Sizin reklam burada

“Qaradağ Lökbatan” üçün “əcəl zəngi”

Baxış Sayı:842

“Qaradağ Lökbatan” üçün “əcəl zəngi”
Bu gün birinci divizionda növbəti tura start veriləcək. 24-cü turun oyunları iki günə sığacaq ki, bu gün 3, sabah 2 matç baş tutacaq. Sözsüz, turun mərkəzi qarşılaşması lider “Qaradağ Lökbatan”la “Şüvəlan”ın görüşüdü. Həbib Ağayevin komandası növbəti dəfə xal itirəcəyi halda, baş məşqçinin kreslosu laxlayacaq. “Şüvəlan” qələbə qazansa, 2-ci yerə yüksəlməklə yanaşı, liderlə xal fərqi 2-yə qədər azalacaq. Sabah “Xəzər”in qələbəsiylə isə 1-2-ci yeri tutan komandalar arasında fərq minimuma enəcək.
Bu gün keçiriləcək digər oyunlara gəlincə, “Mil-Muğan” “Zaqatala”nı, “Ağsu” isə MOİK-i sınağa çəkəcək.
Birinci divizion
3-cü dövrə, 24-cü tur
19 aprel
Mil-Muğan – Zaqatala
Hakimlər: ANAR GÖYÇAYSKI, Hüseynxəlil Orucoğlu, Elşad Abdullayev, Emin Nağıbəyov.
Hakim-inspektor: Əvəz Şıxıyev.
AFFA nümayəndəsi: Əlniyaz Mirzəyev.
İmişli. Heydər Əliyev adına şəhər stadionu. Saat 16.00
Şüvəlan – Qaradağ Lökbatan
Hakimlər: RƏVAN HƏMZƏZADƏ, Mübariz Haşımov, Rahil Ramazanov, Ramiz Məhərrəmov.
Hakim-inspektor: Əlibala Ələsgərov.
AFFA nümayəndəsi: Eldar Əlixanov.
Şüvəlan. AZAL Arena. Saat 16.00
Ağsu – MOİK
Hakimlər: NAİL NAĞIYEV, Roman Vasilyev, Pərvin Talıbov, Səbuhi Bayramov.
Hakim-inspektor: Rufulla Kərimov.
AFFA nümayəndəsi: Sahib Əliyev.
Ağsu. Şəhər stadionu. Saat 16.00
1. Qaradağ Lökbatan 23 13 6 4 41-24 45
2. Xəzər 23 12 5 6 31-13 41
3. Şüvəlan 23 12 4 7 25-16 40
4. Binə 23 10 5 8 29-25 35
5. MOİK 23 10 4 9 32-29 34
6. Turan Tovuz 23 9 5 9 30-29 32
7. Sabah 23 8 6 9 30-32 30
8. Mil-Muğan 23 7 5 11 30-42 26
9. Ağsu 23 6 4 13 20-39 22
10. Zaqatala 23 4 4 15 19-37 16
Bombardirlər: Bəhruz Teymurov (MOİK) - 12, Sabir Allahquliyev (Qaradağ Lökbatan) – 10.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR