Şamaxı - Neftçi (Bakı) 0:0
1. Rikardo Fernandes - 6,0
4. Adil Nağıyev (k) - 5,5
8. İlkin Muradov - 5,5
17. Rafael Məhərrəmli - 5,5
(22. Qurban Səfərov, 71) - 5,0
82. Rüfət Abbasov - 5,5
32. Vasiliye Radenoviç - 5,5
20. Leroy Mikels - 6,5
(5. Arsen Ağcabəyov, 89) - qiymətsiz
93. Brahim Konate - 5,5
(10. Emin Zamanov, 81) - qiymətsiz
7. Giorgi Kantariya - 6,0
9. Belajdi Pusi - 5,5
(11. Conatan Benteke, 81) - 5,5
66. Vasiliye Bakiç - 5,5
Ehtiyat oyunçular
85. Kamal Bayramov
62. Abdulla Seydəhmədov
60. Səbayıl Bağırov
80. Zahid Mərdanov
97. Elşad Tağıyev
6. Rauf Rüstəmli
24. Edqar Adilxanov
19. Fəxri Məmmədli
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Leroy Mikels
93. Rza Cəfərov - 5,5
3. Höccət Haqverdi - 4,5
(19. Azər Salahlı, 51) - 5,0
90. Ramil Şeydayev (k) - 5,5
13. Emil Səfərov - 5,5
(17. Rəhman Hacıyev, 62) - 5,0
6. Rafael Quzzo - 5,5
(8. Emin Mahmudov, 62) - 5,0
99. Ervin Koffi - 5,5
23. Robert Bauer - 5,5
24. Mustafa Sek - 5,0
(7. Azər Əliyev, 62) - 5,5
11. Kilan Lebon - 5,5
22. Dembo Darbo - 6,0
88. Andrey Ştoqrin - 5,5
Ehtiyat oyunçular
1. Emil Balayev
30. Rüstəm Samiqullin
91. Ağadadaş Salyanskiy
9. Andre Şinyaşiki
20. Alfa Konte
77. Yeqor Boqomolski
Baş məşqçi: Roman Qriqorçuk
Komandanın ən yaxşısı: Dembo Darbo
Vərəqələr: B.Konate, 23 (qeyri-idman hərəkəti). İ.Muradov, 77 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: ƏLİYAR AĞAYEV, Zeynal Zeynalov, Akif Əmirəli, Elvin Bayramov (hamısı Bakı).
VAR hakimi: Rauf Cabbarov (Bakı).
VAR hakiminin köməkçisi: Vüsal Məmmədov (Bakı).
Hakim-inspektor: Orxan Məmmədov (Bakı).
AFFA nümayəndəsi: Elman Musayev (Bakı).
31 avqust. Şamaxı. Şəhər stadionu. 1700 tamaşaçı (2200 yerlik).
Yalnız ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
Uzun aradan sonra Şamaxıda yenidən premyer-liqa matçı keçirildi. Bölgənin eyniadlı təmsilçisi mövsümün ilk ev matçında yerli publikaya qələbə bəxş etməsə də, əzmkar oyunla qazanılan bir xal bayram ab-havasının korlanmaması üçün yetərli oldu.
Matç komandaların hücum cəhdlərinin bir-birini izləməsiylə yadda qaldı. 6-cı dəqiqədə Kantariya reydini qapı önünə ötürməylə tamamladı. Burda nə Pusi, nə də Konate topa çata bilmədi və fürsət əldən çıxdı. Bir qədər sonra Koffi sağ cinahla irəliləyib topu cərimə meydançasına yolladı. Burda Rikardo mövqeyini tərk edib komandasını qoldan xilas etdi. Qolkiper topa yiyələnməklə Dembonun "çərçivə"ni nişan almasına imkan vermədi. Ardından Ramilin qapıya paralel ötürməsini Ştoqrin dəyərləndirə bilmədi. Belədə "Şamaxı" oyuna nəzarəti ələ almaq məqsədilə topla daha çox vaxt keçirməyə, qol axtarışına qısa ötürmələrlə davam etməyə çalışdı. Buna baxmayaraq, "Neftçi" 20-ci dəqiqədə təhlükəli epizodla yadda qaldı. Lebonun əla ötürməsini qəbul edən Mustafa topu qapının önünə göndərdi. Nəticədə Ştoqrinin qüvvətli zərbəsinə şahidlik etdik ki, Rüfətin müdaxiləsi "kürə"nin hədəfdən yayınmasına səbəb oldu. "Ağ-qaralar"ın növbəti hücum cəhdi özünü çox gözlətmədi. Bakılılar 26-cı dəqiqədə ardıcıl iki dəfə hesabı açmağa yaxın oldu. Cərimə zərbəsini yerinə yetirən Quzzo topu uzaq məsafədən cərimə meydançasının daxilinə göndərdi. Burda əvvəlcə Ramil bəxtini sınadı. Müdafiəçilərin qarşıladığı uğursuz cəhddən sonra Dembo topu başla tora qovuşdurmaq istəsə də, Fernandes inamlı çıxış etdi. Bir qədər sonra Kantariya təxminən 20 metrlik məsafədən “çərçivə”yə düşə bilmədi. "Şamaxı"nın 42-ci dəqiqədəki təhlükəli hücumu da nəticə vermədi. Rüfətin künc zərbəsindən oyuna daxil etdiyi topu Rafael qapı önünə çatdırdı. Bu dəfə də Pusinin başla fərqlənmək arzusu qeyri-dəqiqlik üzündən çin olmadı. Nəticədə komandalar fasiləyə qolsuz bərabərliklə yollandı.
İkinci hissə birinci ilə müqayisədə daha durğun keçdi. Komandaların yorğunluğu fonunda bəhrəsiz hücumlar izlədik. 63-cü dəqiqədə Ramilin yöndəmsiz ötürməsindən sonra Azərin qapıya zərbəsi çox təhlükəli alındı. Burda Fernandesin cüzi səhlənkarlığı hesabın açılmasıyla nəticələnə bilərdi ki, qolkiper əla seyvlə yadda qaldı. "Şamaxı"nın gecikməyən "cavab atəşi"nə isə Emin əngəl oldu. O, Leroya müdaxilə etməklə "çərçivə"ni nişan almasına icazə vermədi. 69-cu dəqiqə də "şirlər" üçün düşərli olmadı. Mikels bu dəfə qeyri-dəqiqlik üzündən komandasını məyus etdi. Komandaların sona doğru ön xətdə fəallığı artırması sıxıcı anlara rəng qatdı. Rəhmanın hesabı açmaq cəhdinə Fernandes icazə vermədisə, Ramil yüzfaizlik qol imkanını dəyərləndirə bilmədi. O, qapıya 5 metrlik məsafədən qeyri-dəqiq zərbə müəllifi oldu ki, top tirin üzərindən keçdi.
Əsas vaxta əlavə edilmiş dəqiqələr "Neftçi"nin üstünlüyü şəraitində keçdi. Lakin əvvəl Dembo, ardından Rəhman qol fürsətlərini sağa-sola xərclədiyindən hesab dəyişmədi.
Qısası, yeni baş məşqçilərin maraqla gözlənilən dueli Ayxan Abbasov üçün uğurlu bitdi. Əlbəttə, bunu Roman Qriqorçuka aid etmək çətindi. Ona görə ki, nə səfərə yollanan, nə də fikirlərini sosial şəbəkə hesabından bölüşən azarkeşlər "sülh"dən məmnun qaldı.
KƏNAN BAHADIR