FİFA referisi Əliyar Ağayev təyinat alıb.
AFFA-nın saytının yaydığı xəbərə görə, ədalət təmsilçisi UEFA Gənclər Liqasının yarımfinal mərhələsi çərçivəsində aprelin 20-də Nyon şəhərindəki Kolovra stadionunda keçiriləcək “Mançester Siti” (İngiltərə) – “Barselona” (İspaniya) oyununu idarə edəcək. Bu qarşılaşmada Əliyarın köməkçiləri Zeynal Zeynalov və Akif Əmirli olacaq. Dördüncü hakim funksiyasını isveçrəli Sandro Şarer yerinə yetirəcək.