Sizin reklam burada

“Sülh”lə başladılar

Müəllif: football Tarix: 26-04-2018, 00:01 649 Baxış
“Sülh”lə başladılar
Türkiyənin Antalya şəhərində təşkil olunan beynəlxalq turnirdə iştirak edən 2003 təvəllüdlü futbolçulardan ibarət yığmamız ilk oyununu keçirib. Azər Məmmədovun rəhbərlik etdiyi komanda dünən qardaş ölkənin 2004 təvəllüdlü futbolçulardan ibarət yığması ilə qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb. Komandamızın qoluna Mehrac Baxşəliyev imza atıb. Sabah keçiriləcək növbəti qarşılaşmada bizimkilər Gürcüstandan olan həmyaşıdları ilə münasibətləri aydınlaşdıracaq.
Yığma Rusiya ilə qarşılaşacaq
17 yaşadək qızlardan ibarət yığma iki yoxlama oyunu keçirəcək. Siyasət Əsgərovun yetirmələri Rusiya U-16-sı ilə qarşılaşacaq. Aprelin 25-i və 28-nə planlaşdırılan qarşılaşmalar “Dalğa Arena”da baş tutacaq. İlk oyun saat 17.00-da, ikinci matç isə 12.00-da başlayacaq. Əsgərov bu futbolçulara dəvət göndərib: Zərin Şirinli (Amasya), Nərgiz Əliyeva, Nigar Mirzəliyeva, Coşqunə Əliyeva (hamısı “Baku City”), Ləman Əmirli (Əhmədli Yunayted), Ləman Niftəliyeva, Alina Nahmadova (hər ikisi “Fidan”), Aytac Feyzullayeva (“Gənclik”, Şəki), Ləman Mustafazadə (İmişli), Milana Rəhimova, Pərvin Səfərəliyeva (hər ikisi “Keşlə”), Çinarə Musalova (Naftalan), Yasmin Abdullayeva (Neftçi), Fidan Cəfərova, Nahidə Məmmədova (hər ikisi “Şəki”), İlahə Əkbərova, Züleyxa Zamanlı, Fatimə Əhmədli, Lamiyə Əlizadə, Rübabə Atakişizadə (hamısı “Təhsil”), Samirə Aşırova, Aysun Muradova (hər ikisi “Zaqatala”).
SON XƏBƏRLƏR