• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Çox istəyərdim ki, millinin oyunlarında azarkeşlər stadionu doldursunlar"

Manşet / Müsahibə

30-08-2024, 17:0

Millimizin baş məşqçisi Fernando Santuşun iştirakı ilə mətbuat konfransı təşkil olunub.

"Football-plus.az" portuqaliyalı mütəxəssisin fikirlərini təqdim edir.

- Milliyə dəvət olunanlar daha çox yerli çempionatda çıxış edən oyunçulardı. Eddi İsrafilov və Mahir Emreli formada deyillər deyə, dəvət almayıblar, yoxsa hazırda milli üçün layiq bilmədiz?
- Mahir zədəlidi. Ümumiyyətlə, 50 nəfərə yaxın oyunçu var idi. Onların arasında seçim etdik. Dediyiniz oyunçular zədəli olduqları üçün çağırılmadılar. Şahruddin Məhəmmədəliyev, Musa Qurbanlı, Mahir Emreli, İsmayıl İbrahimli, Anton Krivtosyuk, Hacıağa Hacılı zədəlidi.

- İki aya yaxındı ki, millimizin baş məşqçisisiz. Premyer-liqa, avrokubok oyunlarımızı izlədiniz, stadionlarda oldunuz. Gələcəyə ümidlə baxmağa əsas varmı?
- Reallıqlarla barışmaq lazımdı. Biz bura gəlmişik ki, gələcək üçün komanda quraq, həmin komanda bu yarışlarda ölkəni yaxşı təmsil etsin. İndi heyətə cəlb etdiyim oyunçular birinci dəfədi ki, mənimlə işləyəcəklər. Məşq üçün cəmi bir gün vaxt olacaq. İndi hansısa köklü dəyişikliklər etməyə gərək yoxdu. Futbolçularla birinci dəfə işləyəcəm. Onlar da bizi tanıyacaq, biz onları tanıyacağıq. Fiziki hazırlıqlarında dəyişiklik etmək imkanımız yoxdu. Çünki klublarında necə hazırlıq keçiblərsə, elə də olacaq. Gələcəkdə nələrsə dəyişəcək? Bu, artıq başqa məsələdi. İndiki məqamda köklü dəyişikliklərə getməyə əsas yoxdu. Əsas hazırlıq bazası bu və millinin keçirdiyi son oyunlar olacaq. Təbii ki, rəqabətədavamlı komanda yaratmaq istəyirik ki, yüksək səviyyədə mübarizə apara bilsin, çox qol vurub, daha az qol buraxsın. Çox kompakt, istəkli, əzmkar, vətən, bayraq üçün əzmkarlıq göstərən komanda yaratmaq istəyirik. Çalışacağıq ki, güclü kollektiv yaradaq. İndiki məqamda bu çox vacibdi. Milliyə çağırılacaq hər futbolçu bizim üçün çox önəmlidi. Amma onlar heç biri bizim üçün ulduz deyil. Ulduz yalnız göydə olur.

- Millinin futbolçuları son tsikldə yaxşı formada olsalar da, effekt vermədilər. İndi isə onların hazırlıq forması daha aşağıdı. Nə gözləmək olar?
- Əsas olan komandadı. Fərdlər önəmli deyil. Gələcəkdə dəfələrlə təkrar edə bilərəm. Mənim üçün bir oyunçu digərindən önəmlidi deyə, bir şey yoxdu. Hamı mənim üçün önəmlidi. Ola bilsin ki, sizin gözlədiyiniz oyunçu mənimlə olmasın. Biz hamımız buradayıq ki, Azərbaycan naminə bir şeylər edək. Fernando Santuş və ya hansısa futbolçular üçün yox, Azərbaycan üçün buradayıq. Bizim üçün əsas olan Azərbaycan bayrağı, Azərbaycan himninə görə oynamaqdı. Bura elə-belə gəlməmişəm.

- Millinin heyətinin bu cür açıqlanması bizim üçün də yenilikdi. Həmişə premyer-liqada tur bitəndən sonra açıqlanırdı. Bu gün 5-ci tur start götürür. Hansısa zədələr olarsa, alternativlər var?
- Təbii ki, alternativlər var. Avrokuboklar oyunlarını izlədik və qərara gəldik ki, bu gün heyəti elan edək. 50 nəfərlik siyahı var, alternativlər də var. Ölkədən kənarda oynayanlar da var, onların ölkəyə gəlişi-gedişini nəzərə almaq lazımdı. Ola bilsin ki, xaricdə oynayanlardan kimsə zədələnsə, onları daha çox yerli çempionatda oynayanlar əvəz edəcək.

