Sizin reklam burada

Turun oyunçusu

Title
Turun oyunçusu
Ruslan Abışov (Neftçi)
“Neftçi”nin kubokda “Qəbələ”yə uduzduğu qarşılaşmada Abışov kobud səhvlərə yol vermişdi. Ancaq “qırmızı-qaralar”a qarşı çempionat matçında meydanda tam fərqli Ruslan gördük. O, oyunun əvvəlində cərimə zərbəsindən baxımlı qol vurmaqla komandasına qələbə qazandırdı. Nəzərə alaq ki, görüşün son 30 dəqiqəsində “Neftçi” azlıqda qaldı. Lakin Abışovun başçılıq etdiyi müdafiə xətti “Qəbələ”nin ardıcıl həmlələrinə tab gətirdi, qapıya zərbələri minimum həddə endirdilər, rəqibin irəli xətt oyunçularına fərqlənmək imkanı vermədilər. Bir sözlə, turun mərkəzi qarşılaşmasnın ən yaxşısı olan, matçın taleyini həll edən qoldan başqa, həlledici müdaxilələri ilə diqqəti çəkən Abışov həm də turun oyunçusu olmağı haqq etdi.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.