaq

AFFA Gəncə üçün tender elan etdi

“Qarabağ”ın futbolçusuna görə FİFA-dan vaxt istədilər - AÇIQLAMA

İki futbolçu “Barselona”ya qoşuldu

“Sumqayıt” onu geri göndərdi

Bütün xəbərlər