Məlum olduğu kimi, Klublar Komitəsi (KK) martın 15-də bir araya gəlmişdi. Həmin vaxt “Neftçi”nin prezidenti Kamran Quliyev quruma sədr seçildi. Bir aydan çox zaman keçsə də, hələ ki növbəti toplantıdan xəbər-ətər yoxdu.
Yadınızdadısa, komitənin dekabrda baş tutan iclasında ildə 4 dəfə yığışmaq fikri səsləndirilmişdi. Görəsən, həmin təklif qərar halına salınıb? Bununla bağlı KK-nın mətbuat katibi Zaur Hacı-Məhərrəmovla əlaqə saxlamaq qərarına gəldik: “Sizinlə razıyam ki, ildə 4 toplantı keçirməklə bağlı təklif olmuşdu. Ancaq klublarla söhbət etmişik. Müzakirə ediləsi mövzu olarsa, lap hər ay yığşa bilərik. Ola bilsin, mayın ortalarında bir araya gələk. Lakin hələ tam dəqiqləşməyib. Müzakirə olunası məsələlər də toplanmalıdı. Boş-boşuna yığışmağın mənası yoxdu. Onu deyim ki, 3-4 məsələ var. Klublar təklif verir. Kamran Quliyevlə də danışıb, bir qərara gələcəyik”.
FARİZ