Dünən əvəzedici komandaların çempionatında 24-cü tura yekun vuruldu. Tur lider dəyişikliyi ilə yadda qaldı. Mövsümün əvvəlindən zirvəni ələ keçirən və qış fasiləsinə qədər inamla turnir cədvəlinə başçılıq edən, Emin İmaməliyevin gəlişindən sonra isə üstünlüyünü tədricən əldən verən “Qəbələ”, nəhayət, taxtdan endi. “Qırmızı-qaralar” “Neftçi”yə penaltidən buraxdığı 1 qolla məğlub oldu ki, “Səbail” bu şansdan yararlanmağı bacardı. Debütant “Kəpəz”i minimal hesabla məğlub edərək, liderliyi ələ keçirdi. Düzdü, hər iki komandanın hesabında 45 xal var, yəni hazırda ikihakimiyyətlik yaranıb. Ancaq ilk dövrədə “Qəbələ”yə uduzan, ikinci dövrədə heç-heçə edən, son iki dueldə isə qələbə qazanan Elman Sultanovun rəhbərlik etdiyi “Səbail” şəxsi görüşlərin nəticəsinə əsasən zirvədədi.
Dünən həmçinin “Sumqayıt” “Qarabağ” üzərində inamlı qələbə qazanmaqla təəccübləndirdi. İkinci qolun müəllifi Ülvi İsgəndərovun bombardirlərin yarışında mövqeyini möhkəmləndirdiyini də əlavə edək.
Əvəzedicilərin çempionatı
4-cü dövrə, 24-cü tur
23 aprel
Səbail – Kəpəz 1:0
Urfan İsmayılov, 13.
Neftçi – Qəbələ 1:0
Qədir Bayramlı, 57-p.
Sumqayıt – Qarabağ 2:0
Elvin Nəsirov, 44. Ülvi İsgəndərov, 90.
Qeyd edək ki, turun açılış oyunu aprelin 22-də keçirilib: Keşlə - Zirə 1:1 (Murad Qayalı, 90+4 – Tapdıq Əhmədov, 59).
1. Səbail 24 14 3 7 40-30 45
2. Qəbələ 24 14 3 7 62-26 45
3. Zirə 24 10 6 8 30-30 36
4. Qarabağ 24 10 5 9 32-35 35
5. Keşlə 24 7 13 4 33-29 34
6. Sumqayıt 24 8 5 11 27-43 29
7. Neftçi 24 6 6 12 17-29 24
8. Kəpəz 24 2 9 13 12-33 15
Bombardir: Ülvi İsgəndərov (Sumqayıt) - 16.