Zirə - Qarabağ (Ağdam) 1:3 (1:2)
97. Tyaqo Silva - 5,5
32. Qismət Alıyev (k) - 4,5
(7. Məqsəd İsayev, 46) - 5,0
16. Fuad Bayramov - 5,0
14. Elçin Əlicanov - 5,0
(8. İsmayıl İbrahimli, 72) - 4,5
11. Rüstəm Əhmədzadə - 5,0
29. Ceyhun Nuriyev - 6,0
(23. Rafael Utziq, 62) - 5,0
5. Stefan Aka - 4,5
(3. Ange Mutsinzi, 30) - 5,0
4. Ruan Renato - 5,0
90. Davit Volkov - 5,0
15. Pyer Zebli - 5,0
28. Abbas İbrahim - 5,5
(6. Eldar Quliyev, 72) - 5,0
Ehtiyat oyunçular
41. Anar Nəzirov
13. Aydın Bayramov
99. Səlim Həşimov
10. Giorgi Papunaşvili
19. Salifu Suma
Baş məşqçi: Rəşad Sadıqov
Komandanın ən yaxşısı: Ceyhun Nuriyev
97. Fabian Buntiç - 5,5
55. Bədavi Hüseynov (k) - 5,5
30. Abbas Hüseynov - 5,5
24. Aleksey İsayev - 5,5
(66. Patrik Andrade, 84) - qiymətsiz
27. Toral Bayramov - 7,0
90. Nəriman Axundzadə - 5,0
(18. Olavio Juninyo, 65) - 5,0
7. Yassin Benzya - 6,5
(22. Musa Qurbanlı, 90) - qiymətsiz
2. Mateus Silva - 5,5
6. Julio Romao - 6,0
15. Leandro Andrade - 6,0
(10. Abdulla Zubir, 65)
11. Emmanuel Addai - 6,5
(44. Elvin Cəfərquliyev, 84) - qiymətsiz
Ehtiyat oyunçular
99. Mateuş Koxalski
12. Sadiq Məmmədzadə
20. Riçard Almeyda
29. Marko Veşoviç
81. Kevin Medina
17. Hamidu Keyta
19. Redon Cica
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Toral Bayramov
Qollar: T.Bayramov, 18 (0:1, Y.Benzya). E.Addai, 33 (0:2). C.Nuriyev, 40 (1:2, A.İbrahim). A.Zubir, 88 (1:3).
Vərəqə: R.Əhmədzadə, 88 (hakimin qərarına etiraz) - sarı.
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Namiq Hüseynov, Rahil Ramazanov, Əli Əliyev (hamısı Bakı).
VAR hakimi: Tural Qurbanov (Bakı).
VAR hakiminin köməkçisi: Teymur Teymurov (Bakı).
Hakim-inspektor: Ömər Paşayev (Bakı).
AFFA nümayəndəsi: Erkin Hüseynov (Bakı).
1 sentyabr. Zirə. İdman Kompleksinin stadionu. 1200 tamaşaçı (1200 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,5.