- 11 ildən sonra "Turan Tovuz"dan 2 oyunçu milliyə dəvət edilib. Bu, "Turan Tovuz"un hazırda lider olması ilə əlaqədardı?
- Azərbaycan çempionatının bütün oyunlarını izləyirik. Onların lider komandada oynaması ilə əlaqədar deyil. Dəvət olunublar. Onları millidə görəcəyik, tanıyacağıq. Kim layiqdisə, çağırırıq. Bu dəfə Azərbaycan çempionatının 4 komandası var ki, onlardan milliyə oyunçu cəlb edilməyib. Dünən 30 futbolçu var idi, seçim etdik və 24 oyunçuluq siyahı çıxardıq. Amma 4 komandadan oyunçu yoxdu. Heç kim deyə bilməz ki, gələcək oyunlarda onlardan olmayacaq. Futbolçuların daha çox öz klublarındakı çıxışına baxıb, milliyə dəvət edirik. Hər bir futbolçuya böyük hörmətim var. Sizlərə də, həmçinin. Futbolçuların adını sizin qarşınızda elan etmək istədim ki, əlavə suallarınız olsa, cavablayaq. Ola bilsin ki, bəzi oyunçular milliyə daha çox cəlb olunacaq, bəziləri olmayacaq.

- Milliyə üç sağ cinah müdafiəçisi dəvət etmisiz. Onlardan hansısa sol cinahda oynayacaq, yoxsa taktiki gedişlər hazırlamısız?
- Belə variant var. Portuqaliya millisində işləyəndə də, bu cür addımlar atmışam. Mərkəz müdafiəçisinin də cinahda oynadığını görmüşük. Lazım olarsa, sağ cinah müdafiəçisini solda oynada bilərik.

- Qarşıdakı İsveç və Slovakiya oyunları haqda nə düşünürsüz? Bu matçlarda nəticə nə qədərə önəmlidi?
- Dünyada elə məşqçi yoxdu ki, qələbədən başqa nəticəni istəsin. Elə komanda yaratmaq istəyirik ki, oyunçular inamlı və iddialı olsunlar. Futbol sadə oyundu. Əsas məsələ topu çərçivədən keçirməkdi. Rəqiblər haqda da informasiyaya malikik. İstəkli, iddialı komanda qurmaq niyyətindəyik. İndiki məqamda əsas baza əlimdə olan bu futbolçulardı. Birinci dəfədi işləyəcəyik. Bilmirəm necə müdafiə olunurlar, necə hücuma keçirlər, məşqçinin dediklərini necə edirlər. Biz öz modelimizi yaratmaq istəyirik ki, öz dəst-xəttimiz olsun.

- "Sumqayıt", "Sabah", və "Zirə"nin avrokuboklardakı çıxışını dayandırması, milliyə təsir edəcək?
- Heç bir təsiri olmayacaq. Bəzən futbolçunun istirahətə də ehtiyacı var. Bazar ertəsi "Qarabağ" və "Zirə" oynayacaq. Həmin oyunçular dərhal milliyə gəlib məşqlərə qoşula bilməzlər. Çünki onlar bərpa olunmalıdı. "Zirə" və "Qarabağ"ın futbolçuları məşqlərdə iştirak edə bilməyəcək. Avrokuboklarda klubların mübarizəni dayandırmasının milliyə təsiri olmayacaq. Futbolçular istəklərimi yerinə yetirməyəcəklər, mübarizə aparmayacaqlar, effektiv olmayacaqlarsa, onların gələcəkdə milliyə dəvət olunmasına təsir göstərəcək.

- Arif Əsədov ayrıldıqdan sonra millidə yerli köməkçi məşqçi təyinatı olmayıb. Güvənmirsiz, yoxsa tapa bilmirsiz?
- Mütləq olacaq. Rəhbərliklə bu məsələ üzərində işlər aparılır. Ola bilər ki, bir neçə gün sonra, ya bir neçə həftə sonra ad açılanacaq. Heyətdə yerli məşqçinin olması lazımdı.

- Lap əvvəldə dediz ki, ulduz göydə olur. 2016-cı ildə Ronaldo göydə idi?
- Təkcə o yox, hamısı. O, dünyanın ən yaxşısıdı. Amma qələbəni tək qazanmırlar. Yalnız komanda qalib gəlir. Sizdən bir şey xahiş etmək istəyirəm. Çox istəyərdim ki, milliyə dəstək olasız. Azarkeşlərə müraciət edirəm. "Qarabağ"ın avrokuboklardakı oyunlarına 30 min azarkeş gəlir, çempionat oyununa isə 300 azarkeş. "Turan Tovuz"un oyununa baxırsan, bölgələrdə azarkeş çox gəlir. Millidən bərk yapışın, inanın ki, bu gələcəyə atılmış addımdı, layihədi. Sadəcə milliyə inanın. Azarkeşlərdən xahiş edirəm ki, məni dəstəkləmək lazım deyil, amma millinin və oyunçuların buna ehtiyacı var. Çox istəyərdim ki, millinin oyunlarında azarkeşlər stadionu doldursunlar.

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet / Günün xəbəri

25-12-2022, 16:0

Mahir Emreli Türkiyə klubunda?

Dünya futbolu

26-03-2022, 14:0

Mahir Emreli nə zaman sağalacaq ?

