Sizin reklam burada

Azər Məmmədovun komandası Türkiyəyə gedir

Müəllif: football Tarix: 23-04-2018, 20:01 760 Baxış
Azər Məmmədovun komandası Türkiyəyə gedir
2003 təvəllüdlü futbolçulardan ibarət yığma Antalyada keçiriləcək UEFA İnkişaf turnirində iştirak edəcək. Yarışda komandamızla yanaşı, Gürcüstan və Türkiyə də mübarizə aparacaq. Yunanıstan turnirdə iştirakdan imtina etdiyi üçün Türkiyənin 2004 təvəllüdlü futbolçulardan ibarət yığması 2-ci komanda kimi yarışa qatılacaq. Millimiz aprelin 23-də Türkiyənin 2-ci, 25-də Gürcüstan, 27-də Türkiyənin 1-ci komandası ilə qarşılaşacaq.
Aşağı yaş qruplarından ibarət milli komandalar üzrə Avropa çempionatlarının elit və final mərhələsi başa çatmadığı üçün UEFA-nın keçirdiyi yarışlarda 2003 təvəllüdlülərdən ibarət yığmalar U-15 hesab olunur. Azərbaycanda isə millilərin heyəti müəyyənləşdirilərkən növbəti seçmə mərhələ nəzərdə tutulduğundan bir yaş daha kiçik futbolçular cəlb olunur. Buna görə Antalyada keçiriləcək UEFA İnkişaf turnirində Azər Məmmədovun baş məşqçisi olduğu U-16 iştirak edəcək. Amma 2003 təvəllüdlü futbolçulardan ibarət yığma həmin yarışda U-15 adlanacaq. Turnir üçün yığmamıza 21 futbolçu çağırılıb: Rəşad Həsənov, Əbil Əbilov, Vaqif Həsənov (hamısı “Keşlə”), Ümid Səmədov, Həsən Seyfullayev (hər ikisi “Kəpəz”), Mirismayıl Rəhimov, Elnur Əliyev (hər ikisi “Qarabağ”), Kamal Kazımov, Mehrac Baxşəliyev, Ülvü Mədətov, Süleyman Damadayev , Vüsal Mirzəzadə (hamısı “Qəbələ”), Nihad Cəfərov (Neftçi), Ayxan Cabbarov (SAVEDALENS, İsveç), Vüsal Qənbərov (“Texnofootball”, İspaniya), Kamran Şabiyev, Fərrux Fərzəliyev, Bəhruz Tanırverdiyev, Vüsal Vəliyev (hamısı “Vətən”), Cəlal Hüseynov, Gülağa Əsədov (hər ikisi “Zirə”).
SON XƏBƏRLƏR