Avrokuboklarda qatıldıqları turnirdə mübarizəni dayandıran komandaların oyunu maraqla gözlənilirdi. Həmin uğursuz nəticələrin meydana necə yansıyacağı önəmli məqamlardan sayılırdısa, geniş heyət "Qarabağ"ın şansını artırırdı. Əslində "Zirə" ilk dəqiqələrdə göstərdiyi oyunu davam etdirsəydi, "doğma divarlar" arasında qələbə qazana bilərdi. Lakin bir qədər sonra özünü büruzə verən çatışmazlıqlar hadisələrin axarını dəyişdi. 10-cu dəqiqədə Qismət "köhlən atlar"ın cərimə meydançasının həndəvərində Emmanueli qabaqlayaraq topa yiyələndi. Kapitanın Zebliyə ötürdüyü top Volkova çatdı ki, sonuncunun başla qapıya zərbəsini Buntiç dəf etdi. 18-ci dəqiqədə təyin olunan künc zərbəsi isə "Qarabağ"ın hesabı açmasıyla nəticələndi. Benzya topu Alekseyə ötürməklə meydana daxil etdikdən sonra yenidən alaraq qapı önünə göndərdi. Toral dəqiq baş zərbəsi ilə topu tora qovuşdurdu. Ağdamlıların növbəti hücumu da təhlükəli oldu. Bu dəfə Silva cəld müdaxiləylə Emmanuelin cəhdini zərərsizləşdirdi. Beləcə Patrikin qonaqların yeni simasına verdiyi yararlı ötürmə boşa getdi. Bir qədər sonra Nəriman Addainin cərimə meydançası daxilinə ötürməsinə çata bilmədi ki, Silva irəli atılıb topu götürdü. "Köhlən atlar"ın ardıcıl hücumları 33-cü dəqiqədə bəhrə verdi. Silva Toralın uzaqdan zərbəsini dəf etsə də, qayıdan top Emmanuelin bəxtini sınamasıyla "çərçivə"dən keçdi. Ardından təzyiqi artıran "Zirə" də məqsədə çatmaq üçün çox gözləmədi. 40-cı dəqiqədə Ceyhun Abbasın ötürdüyü topu uzaq küncə göndərdi. Zərbə elə dəqiq alındı ki, Buntiçin edə biləcəyi nəsə qalmadı. "Qartallar" fasiləyə qədər hesabı bərabərləşdirməyə çalışsa da, istəyinə çata bilmədi.
İkinci hissə "Qarabağ"ın təzyiqiylə başladı. 47-ci dəqiqədə Leandro "çərçivə"ni nişan alsa da, top qapıdan aralı keçdi. Bir qədər sonra Renato Nərimanı qayda pozuntusuna yol vermədən zərərsizləşdirdi. 52-ci dəqiqədə portuqaliyalı qapıçı irəli atılaraq Benzyanın Nərimana ötürdüyü topu vaxtında yiyələndi. "Köhlən atlar"ın növbəti hücumu da özünü çox gözlətmədi. "Zirə"nin qolkiperi bu dəfə də Leandronun zərbəsini qarşılamaqla komandasını qoldan xilas etdi. Ardından Benzya Alekseyin ötürməsini qeyri-dəqiqlik üzündən dəyərləndirə bilmədi. "Qartallar"ın fəallaşması 69-cu dəqiqəyə təsadüf etdi ki, Buntiç Utziqin qapıya göndərdiyi topu əla seyvlə uzaqlaşdırdı. Çox keçmədən Alekseyin qol vurmaq cəhdinə tir mane oldusa, Volkov qeyri-dəqiq zərbə ilə yadda qaldı. Bir qədər sonra Silva Mateusun "çərçivə"ni nişan almasına icazə vermədi. Amma 88-ci dəqiqədə Zubirə təslim oldu. Əslində bu dəfə irəli atılan Juninyo idi. Lakin Eldar braziliyalıya müdaxilə edərək topu aldı. Nəticədə Zubir özünü "kürə"yə çatdırıb tora qovuşdurdu.
Beləliklə, "Qarabağ" yenə Zirədən qalib ayrıldı. "Qartallar" isə hələ də evdə "köhlən atlar"ı məğlub edə bilməyib.
Gözdən qaçmadı
* “İmarət Tayfa” oyundan əvvəl yüksək əhval-ruhiyyədə “Qarabağ”a dəstək versə də, 10-cu dəqiqədə tribunadan ayrıldı. Sonradan aydın oldu ki, bu addım “Qarabağ Ordu”ya görə atılıb (bax: səh. 3). Sıravi azarkeşlər isə arabir “İmarət yoxdu, biz burdayıq” şüarını səsləndirirdi. Oyundan sonra “Qarabağ” futbolçuları azarkeşlərə yaxınlaşaraq təşəkkür etdilər.
* 37-ci dəqiqədə “Qartallar” fanklubu əyləşən istiqamətdə qalmaqal yaşandı. Polislərin müdaxiləsinə baxmayaraq, tərəfləri sakitləşdirmək asan olmadı.
* Matçı izləyənlər arasında Aleksey Kaşuk da var idi.
KƏNAN BAHADIR