İdman

27-02-2024, 10:0

Mahir Emreli geri dönür

Dünya futbolu

3-10-2022, 16:0

Mahir Emreli yenə zədələndi

Aktual
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
“Turan Tovuz” avrokubok matçını Tovuzda keçirə biləcək? – rəsmi açıqlama
“Həmişə olduğu kimi, bu dəfə də ədalət yerini tapdı” - Mahmud Sadıqov çempionluğu şərh etdi
“Kür-Araz” təxribata meyilli komandadı” – İmişlidəki dava-dalaşa nə səbəb olub?
“CBC Sport” mərkəzi qarşılaşmanı yayınlamayacaq
"Turan Tovuz" azarkeşlərinə müraciət etdi - "Bildirmək istəyirik ki, stadionumuzu avrokubok oyunlarına hazırlamaq üçün..."
Son xəbərlər
  • Bu gün, 19:38
    Konte gedəcək, Sarri gələcək?
  • Bu gün, 19:08
    La Liqada yeni rekord
  • Bu gün, 18:37
    İnzaqi hara üz tutacaq?
  • Bu gün, 18:06
    Türkiyə yığmasının DÇ-2026 üçün geniş heyəti açıqlandı
  • Bu gün, 17:35
    “Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
  • Bu gün, 17:19
    “Turan Tovuz” avrokubok matçını Tovuzda keçirə biləcək? – rəsmi açıqlama
  • Bu gün, 17:00
    “Həmişə olduğu kimi, bu dəfə də ədalət yerini tapdı” - Mahmud Sadıqov çempionluğu şərh etdi
  • Bu gün, 16:30
    Kaspiyskdə güləşçilərimizdən iki medal
  • Bu gün, 16:01
    “Şaxtyor” ardıcıl 7-ci qələbəsini qazandı, Yarmolenko Rebrova çatdı - İCMAL
  • Bu gün, 15:49
    “Barselona”dan daha bir rekord
  • Bu gün, 15:24
    “Beşiktaş”da ikinci Sərgən Yalçın dönəmi başa çatdı!
  • Bu gün, 14:53
    “Real”, “Fənərbaxça” və “Valensiya” da “Olimpiakos”a qoşuldu
  • Bu gün, 14:22
    "Əsas məqsədim Avropada tanınan sistem qurmaqdı" - "Sabah"ın yeni baş məşqçisi
  • Bu gün, 13:58
    Premyer-liqada mövsümün ən gənc futbolçusu kimdi?
  • Bu gün, 13:29
    “Sabah”ın yeni baş məşqçisi bəlli oldu - RƏSMİ
  • Bu gün, 12:52
    “Kür-Araz” təxribata meyilli komandadı” – İmişlidəki dava-dalaşa nə səbəb olub?
  • Bu gün, 12:00
    İnzaqi bu komandadan da ayrılacaq
  • Bu gün, 11:33
    Lebron Ceyms üçün mövsüm bitdi
  • Bu gün, 11:02
    “Karolina” ardıcıl 8-ci qələbə ilə finalda!
  • Bu gün, 10:31
    “Şamaxı”nın futbolçusu əməliyyat olundu
  • Bu gün, 10:00
    “CBC Sport” mərkəzi qarşılaşmanı yayınlamayacaq
  • Dünən, 23:59
    “Şəfa”ya kubok nə vaxt təqdim olunacaq?
  • Dünən, 23:33
    "Turan Tovuz" azarkeşlərinə müraciət etdi - "Bildirmək istəyirik ki, stadionumuzu avrokubok oyunlarına hazırlamaq üçün..."
  • Dünən, 22:20
    “Araz-Naxçıvan” 20-ci dəfə ölkə çempionu oldu
  • Dünən, 21:42
    Elitada növbəti paytaxt təmsilçisi: addım-addım Bakı çempionatına doğru... - YAZI
  • Dünən, 21:06
    “Şəki” 11 yox, 9 nəfərlə oynadı! – kapitan 4 oyunçunu da “tovlayıb”?
  • Dünən, 20:41
    "Xankəndi" çempionluğunu rəsmiləşdirdi
  • Dünən, 19:57
    Region Liqasının qalibi bəlli oldu
  • Dünən, 19:11
    Jali Muaddib "Qarabağ"da - rəsmi
  • Dünən, 18:25
    Aleksey İsayev üçün əlamətdar oyun
  • Dünən, 17:54
    Millimiz Avropa çempionatında ikinci yeri tutdu
  • Dünən, 17:23
    Ramalinqomdan yubiley qolu
  • Dünən, 16:52
    Abubakar “Portu”nu təbrik etdi, “Neftçi”ni yox!
  • Dünən, 16:21
    Nərimanın baş məşqçisi qovuldu
  • Dünən, 15:51
    “Kəpəz”in futbolçusu 200-ə çatdı
Daha çox
Oxunub: 545
Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
Oxunub: 304
"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Oxunub: 265
Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
Oxunub: 254
“Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
Oxunub: 229
Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
Oxunub: 201
“Bu şəhər ikimizə dar”ı artıq “Neftçi” deməlidi! – 3 ildən sonra
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə